Главная » 2011»Июнь»30 » İran parlamentinin spikeri Bakıda məsciddə çıxış edib
22:29
İran parlamentinin spikeri Bakıda məsciddə çıxış edib
İyunun 30-da axşam vaxtı İran parlamentinin spikeri Əli Laricani Bakıya rəsmi səfərlə gəlib. Onun səfərinin rəsmi hissəsi iyulun 1-də başlayır və cümə günü Laricani Azərbaycanın dövlət rəhbərləri ilə görüşlər keçirəcək.
İyunun 30-u axşamı Laricani ««Hüseyniyə» məscidinə gəlib. Burada o, İran mədəniyyət mərkəzinin rəhbəri Mahmud Ocaqnejadın çıxışını dinləyib.
Daha sonra Laricani özü dindarlar qarşısında çıxış edib.
Onun fikrincə, hazırda dünyada müsəlmanların birliyi heç vaxt olmadığı qədər vacibdir. Azərbaycanın müstəqilliyini arzulayan Laricani daha sonra İsraili müsəlmanları təhqir etməkdə günahlandırıb. Konkret olaraq o, Qüdsdə Əl-Əqsə məscidinin divarlarının sökülməsini göstərib.
Laricani dindarları İranın Azərbaycanın dövlətçiliyinə hörmətlə yanaşmasında əmin edib. O, İran inqilabının sabiq və indiki liderləri Xomeyni və Xamneyinin azərbaycanlılara hörmətlə yanaşmalarını xüsusilə vurğulayıb.
Laricaninin çıxışını Əli Xamneyinin xüsusi nümayəndəsi olan Ocaqnejad tərcümə edib.