Главная » 2012»Март»9 » Analoqu olmayan rejimin kömrük ximəti (video)
00:19
Analoqu olmayan rejimin kömrük ximəti (video)
Astara gömrüyü önündə yüzlərlə adam toplaşıb. Burada ağız deyəni qulaq eşitmir. İrana getmək istəyən bu qələbəlik arasında qadınlar çoxluq təşkil edir. Azyaşlı gənclər də var. Bəzi əldən-ayaqdan düşmüş yaşlı adamlar da gözə dəyir. Adətən İrana gedənlər arasında Azərbaycanın müxtəlif bölgələrindən gələnlərə də təsadüf edilirdi. Onlar əsasən İrana müalicəyə gedən insanlardır. Bu dəfə adamlar arasında belələrinə rast gəlmədik. İrana getmək istəyənlər əsasən astaralılardır. Onlar deyir ki, İrana bayram bazarlığına gedirlər. Bayram süfrəsinə qoyulacaq nə varsa, yerli bazarda bir neçə dəfə bahadır
Bayram ərəfəsində yerli bazarda qiymətlər qalxır. İranda isə sabit qalır. Iranda qiyməti sabit saxlamaqdan ötrü dövlətin satış mərkəzləri fəaliyyət göstərir. Digər tərəfdən, Azərbaycan manatına nisbətən İran realı düşüb. İrana getmək istəyən yerli sakinlər ordan müxtəlif istehlak malları gətirib burda yuxarı qiymətə satırlar. İrandan ziyad balığı da gətirən var. Çevik tərpənənlər gündə 20 manatdan 50 manatadək pul qazanırlar. Çoxları üçün bu, qazanc mənbəyi hesab olunur. İndi bayram nemətlərinə ehtiyac artıb. Buna görə də İrana gedənlərin sayı çoxalıb.
İş adamı Hacı Fayıq Cəfərov deyir ki, sərhəddə bilərəkdən gərgin vəziyyət yaradırlar. Onun fikrincə, Azərbaycan gömrüyü adamları bilərəkdən gecikdirir:
«Burdakı olan biabırçılıq dünyanın heç yerində yoxdur. Hazırda sərhəddə elə şərait yaradırlar ki, insanlığa yaraşmayan hərəkətlərə yol verilir. İnsan haqlarının pozulmasına qədər nə desən var. Ora nə üçün gedirlər? Xəzərin yanında yaşayan əhali balığa möhtacdır. Balığın bir ədədi 30-40 manatdır, İranda 1 kilosu 5 manatdır» /azadliq.org/.