Главная » 2011»Февраль»18 » İranda inqılab etmək istəyənlərin əleyhinə yürüş keçirilib
15:34
İranda inqılab etmək istəyənlərin əleyhinə yürüş keçirilib
İranda Minlərlə Tehran, Təbriz, Məşhəd və digər şəhərlərin sakinləri cümə namazında 14 fevral qarşıdurmalarını yaradan fitnəkarların edam olunmasını tələb ediblər.
APA-nın "İRNA” ya istinadən verdiyi məlumata görə, İran vətəndaşları müxtəlif dəstələrlə cümə namazı keçirilən məkana tərəf yürüş edərək Mirhüseyn Musəvi və Mehdi Kərrubinin edam edilməsi şüarları səsləndiriblər.
Cümə namazının imamı Ayətullah Əhməd Cənnəti fitnəkarların ömrünün sona çatdığını bəyan edib: "Onlar bu işləri ilə özlərini rüsvay etdilər. Artıq onlara İran cəmiyyətində yer yoxdur. Məhkəmə qoy onları ev dustağı etsin. Onların bütün əlaqələri məhdudlaşdırılsın, internet və telefonları bağlansın”.