Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2012 » Март » 25 » İlya Zemtsov: “Partiya, yoxsa mafiya? Oğurlanmış respublika- Azərbaycan” (II yazı)
15:13
İlya Zemtsov: “Partiya, yoxsa mafiya? Oğurlanmış respublika- Azərbaycan” (II yazı)
Heydər Əliyevin şəxsi sosioloqu öz kitabında nələrdən yazdı?

Müəllif İlya Zemtsov 70-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində şöbə rəisi işləyib. Sonradan Azərbaycanda əldə etdiyi təəssüratlar və faktlar əsasında kitab yazıb. Bu kitabı oxuyun, o zamankı və indiki dəyərləri müqayisə edin. Ya da heç müqayisə etməyin, çünki müqayisə ediləcək heç nə yoxdur.
***
Sovet İttifaqı təkbətək oğurlanmış 250 milyon nəfərdən  ibarətdi.
Onların arasında bütövlükdə oğurlanan bir respublika vardı. Bu respublikada insanlar gecə növbələrdə yağış altında donurdular, bu ölkədə 3 uşaq anası özünü yandırırdı, çünki 13 ildi zirzəmidə yaşayırdı, bu ölkədə insanlar boğaza yığılıb Leninə 5 mərtəbəli əmlak-muzey tikintisinə etiraz səslərini muzeyin rəy kitabına yazırdılar: "Üfunətli meyit - heç kimdir!”
***
Elə həmin günlərdə əli xurcunlu katiblər, nazirlər oğurladıqları pullarla alınmış əntiq əşyaları Kremldəki ağalarına vermək üçün qapı ağzında növbə gözləyirdilər. Mazurova, Kapitonova, Kirilenkoya, Baybakova... Kremlin komendantına qədər əntiq əşyalar, cib xərcliyi aparırdılar. Hər gün yuxudan duran baş katibin qızı güldanda təzə-tər Azərbaycan qızılgülü görürdü...

Bu ölkədə arvadlar ərlərini vəzifəyə dəyişirdilər...

Bu respublikanın birinci katibinə, "bəsdir Bakını rəqs meydanına çevirdin!” - deyirdilər.

Heç kim nəticə çıxarmırdı... Katiblər dəyişir, pis vərdişlər qalırdı...

Elə bu gün də qalır... Əntiq əşyalar, adsız pul kartları... yenə yuxarılara gedir...

Neft və dollar iyi verən seçkilər haqqında rəylər yazılır...

Sovet totalitar rejiminin demokratiya gölgəsinə bürünmüş müstəqil Azərbaycan...

Yenə mafiya partiya libasında, nazir oliqarx vəzifəsində...

Vəzifəsi ilə milyonçu olanlar ölkəsi...

Heykəllər və muzeylər ölkəsi... Dövlət məsələləri ailə-quda əhatəsində həll edilir...

Elə buna görə sahibinin üzünə ağ olan moskvalı sosioloqun, alimin və nəhayət, onlarla azərbaycanlıya alimlik üçün dissertasiya yazan İlya Zemtsovun 1976-cı ildə Parisdə çap edilən kitabını dərc etmək qərarına gəldik.

"Siz Brejnevi, Axundovu, Əliyevi o qədər yaxından tanıyırsınız ki...”


Sosioloqun, keçmiş sovet professorunun, Azərbaycan KP MK informasiya bölməsinin müdirinin, bir vaxtlar ən yuxarıların inamını qazanmış bir adamın, sonradan imiqrantın, İsrail vətəndaşının yazdığı kitab dünyada niyə belə maraqla qarşılanmışdı? Kitabı oxumuş bir fransız, müəllifə məktubunda yazırdı: "Kitabınızda həddindən çox inandırıcı informasiya var, maraqlıdır və çox şey öyrənmək olar. Siz Brejnevi, Axundovu, Əliyevi o qədər yaxından tanıyırsınız ki, onların fikirlərini oxucularla bölüşürsünüz. Bu fikirlər oxucu üçün çox inandırıcıdır, bəlkə də həqiqətdir, desəm, yanılmaram. Xüsusilə çox maraqlıdır, sizin rəhbərləriniz nəyisə bilirlər, yoxsa bilmək istəyirlər? Nəyi bilmək istəyirlər? Görünür ki, çox şeyi bilmək istəmirlər, onlar yalnız Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizlik Komitəsinin və MK şöbələrinin verdiyi informasiyalarla kifayətlənirlər”.

Sistem başdan yalan və özünü aldatma, insanları əzmək üstündə qurulub. Bu da onunla nəticələnir ki, əsl həqiqəti görmək, bilmək mümkün olmur.


O, Heydər Əliyevin "saray sosioloqu” olmaq istəmədi


Sovetlər Ittifaqında bəlkə də nadir hadisəydi. Azərbaycanın "yiyəsi” olan Əliyevin sosioloq alim və azərbaycanlı olmayan bölmə müdiri nəyinə gərəkdi? Zemtsovun başçılıq etdiyi "saraydaxili informasiya xidməti” kimə nəzarət edəcəkdi? Axı Azərbaycan KP MK-da ideoloji katib vardı, ideologiya şöbəsi fəaliyyət göstərirdi...

Əlbəttə, "saray sosioloqu” hər şeyi sağaldan məlhəm deyil, o məxfiliyinə və siyasi cövhərinə görə tezliklə elmlikdən və məntiqdən uzaqlaşdı, MK-nın başqalarından fərqlənməyən bir şöbəsinə, bölməsinə çevrildi. "Saraydaxili sosioloq” ifadəsinin özü də təbii səslənmirdi, qondarma bir söz birləşməsindən başqa bir şey deyildi. Bu keyfiyyətlə "Əliyevin sosioloqu” yalnız partiya məmuru ola bilərdi.

İlya Zemtsov məmur ola bilmədi, ölkədən getdi. Kitaba şərh yazan bir imiqrant rusun qeyd etdiyi kimi "vicdanlı kitab” yazdı. Maraqlıdır, bəs "saray sosioloqu” Əliyevə hansı informasiyaları verirdi? Ərzaq çatışmır, çoxlu sayda insan qətlə yetirilir...

Bu informasiyalarla Qərb ölkələrini heyrətləndirmək mümkün deyildi, bununla ortadoksal bir kommunist məmurunu vəcdə gətirmək olardı. Çünki belə məmurlar "sosializmdə cinayət ola bilməz və olmamalıdır” yalanı ilə nəfəs alırdılar. Partiya rəhbəri üçün ölkə əhalisinin yarıdan çoxunun zirzəmilərdə yaşaması da faciə deyildi.

Əliyevi daha çox gizli iqtisadiyyat ("sexovşina”), aşağıdan yuxarıya, MK-ya qədər satın alınmağın və satılmağın mövcudluğunun sosial mənbələri və ətrafının birinciyə münasibəti, saray çəkişmələri maraqlandırırdı. Əliyev hakimiyyətə hazır "dosyelərlə” gəlmişdi və "partiya-sovet aparatını sındırmağı” qarşısına məqsəd qoymuşdu. Zemtsov Əliyevə yalnız sosioloji tədqiqatlar aparmaq, əhalinin narazılığının mənbələrini üzə çıxarmaq və həlli yollarını tapmaq təkliflərini vermirdi.

Zemtsov H.Əliyevlə üç ilə qədər işlədi. Və günlərin birində ölkədən getmək haqqında qərar verdi.

Ya sən İsrailə getməkdən imtina edirsən, ya da...


Bakı 1973-ci ilin axırı. Azərbaycan KP MK binası. Əliyev İlya Zemtsovu yanına çağırır:

-Səninlə açıq danışmaq istəyirəm...

Əliyevin səsində qəribə bir sirr, daha doğrusu, məxfilik vardı, bir qədər də həyəcanlı idi. Mən ona bir də diqqətlə baxdım. Üzündə yaşıl bir kölgə vardı, gözlərindəki soyuqluq kənardan hiss edilirdi. Əlinin uzun barmaqlarını yumruq kimi düyünləmişdi, bir qədər titrəyirdi, amma intiqam hissi açıq sezilirdi.

-Bəsdir əzilib-büzüldün. Ya sən İsrailə getməkdən imtina edirsən, ya da...

Əliyev cəld əlini yellədi və otağın ortasında dayandı:

-Səni qorumayacağam. Sviqun zəng etmişdi, sənin məxfi materiallara girişinin olub-olmaması ilə maraqlandı.

Birdən sakitləşdi, düşündü:

-Mən "yox” dedim, təqribən yox...
-Mənə köçməyə icazə verəcəklər?
-Mağmun! - o, mənə mərhəmətlə baxdı, - həbsxana səni gözləyənlərdən ən dəhşətlisi deyil.
Əliyev çox cəld başını yellədi, əlini sonu olmayan qaranlığa sarı uzatdı:
-Sən respublikanı, nəhayət, məni biabır edirsən.
-Sizi?
-Əlbəttə, Dayanı, yox ki... Səni Mərkəzi Komitəyə işə götürməyi mən təklif etmişəm, o yox ki...
-Mənim orda olmağım daha yaxşıdır. Çünki orada Kapitonovun, Kvasovun əli mənə çatmayacaq.
-Şantaj edirsən?
-Siz nə danışırsınız? Heç cür, bu ağlıma belə gəlmir... Sadəcə, mənim başıma bir iş gəlsə, - mən həyəcanlanıram və çox sakit deyirəm, - danışacaqlar ki, xoşa gəlməyən şahiddən yaxa qurtarmaq üçün bütün bunları siz etmisiniz.
-Sən belə fikirləşirsən?
-Bəli.
-Belə ola bilər... Bu  səni məhv edəcək.

Bu mənim Əliyevlə sonuncu görüşüm deyildi.

Ertəsi məni DIN-nin Pasport-Viza idarəsinə çağırdılar. Polkovnik İbrahimov mənə qarşı nəzakətli idi, amma  baxışlarından soyuqluq yağırdı:

-Sizə hazırlaşmaq üçün nə qədər vaxt lazımdır?

Məəttəl qaldım. Mənimlə yenə ədəblə davranırdılar. Yəqin etdim ki, mənə İsrailə getməyə icazə verilib.

(ardı var)                   

Hazırladı: Surxay Hüseynli
 

Категория: Azərbaycan | Просмотров: 1538 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus