Azərbaycan polisi tərəfindən hüquq müdafiəçisi, "Tolişo sado” qəzetinin baş redaktoru Hilal Məmmədovun cibinə nümayişanə surətdə narkotik maddə qoyularaq həbs edilməsinə etiraz olaraq talış şairi Z.Mədoj "Ты кто такой? Давай, до свидания"nın Azərbaycan dilindəki variantını: "İlham sən kimsən? Əlvida!" - yazıb.
İlham sən kimsən? Əlvida!
Daha bezdirdin milləti, Ərşə qaldırdın zilləti, Dağıtdın neçə külfəti, Qəlbimə gəldi bir nida, İlham sən kimsən? Əlvida!
Qəlblərdə nifrət qaladın, Yurdu dağıtdın, taladın, Müxənnətdir əsil adın, Etdin şeytana iqtida, İlham sən kimsən? Əlvida!
Təzək üstə vurma bəzək, Deyirsən talışı əzək, Əzər başıvı daş-kəsək, Yetişib daha son vida, İlham sən kimsən? Əlvida!
Azərbaycan cana doydu, Quldurların onu soydu, Qarabağı yetim qoydun, Qənim olsun sənə Xuda, İlham sən kimsən? Əlvida!
Dəyişməyir heç əhvalın, Xalqı etdin ayaqyalın, Gəl həya et gönü qalın, Bu milləti didə-didə, İlham sən kimsən? Əlvida!
İblis hökmən xar olacaq, Sonu ahu-zar olacaq, Cəhənnəmə yar olacaq, Sənə qənimdir Əlhuda, İlham sən kimsən? Əlvida!