Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2013 » Январь » 18 » İran sərhədində üsyan yetişir
21:53
İran sərhədində üsyan yetişir
Hökumətin İranla güzəştli gediş-gəlişi ləğv etməsi azərbaycanlıları dözülməz duruma salıb

Astara Gömrük-Keçid Məntəqəsindən reportaj: monopoliya və siyasətin girdabında boğulanlar kömək istəyir


Uzunluğu təxminən 15, eni metr yarım olan dəmir qəfəsə əksəriyyəti qadın olan çoxsaylı insan tıxac yaradıb. Amma qəfəsə bir ucdan adam daxil olur, səs-küydən ağız deyən qulaq eşitmir…

Bu, faşistlərin yəhudilərin krimatoriyaya otürdükəri "dəhliz” səhnəsinin əks olunduğu "Şindlerin siyahısı” və ya "Pianoçu” filmindən səhnə deyil. Bu, mənzərə ilə yanvarın 16-da Astara Gömrük Keçid Məntəqəsində rastlaşdıq.

İran İslam Respublikasına əsasən xirda ticarət məqsədilə keçən azərbaycanlılar hər gün bu vəziyyətlə üzləşirlər. Sakinlərin sözlərinə görə, əvvələr burada təsvir etdiyim dəmir barmaqlıqlardan bir neçəsi varmış. Amma son vaxtlar İrana gediş-gəliş azaldığıdan donların sayı azaldılıb.

Adının çəkilməsini arzulamayan gömrük əməkdaşının sözlərinə görə, Astara gömrüyündən hər gün 1000 nəfərə yaxın insan keçir. Son dövrlər onların əksəriyyəti Azərbaycan Respublikası vətəndaşı olsa da, 100-150 nəfər də digər ölkə, o cümlədən İran vətəndaşları olur.

İrana mütəmadi gedib-gələnlərdən biri də Astara şəhrər sakini, 51 yaşlı Nənəxanım Əliyevadır. O da İrana "çorək pulu” üçün gedənlərdəndir. Bu səbəbdən N.Əliyeva Azərbaycan hökumətinin güzəştli-gediş gəlişlə bağlı qadağasından çox narazıdır: "Həyat yoldaşım vəfat edib, heç bir gəlirim yoxdur. Bir oğlum vardı, onu da ailənin tək uşağı olduğu uçün əsgər aparmamışdılar. İndi 35 yaşında orduya aparıblar, onun da ailəsi qalib mənim üstümdə. Biz nə yeyək? Şəhər sovetinə gedirəm, deyirlər biz kömək edə bilmərik, "vayonkomata” gedirəm, deyir bizlik deyil”.

N.Əliyevanın sözlərinə görə, yeganə gəliri İrana gedərək oradan ərzaq məhsulları gətirməkdən çıxır: "Əvvəllər hər gün gedib-gəlmək olurdu. İran tərəfi hər şeyi buraxsa da bizim gömrük 40 kq-dan artıq yük buraxmırdı. İndi isə İran 20 kq-dan artıq yük buraxmır. Bu təzə dəyişikliklər onlara da pis təsir edib, bizə kobud yanaşırlar”.

N.Əliyevanın dediklərinə dəstək verən 57 yaşlı Gülnar Abdullayeva isə kommunal xidmətlərin çox baha olmağından gileylənməkə söhbətə başladı: "50-60 manat qaz pulu, 30 manat işıq pulu, su pulu və sair verməliyəm. Dövlət isə mənə bir qəpik vermir. Evimdə kişi yoxdur ki, qazanıb gətirsin. Mən bu yaşımda, xəstə-xəstə gəlib niyə yollarda can verməliyəm? Əvvələr yenə birtəhər dolanırdıq, bunu da bizə çox gördülər”.  

Son dəyişikliklər astaralıların dolanışığına ciddi təsir edib. 30 yaşlı Cəlaləddin Məhərrəmov deyir ki, onlar 5 qardaşdırlar. Hamısı da hərbi xidməti keçib, amma onlardan yalnız birinin "çörəyi” var. O da Bakıda mollalıqla məşğuldur. Digər qardaşlar isə işsizliyə görə ailə həyatı da qura bilmirlər: "Necə evlənəsən. Arvada paltar, yemək lazımdır. Astaranın dolanışığı İrandan çıxırdı. Bunu da əlimizdən alıblar. Rayon caamatını acından öldururlər. Mən axı neçə evlənim?”.

65 yaşlı təqaudçü Ağababa Şükürov da nazrazılar siyahısındadır. Baxmayaraq ki, digər müsahiblərimizdən fərqli olaraq o dövlətdən təqaüd alır: "Mənə cəmi 120 manat pensiya verir, 60 manat qaz pulu alır. Hələ o birilərini demirəm. İndi nə yeməliyəm?”.

A.Şükürovun sözlərinə görə, əhali İrandan əsasən ərzaq məhsulları gətirir. Onun bir qismini satır, bir qismini də özü istifadə edir. Amma bəzi məhsullar ki, onlar inhisardadır və kimsə onları gətirə bilməz: "İran tərəfi cəmi 10-20 kq mal gətirməyə icazə verir. Gərək kişmiş, xurma, banan, bal, çay, düyü gətirəm ki, 5 manat da qazana bilim. Bunu da "monopoliya” buraxmır. Bircə dənədə olsun xurma buraxmırlar. Bizim gömrükçülərdən soruşuram ki, Azərbaycanda xurma bitir? Dayanıb, ağzıma baxırlar. Deyirlər, ağsaqqal, bizlik deyil. Yuxarının tapşırığıdır”.

Çoxsaylı sakinlərlə söhbət zamanı məlum oldu ki, gündəlik tələb olunan ərzaq məhsulları Azərbaycanla müqayisədə İranda su qiymətinədir. Məsələn, İranda kişmiş 1 manat 20 qəpiyə, bizdə 3-4 manata, "Əhməd”, "Mahmud” çayları 5 manat 40 qəpiyə, bizdə isə 12-14 manatadır, şəkər tozu 50 qəpiyə, bizdə isə 1 manata, ən keyfiyyətli sayılan "Bicar” düyüsü 80 qəpiyə, bizdə isə 4-5 manatadır, toyuq 80 qəpiyə, bizdə isə 2 manat 50 qəpik - 3 manatadır, kartofun 10 kilosunu 1 manata, bizdə 4-5 manatadır.

Qeyd edək ki, 2012-ci il dekabrın 11-də Milli Məclis "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında sərhədyanı rayonlarda yaşayan Azərbaycan və İran vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında” Memorandumun təsdiq edilməsi barədə” 2005-ci il qanununu və Naxçıvan MR-la İran arasında imzalanmış analoji memorandumu ləğv edib.

Bu sənədə əsasən hər iki ölkənin sərhədyanı rayonlarının sakinləri güzəştli şərtlərlə qarşılıqlı səfərlər edirdilər. Habelə İran Azərbaycan vətəndaşlarının bu ölkəyə səfər etmələri üçün viza rejimini 2010-cu il fevral ayından ləğv edib və Azərbaycan tərəfinin yuxarıda qeyd edilən sənədləri ləğv etməsinə baxmayaraq, İran sənədləri qüvvədə saxlayır. Azərbaycan vətəndaşları əvvəlki qaydada İrana gedə bilirlər. Amma, son dəyişikliklərdən sonra problemlər yaranıb.

İran tərəfi, hardasa Azərbaycan hökumətinin "sərhəd qadağasının” qisasını sadə vətəndaşlardan alır. Habelə eyni qadağanı da tətbiq etmir.

İdrak ABBASOV
(Bakı-Astara-Bakı)


Категория: Талыш xəbərləri | Просмотров: 1793 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus