Главная » 2011»Июль»4 » İran-Azərbaycan sərhədində atışma: naryad rəhbəri ölüb
12:27
İran-Azərbaycan sərhədində atışma: naryad rəhbəri ölüb
İyulun 3-də saat 13.15 radələrində Yardımlı rayonunun Arvana kəndi ərazisində silahlı şəxslər İran-Azərbaycan sərhədini qanunsuz keçməyə cəhd ediblər.
Məlumatı Azərbaycan Dövlət Sərhəd Xidməti yayıb.
Sərhəd naryadına qarşı qəfildən silah tətbiq edilib. Nəticədə sərhəd naryadının başçısı leytenant Rüfət Quliyev ağır güllə yarası alıb, zastavaya təxliyə edilən zaman yolda keçinib.
Məlumatda deyilir ki, dövlət sərhədinin pozulmasının qarşısı alınıb, silahlı şəxslər İran İslam Respublikasına qaçıblar.