Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2012 » Май » 31 » İlya Zemtsov: “Partiya, yoxsa mafiya? Oğurlanmış respublika - Azərbaycan” (VI yazı)
18:06
İlya Zemtsov: “Partiya, yoxsa mafiya? Oğurlanmış respublika - Azərbaycan” (VI yazı)
Heydər Əliyevdən qorxmayan o adam kim idi?

(Əvvəli ötən saylarımızda)


Bakının başçısı ilə valyuta alverçisini nə birləşdirirdi?

Əliyev idarəçiliyinə xas bir üslubdu, xəyanətkar, qaba, başqalarına meydan oxuyan

Sən Moskvaya gedirsən... mən isə xərçəngəm


Müəllif Ilya Zemtsov 70-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində şöbə rəisi işləyib. Sonradan Azərbaycanda əldə etdiyi təəssüratlar və faktlar əsasında kitab yazıb

Kommunistsənsə, azad deyilsən...


Özüm üçün çoxdan yəqin etmişdim: kommunist kimi azad olmaq mümkün deyil. Mən kimin üçünsə alət və vasitəyə çevrilə bilməzdim. Mən Əliyevlə daha yaxından tanış olandan sonra bunu bir daha yəqin etdim. Onun məqsədə çatmaq üçün istifadə etdiyi vasitələr mənim vicdan prinsiplərimə yaddı. Mən Rusiyadan getmək qərarına gəldim. İkiüzlülük olub və olacaq, vicdanla yaşamaq istəyirsənsə, ya mübarizə aparmalısan, ya da çıxıb getməlisən. Getmək yaxşı arzuydu, amma çox çətindi. Çünki birinci dəfə görürdüm ki, dostlar necə də asan səndən üz döndərə bilərlər, yazıqları gələr, kömək etməyə cəsarətləri çatmaz. Alçalmamağa cəhd göstərirsən, tək qalırsan. Həqiqətə qovuşanda daha bir istəyin külə dönür. Bəlkə də küldən öd törəməsi üçün... İnsanlar reallıqla arzularının qovuşacağına inanırlar.

Yaltaqlar xoru və akademikin "səriştəsizliyi”


Əliyevin səs-küylü yaltaqlar xorunda karyera qazandıran bir amili unutmaq olmaz: burda daimilik yoxdur, münasibətlərin yaxşılığı müvəqqətidir və səni cəzadan bir müddət sığortalayır. Bu xorda bir adamın, MK katibi Cəfərovun öz sözünü demək cəsarəti vardı, o bəzən çox məharətlə sözləri oynatmaqla birbaşa Əliyevin fikirlərinə, əsassız qərarlarına qarşı çıxırdı. O, çox savadlı və ağılı idi. Bilirdi ki, onsuz da Əliyev onu işdən çıxaracaq. Ancaq Əliyev onu vəzifədə saxlayırdı, zahirən özünü bitərəf göstərir, başqaları vasitəsi ilə gizli şəkildə, məharətlə ona qarşı hücuma keçirdi. Bu, Əliyev idarəçiliyinə xas bir üslubdu, xəyanətkar, qaba, başqalarına meydan oxuyan bir üslub...

Büro iclaslarında, yaxud plenumlarda kimsə Cəfərovun rəqibi rolunu öz üzərinə götürərdi. Onu yeri gəldi, gəlmədi söyərdilər, məsələn, Rus Dram Teatrına lazım olandan çox gedir, deməli, milli incəsənətə sayğılı deyil, onun öz kitablarını çap etdirməsini xidməti vəzifədən sui-istifadə kimi qiymətləndirir, səriştəsizliyini isə akademik olması ilə bağlayırdılar.

Cəfər Cəfərov Əliyevin əsas kartını açacağı günü gözləyirdi. Onun günahı vardımı: hədiyyələr hesabına dəniz sahilində iki bağ evi tikdirmişdi, Şərqdə qohumluq münasibətləri müqəddəs sayılır, - qohumu olan gəncləri Bakıya gətirir, instituta düzəldir, ev almalarına kömək göstərirdi. Əliyev Cəfərovu çıxarmağa tələsmirdi, o, Axundovdan MK-da qalan yeganə katibdi. Cəfərovun müxalifətçiliyi SSRI-də qeyri-adi görünürdü. Çünki burada yalnız "hə” deyənlərin deyil, bir nəfər "yox” deyənin, Cəfərovun da səsi eşidilirdi.

Məndən hərdən soruşurlar, büro iclasları necə keçirilirdi, orada müxtəlif fikirlilik mümkündümü? Həm hə deyə bilərəm, həm də yox! Çünki büroda müxtəlif təhsilli və maraq dairəsi olan adamlar toplaşır. Çünki partiya təcrübəsi bu adamları vahid düşüncə formasına salıb, onları seçərkən müəyyən keyfiyyəti və xasiyyəti olanlar və daha çox burada qalmaq istəyənlər düşür. Buna görə də əks fikirlilik ordaca qalır. Bu yalnız təzə gələndə, yaxud gedəndə mümkün olur.

Nəhayət, Cəfərovu işdən çıxardılar. Həmin ərəfədə o mənə zəng etmişdi:
-Sən "Pravda” qəzetinə məqalə yazmısan?
-Mən yazmamışam. Suxodayev yazıb.
-Yalan deyirsən. Hər halda, yaxşı deyil. İki xəbər var. Biri çox mühümdür, biri isə pisdir. Səni Moskvaya aparırlar, qurultayın sənədlərini redaktə edəcəksən. Və Əliyevi gözləyəcəksən. Onu Sov.İKP MK-ya katib aparırlar. Başqa xəbərsə mənim xərçəng olmağımla bağlıdır. Dəfn mərasiminə gələcəksən?

***
Partiya getdikcə "şərəf və vicdan”lıqdan çıxırdı. Düz adamlar belə alıb kiməsə verdikləri puldan "qorxu əvəzi” götürürdülər. Bir-iki min görəndən sonra "başqalarından nəyim əskikdir?” fikrinə düşürdülər. Çünki insanlar çox halda ələ düşən imkandan istifadə etmədiklərinə görə sonradan peşmançılıq hissi keçirir, özlərini qınayırlar. Cəmiyyətdə belə fikir formalaşıb: oğurlaya bilənə deyirlər ki, yaşamağı bacarır. Dəyişib kələk gələni isə işgüzar adlandırırlar. Çar dövründə də belə idi, indi də əxlaqdan üstün bu adətlə yaşayırlar.

***
İkinci rüşvət dayanacağında ayaq saxlamaq məqamıdır. Bələdçisiz, rayona ayağı bir dəfə düşənlər yaxşı bilirlər. Burda rayon üçün əlahiddə səlahiyyətləri olan partiya komitəsinin birinci katibi hər şeyi həll edir. Mərmər pilləkənləri görən kimi "Azərbaycanda kim yaxşı yaşayır?” sualı yada düşür. Cavab üçün düşünmək lazım deyil: rayon partiya komitələrinin katibləri. Elə milyonçular da onlardır. Düzdür, yığılan rüşvətin bir hissəsi rayon üçün əlahiddə səlahiyyətli adamların payına düşür. Amma onların da əlinə göz dikən MK katibləri, şöbə müdirləri, nəzarətçi təlimatçılar, nazirlər, Ali Sovet aparatının məsul işçiləri var. Çünki katib Ali Sovetin deputatıdır, MK üzvüdür,  onların da qarşısında sakit yaşamaq üçün öhdəlikləri var. Amma həyatları sakit keçmir. Bütün günləri gərginlik içində yaşayırlar, istehsal planları yerinə yetirilmir, aldatma, gözdən pərdə asmaq, rəqəmləri şişirtmək yolu tuturlar, vaxtaşırı komissiya gəlir, yoxlamaların da öz dərdi, idarəetmə islahatının öz qayğıları var, yaxud növbəti siyasi kompaniya, məsələn, seçkidən çox təyinatlı dinc seçkilər belə vaxt aparır.

Oğrunun 40 günü

Partiya rəhbərliyinə ağır gələn budur ki, guya özününkülərlə əhatə olunublar, birinə sən rüşvət verirsən, birindən sən alırsan, günlərin birində gündəlik işin "səsi” çıxan kimi, hər şey unudulur, işdən çıxarılırsan. Daha dəqiqi, yerini dəyişirlər, böyükdən kiçiyə enirsən, bəxtin onda gətirir ki, MK nomenklaturasında qalırsan.

Bakı şəhər Nərimanov rayon partiya komitəsinin birinci katibi Muradəliyev "pripiska”da yansa da... Məişət Xidməti naziri təyin olundu. Bakı şəhər Oktyabr rayon partiya komitəsinin birinci katibi Məmmədov Moskvada milyonlar üstündə "sürüşdü...”. Ehtiyatsızlıq edərək Moskvada əmanət bankına həyat yoldaşının adına 195 min rubl əmanət qoymuşdu. Onu Daxili İşlər Nazirliyinin Bakı şəhər üzrə hərbiləşdirilmiş mühafizə idarəsinə rəis göndərdilər. Məmmədovun belə gözdən düşməsi ona qarşı paxıllıqdan irəli gəlmirdi, Allaha şükür ki, onu işdən çıxaran Axundov birinci katibdən yoxsul deyildi. Axundov onun qaba hərəkətini bağışlaya bilməmişdi: 1965-ci ildə Məmmədov plenum üzvlərini onun yerinə MK-dan təklif edilən Rzayevə səs verməməyə çağırmışdı. Məmmədov bir il də vəzifədə qaldı. Sonradan ildırım sürəti ilə vəzifələrini itirdi. MK-dan çıxarıldı, deputat mandatı əlindən alındı. Məğrurluğu ilə öz başına oyun açdı. Mərkəzi Komitənin təklifi ilə razılaşsaydı, onda  Sosial Təminat Nazirliyində müavin vəzifəsi tutacaqdı.

Bakı şəhər partiya komitəsinin birinci katibi Allahverdiyev isə valyuta satan Rokotovdan (sonradan həbs edilib və güllələndi) qızıl aldığına görə ilişmişdi. Onu Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Texniki-Peşə Təhsili Komitəsinə sədr göndərdilər. Onun yerinə təyin olunan Nəsrullayev isə şəhvətin qurbanı oldu. Bakıda tanınmış bir alimin qızı zorlanmışdı. Müstəntiqlər istintaq apararkən gizli bir əxlaqsızlıq yuvası aşkar etdilər. Bu əxlaqsızlıq evinin daimi müştərilərindən biri də Nəsrullayev idi. Ancaq Nəsrullayev "əxlaqsızlıq evinə” tək getmirmiş: 7 nəfər MK üzvünün və 3 nazirin də yolu tez-tez bura düşürmüş. Bir neçə il keçmiş hər şey unuduldu və Nəsrullayev respublika rabitə naziri təyin olundu...

(ardı var)
     
 
Hazırladı: Surxay Hüseynli
 

Категория: Azərbaycan | Просмотров: 1613 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus