Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2011 » Февраль » 20 » İRAN və “TURAN” (II yazı)
14:56
İRAN və “TURAN” (II yazı)
Azərbaycanın siyasi simaları ölkəmizin müsəlman dövləti olduğunu desələr də bəzi məqamları  sanki heç görmürlər. Müsəlmanları soyqırım edən İsraillə diplomatik münasibətdə olan dövlətlər tək əlin barmaqları ilə sayılacaq qədər azdır. Bu azlığa Misir, İordaniya, Türkiyə və Azərbaycan dövlətləri liderlik edir. Turkiyə bu statusdan çıxıb. Misir də çıxmaq üzrədir. İordaniya da buna namizəddir. Yaxın gələcəkdə görünür ölkəmiz İsraillə müttəfiq olan yeganə müsəlman dövləti statusuna girəcək! İsrail və Ermənistan diasporaları yəhudi və erməni xalqlarının güya soyqırıma məruz qalan məzlum xalq kimi dünyaya təqdim etməkdə bir-birlərinə yardımçı olmaqla fəaliyyətlərini koordinasiya edirlər. Hətta qonşu və Azərbaycanla müttəfiq olan Turkiyəyə də qarşı birgə mübarizə aparırlar. Azərbaycan rəsmiləri  Turkiyə ilə qardaş statusunda olduqlarını deməklə Azarbaycanda pantürkizmə geniş vüsət versələr və türk amilnə görə Türkiyədən Qarabağ məsələsinə dəstək tələb etsələr də, özləri bu amilin üzərindən keçirlər. Azərbaycan hökuməti bu məsələdə nə müsəlman amilini, nə də türk amilini nəzrə almaq istəmir. Ancaq Qarabağ məsələsinə görə İrandan musəlmançılıq, Türkiyədən isə türkçülük tələb edir. Avropada analoji halı "Roma papasından daha çox kotolik olmaq” adlandırırlar.
    
Azərbaycan rəsmən ABŞ-ın başçılığı altında yaradılan antiterror kolisiyasına daxildir və vətənləri işğal olunan müsəlman əsgərlərimiz işğalçı orduların tərkibində müsəlman ölkələrinin torpaqlarını tapdalayırlar. Antiterror kolisiyası təsis edilən zaman onun "şər üçbucağına” daxil etdiyi müsəlman ölkələrindən yalnız İran işğala məruz qalmayıb və bu kolisiyanın növbəti hədəfi İrandır. Demək Azərbaycan da rəsmən İrana qarşı bu kolisiyada birləşib. Torpaqlarımızı işğal edən Ermənistan nəinki bu kolisiyaya daxil deyil, hətta Rusiya, İran və sair dövlətlərlə yanaşı bunun əleyhinədir. Göründüyü kimi İranın Ermənistanla iqtisadi münasibətlərə məcbur edən həm də onların birgə müttəfiqi Rusiyadır. Belə bir vəziyyətdə Azərbaycan hökuməti Qarabağ məsələsində Rusiya amilinin həlledici olduğunu bilə-bilə güya Qarabağ problemini onsuz həll etmək fikrindədir.
         
İran televiziyaları Azərbaycan barəsində nadir hallarda reportaj versələr də, insafla qeyd etməliyəm ki, Azərbaycana münasibətləri adi jurnalistikanın prinsipləri çərçivəsindədir. Ancaq İran konstitusiyasına görə müstəqil televiziya ola bimək imkanından məhrum olan beynəlxalq "Səhər” televiziya kanalı İran hökumətinin Azərbaycan iqtidarına zahiri də olsa faktiki münasibətini ayağı altına qoyaraq YAP hökumətini necə deyərlər «isladıb sərir günün qabağına». Sanki bu televiziya dünyaya İrandan deyil, əfsənəvi Qaf dağlarındakı mağaralardan yayımlanır. "Səhər” televiziya şəbəkəsi radikallıqla Azərbaycanda baş verən hər bir siyasi hadisəni qara rəngə boyamağa meyillidir. Hətta o məsələləri Azərbaycanda mənfi hal kimi təqdim edir ki, həmin məsələ İranda heç də bizdən yaxşı vəziyyətdə deyil. Bu televiziya kanalının "Kompas” proqramı bəzi Azərbaycan vətəndaşlarının telefonuna zəng edərək canlı yayıma qoşulmağı təklif etdiyi halda, efirdə isə güya zəngin onlara müsahib tərəfdən edildiyini bildirirlər. Xarici ölkələrdən gələn zəngləri güya Azərbaycandan edildiyini bildirirlər. Əsasən də zəng edənlərin şəxsiyyəti digəri ilə əvəz edilir. Bütün bunları isə nəinki Azərbaycan xüsusi xidmət orqanları adi texniki imkanları ilə müəyyənləşdirə bilir, hətta bunu adi tamaşaçı asanlıqla hiss edir. Bu kanal dəfələrlə Astara sərhəd keçid-buraxılış məntəqəsində Azərbaycan gömrükçülərinin xalqa əziyyət verməsindən haqlı olaraq reportaj efirə versə də, İranın sərhəd polisinin vətandaşlarımızla qeyri-insani rəftarı barəsində onlara müraciət olunsa belə reportaj verməkdən çəkinib. Bu tərəfgirlik və qərəzlilik deyil bəs nədir? İranda peyk antenaları rəsmən qadağan edilsə də, bu kanal peyk vasitəsi ilə yayımlanır. Hərçənd İranda hər kəsin evində peyk qəbuledicisi var və helekopterlə Tehran üzərində uçan polisə hətta qəbuledici çanaqların sayı məlumdur. Bunula belə İranın hansı televiziya kanalının siyasi verilişinə birbaşa canlı bağlantı mümkündur? özləri üçün rəva görmədiklərini niyə qonşu dövlət üçün rəva görürlər?  Bu televiziya ilə əlaqə yaradanların siyasi bilikləri və ümümiyyətlə dini bilikləri o qədər aşağı səviyyədə olur ki, bir onu anlamaq olur ki, müsahib inanclı birisidir və Azərbaycandakı siyasi rejimdən narazıdır. Müsahiblərin siyasi təhlilləri Misir Mərdanovun təhsil verdiyi şagirdin səviyyəsinə belə uyğun deyil! İslami bilikləri isə İranın ibtidai sinif şagirdlərinin biliyina çata, ya da çatmaya. Məhz bu kanalın bir müddət əvvəl populyarlıq qazanmasında  Azərbaycan televiziyalarının demokratik fikirləriə yer verməməsi müstəsna rol oynayıb. Ancaq etiraf etməliyəm ki, Azərbaycan televiziya məkanının alternativ duşüncəni boğduğu şəraıtdə "Səhər” televiziyası Azərbaycanın ictimai və siyasi xadimlərinin xaqla ünsiyyətinə əvəzedilməz xidmət göstərib.  Xüsusən Azərbaycandakı dini və etnik birliklərin öz fikirlərini xalqla bölüşməyə bu yeganə vasitə olub. Bir vaxtlar kütləvi tamaşaçısı olan bu televiziya indi əhəmiyyətini əsaslı surətdə itirməkdədir.
     
Azərbaycan kütləvi informasiya vasitələri - qəzet və güya müstəqil televiziyaları İranın konstitusiyon quruluşunu, yəni islam respublikası quruluşunu təhqir edib onu "molla rejimi”, "mollakratiya” adlandırırlar. Hətta bu və ya digər şəkildə İran vətəndaşları olan ali ruhaniləri də təhqir etməkdən çəkinmirlər. İrandakı adi juralist səviyyəsində baş verən antihökumət təbliğatına Azərbaycanda qanunverici və hətta icra hakimiyyəti səviyyəsində antidövlət münasibət bildirmək isə yalnız İran-Azərbaycan münasibətlərinin pisləşməsinə hesablanıb. Ali ruhanilərin təhqir edilməsi isə sanki dindarların dözümlülüyünə qarşı bir təxribat planıdır.
    
Hamını bir sual düşündürür. Görəsən niyə Azərbaycan hökuməti əndişələnir ki, İran Azərbaycanda siyasi hakmiyyəti dəyişmək üçün çalışır? Eynulla Fətullayev həbs edilməmişdən bir müddət əvvəl "Gündəlik Azərbaycan” qəzetində qeyd edirdi ki, indiki iqtidar hakimiyyətə gəlməmişdən əvvəl İrandan millətçi AXC hökümətini devirmək üçün maddi yardım almaqla təşkilatlanıb. Hətta onu da ehtimal edirlər ki, indiki iqtidarın keçmiş nümayəndəsi olan Eynulla Fətullayevin həbs olunmasının pərdəarxası səbəblərindən birisi də məhz bu məlumatı ictimaiyyətə açıqlaması olub. Bu məlumatı o qədər də ciddiyə almamaq olardı. Ancaq son dövrlər İranın Xarici İşlər Nazirliyinin Qafqaz məsələləri üzrə keçmiş müşaviri və "Səhər” televiziya kanalının "Azəri TV” redaksiyanın qurucusu və siyasi şərhçisi Əsgər Fərdi öz rəsmi tərcümeyi-halında qeyd edir ki, doxsanıncı illərin əvvəllərində Moskvada Əjdər Xanbabayev ilə tanış olmuş və onunla birgə indiki iqtidarın hakimiyyətə gəlmək planını hazırlamışdır. Öz demokratik fikirləri ilə hətta İranda da dəfələrlə hakimiyyətin qəzəbinə tuş gələn Əsgər Fərdinin vətandaşlığını belə unudaraq öz əməlini Azərbaycan xalqına xidmət kimi dəyərləndirməsi adamı lap hövsələdən çıxarır. Sanki onun fkirləri Eynulla Fətullayevin fikirlərini tamamlayır. Bu fikirlərin əhatəsində İran və Azərbaycan munasibətlərinin bu həddə olmasını ancaq təbii qəbul etmək olar.
    
İranın Azərbaycan hökumətinə nə faktiki rəsmi liberal siyasətini, nə də qeyri-rəsmi radikal siyasətini əlaqələndrmək çox çətindir. İran rəsmiləri Azərbaycan rəsmiləri ilə heç bir şey olmamış kimi davanırlar. Məgər onlar seçkiləri saxtalaşdırıb xalqın səsəni heç sayan  Azərbaycan iqtidarını rəsmən müdafiə etməklə nə qədər islam prinsiplərinə yaxındırlar? Ağlına və ağzına gələnləri canlı yayıma çıxaran "Səhər TV”-nın rəhbərliyi İranın dövlət televiziyasını çayxana söhbətləri səviyyəsinə gətirdiklərini anlamamaq səviyyəsindədirlərsə, bəs bunun islami prinsiplərlə bir araya gəlmədiyini onlara xatırlatmalı olanlara nə olub? Azərbaycan hökumətinin siyasətinin "nəyin bahasına olursa olsun hakimiyyətdə qalmaq” olduğunu hər kəs dərk etsə də, İranın bu siyasətini isə hər bir dindar anlamağa çətinlik çəkir. Ancaq təəssuf ki, dindarlar bunu öz dilinə cüzi əziyyət verməklə açıq etiraf etməkdənsə, öz beynini çətin duruma salıb bu məsələnin səbəblərini hələ də axtarırlar.
     
Azərbaycanın ictimai və elmi xadimləri, təşkilatları, kütləvi informasiya vasitələri hakimiyyətə qarşı siyasi münasibətlərindn asılı olmayaraq İranda baş verən bütün hadisələri sanki qara eynəklə seyr edirlər. İş o həddə gəlib çatıb ki, hətta müqəddəs islam dininin prinsipləri əsasında İranda baş verən hadisələrə qarşı çıxmaqla öz dinlərinə qarşı çıxdıqlarını belə sezmirlər. Eyni hal İranda ölkə səviyyəsində baş verməsə də, müəyyən dairələrda baş verir. Onlar da Azərbaycanda baş erən bütün hadisələri ikrahla şərh edirlər. Hər iki ölkənin üzəniraq «ziyalı»sının nəzərində öz ölkəsi həddindən ziyadə yaxşı, qonşu ölkə isə az qala düşmən statusundadır. Qəribəsi odur ki, İran və Azərbaycanın ictimai təşkilatları hər iki dövlətin konstitusiyon quruluşuna hörmət prinsipini əldə rəhbər tutaraq, İran və Azərbaycan respublikalarının normal qonşuluq şəraitində yaşamaları üçün öz hökumətlərinə təzyiq etmək əvəzinə hətta onların bu çoxüzlü siyasətini dəstəkləyərək bu siyasi oyunun piyadasına çevrilirlər. Azərbaycan iqtidarının öz irsi hakimiyyəti naminə, İran hökumətinin isə qərbin təziqlərindən qorunmaq üçün xalqların maraqlarını özlərinin siyasi maraqlarına qurban verməkdən çəkinməsi yalnız onların xalqın iradəsindən asılı olmaları şəraitində mümkündür. Görünür hər iki xalqı bu hədəfə aparan yollar çətin və uzundur.   

Rabil ABDİNOV
kadusya@box.az


Категория: Талыш xəbərləri | Просмотров: 1547 | Добавил: admin | Рейтинг: 3.7/3
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus