İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Bakıdakı səfiri Məhəmməd Bağır Bəhramini geri cağırıb.
Bu barədə informasiya diplomatik mənbələrdən məlum olub.
Səfirin geri çağırılmasına İranın Bakıdakı səfirliyi qarşısında keçirilən aksiyalar zamanı dini liderin təhqir olunmasının səbəb olduğu bildirilir. Hələlik diplomatın Tehrana məsləhətləşmələr üçün çağırıldığı ehtimal olunur. Lakin onun nə zaman geri dönəcəyi məlum deyil. Səfir sabah öz ölkəsinə yola düşəcək.