Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2011 » Февраль » 15 » İRAN və “TURAN” (I yazı)
13:25
İRAN və “TURAN” (I yazı)
İran və Azərbaycan hökumətlərinin birinin digərinə qarşı siyasətinə nəzər salsaq görərik ki, burada əsil xaos hökm sürür. İran və Azərbaycan respublikaları arasında dostluq və əməkdaşlıq müqaviləsi var. Hətta İran-Azərbaycan parlamentlərarası dostluq komissiyaları da "fəaliyyət” göstərir. Dövlət rəsmiləri qarşılıqlı görüşlər zamanı bir-birlərini "dost və qardaş” adlandırmaqla yanaşı üç dəfə öpüşməyi də özlərinə rəva görürlər. Əvvəlki prezidentin ölümü zamanı İranın o vaxtkı səfiri atası ölmüş şəxs kimi dəfn mərasimində iştirak etdi. İndinin özündə də İrandan Azərbaycana gələn nümayəndə heyəti əvvəlki prezidentin qəbri üzərində baş əyməsələr də farağat durmaqdan çəkinmirlər. İranın Azərbaycandakı şeçkiləri müşahidə missiyası bəyənmədikləri bəzi Avropa dövlətlərindən fərqli olaraq Azərbaycanda keçirilən şeçkilərin özlərinin bulanıq təsəvvür etdikləri demokratik dəyərlərə əsasən keçdiyini bildirirlər. Prezident seçkilərndən dərhal sonra bizim ölkə başçısını ilk təbrik edənlərdən biri də İran prezidenti olur. Bu mehriban düşmənlər bağladıqları müqaviləyə görə hətta biri-digərinin ərazisində güya kəşfiyyat fəaliyyəti apara bilməsələr də Azərbaycan xüsusi xidmət orqanlarının  "İran cəsusu” yarlıkı ilə həbs və təqib etdiyi insanlara İran tərəfinin münasibəti isə yalnız ölüm sükutu ilə müşayət olunur.
     
Azərbaycan və İran hökumətləri adətən biri-digərinə qarşı olan siyasi təbliğatını - birincisi güya müxalif olan millətçi təşkilatlar vasitəsi ilə, ikincisi güya müstəqil olan "Səhər” televiziya kanalı vasitəsi ilə aparır. Bu dövlətlər arasında ziddiyət yaranan kimi adətən biri şiə dindarları və ya talış millətsevərlərini represiya edərək dindarları və talışları qorxu altında saxlamaqla, digəri isə Azərbaycanda yeri gəldi ya gəlmədi islam və talış məsləsini qabartmaqla reaksiya verir. Bu ziddiyyətdə dindarlar və talış millətsevərləri xammal kimi istifadə olunur. Birinciləri İranala ideoloji, ikinciləri isə bioloji ünsürlər əlaqələndirir. Açıq-aydın İrana özlərindən asılı olmayan səbəblərdən yəni etnik  və dini cəhətdən bağlı olan insanlardan "cəsus” düzəltmək zahirən çətin kimi görünsə də, Azırbaycan hökuməti üçün bu seçki saxtalaşdırmaq qədər asandır.
          
İran ABŞ-dan fiziki və mənəvi qorunmaq üçün qonşu dövlətlərlə xarici siyasətini "sıfır problem” üzərində qurmağa çalışır. O cümlədən qonşu Ermənistana və Azərbaycana da bu siyasi prizmadan baxmağa çalışır. Turkiyə də son dövrlər bu siyasətə üstünlük verərək hətta tarixi düşməni olan Yunanıstan və Ermənistanla da problemsiz qonşuluq münasibəti qurmaq fikrindədir. Lakin İran və Türkiyənin bu siyasəti Azərbaycan hökuməti tərəfindən normal qarşılanmır. Hərçənd Turkiyənin Ermənistanla əsas problemi təkcə Qarabağ məsələsinə görə deyil, erməni soyqırımı və Ermənistanın Turkiyəyə ərazi iddiası ilə əlaqədardır. Azərbaycan rəsmiləri, müxalifəti və ictimai təşkilatları vahid mövqe göstərərək Azərbaycanın musəlman dövləti olduğunu vurğulayaraq İran İslam Respublikasının müsəlman qonşusu naminə Ermənistanla münasibət qurmamağa borclu olduğunu bildirirlər. Lakin bəzi məsələləri unudurlar...
     
ABŞ İran İslam Respublikasını iqtisadi blokadaya almaq üçün 30 ildən çoxdur ki, fəaliyyət göstərir. Buna tam nail olmasa da əhəmiyyətli dərəcədə İran iqtisadiyyatının inkişafını ləngidə bilib və bu özünü xüsusən də ölkədə sıçrayışlı bahalaşma ilə göstərir. ABŞ müasir texnoloji vasitələrin, xüsusən də müasir tibbi avadanlıq və hətta dərmanların İrana satılmamasına isə demək olar ki, nail olub. İran yerli istehsal hesabına qismən vəziyyəti dəyişsə də, ABŞ yaxın gələcəkdə İrana tam istisadi embarqo qoymağa nail olmaq fikrindədir. Buna ABŞ-ın İranla ideoloji mübarizəsini də əlavə etmək olar. İrandakı  son prezident şeçkilərindəki iğtişaşların timsalında  bu ideoloji mübarizənin işartısını hamı hiss edə bildi. ABŞ hətta İrana hərbi müdaxilə etmək fikrindən də daşınan kimi görünmür. İranın necə çətin iqtisadi və siyasi durumda olduğunu başa düşmək o qədər də çətin deyil. ABŞ İrana qarşı hərbi və ideoloji müharibədə əsasən İrana qonşu dövlətlərdən, xüsusən də Azərbaycan Respublikasından istifadə edir və ya etmək fikrindədir. Məhz buna görə İran qonşu dövlətlərlə problemsiz yaşamaq zorundadır. Buna əsasən İran Ermənistanla və hətta milyona yaxın vətəndaşının ölümünə və şikəst olmasına səbəb olan İraqla da normal qonşuluq şəraitində yaşamağa məhkumdur. Onun ən böyük siyasi müttəfiqi Rusiya müsəlman çeçenləri soyqırıma məruz qoymuşdur. İrana Ermənistanla Qarabağ məsələsinə görə münasibətləri kəsmək lazım gələrsə, onda gərək hökmən Rusiya ilə də Çeçenistan məsələsinə görə eyni addımı atsın. İraqla normal qonşuluq münasiəti isə hətta ovladları müharibədə ölmüş iranlıları da qıcıqlandırır. İraqlılar  əsasən ağır xəstələrini İranın tibb müəssisələrində müalicə etməklə sağaldırlar. Hətta İraq-İran müharibəsində iştirak edərək yaralananlar belə İranın xəstəxanalarından faydalanırlar. Bu sadə iranlıları hiddətləndirsə də, ümumi siyasətə təsir göstətə bimirlər. İraqla iqtisadi və siyasi münasibəti kəsməyən İranın Ermənistanla bunu etməsi absurddur. İran bütün bunları dünyadan təcrid olunmamaq və təklənməmək naminə edir. Belə şəraitdə də Azərbaycanın Qarabag problemi var... Ancaq bir məsələ olmasaydı....
     
İranın prezidenti Mahmud Əhmədnejad İranın xarici siyasətini şüarçılıq üzərində qursa belə xalqın içindən çıxan və onu qayğısına qalan insan kimi hamının hörmətini qazanıb. Televiziya ilə yayımlanan kadrlarda İran və Ermənistan prezidentlərinin görüşü zamanı Sarkisyanın Əhmədnejadla öpüşməsi səhnəsi diqqətələri cəlb edir. Əgər birinci Serj əl atıb Mahmudu öpsəydi yenə də buna normal baxardım. Necə ki, İranın eks xarici işlər nazirini erməni tərəfi ondan asılı olmadan öpərək qucaqlayır və bunu kadrlardan asanlıqla sezmək olur. Ancaq birinci Əhmədnejad əl atıb Serji bir neçə dəfə öpüb möhkəm qucaqlayır  və sonra onun belinə əllərinin içi ilə bir-iki yüngül dostyana zərbələr də endirir. Məsələ onda deyil ki, o ermənini və hətta Ermənistan prezidentini öpür. Məsələ ondadır ki, o Qarabag müharibəsinin səhra komandiri olmuş və minlərlə müsəlmanın qətlində şəxsən iştirak etmiş bir qaniçəni qucaqlayır. Buna gərək İran İslam Pespublikasının vəzifədə ən büyük, siyasətdə və boyda ən kiçik şəxsin sadə müsəlman vicdanı yol verməyəydi...

Bizim ölkə başçısının da Serjə əl verib görüşməsi və onun murdar əlini bir-neçə dəfə yellətməsi eyni dərəcədə qıcıqlandırıcıdır. Ona görə yox ki, Serj düşmən ölkənin prezidentidir. Ona görə ki, Serj Azərbaycan vətəndaşı oaraq şəxsən azərbaycanlıların qətlinin iştirakşısı və təşkilatçısıdır. Əgər biz ölkə başçısının bu "görüşmə”yə məcbur olduğunu qəbul etsək, onda Əhmədnejadın bu "öpüşmə”sinə münasibət bildirmək  haqqımız olarmı?

Rabil ABDİNOV
kadusya@box.az

Категория: Талыш xəbərləri | Просмотров: 1514 | Добавил: admin | Рейтинг: 3.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus