16 saylı həbsxanada daha bir müsəlman ruhanisi dünyasını dəyişib
Xeberlent informasiya agentliyinin xəbərinə görə, Avqustun 14-də İlham Əliyev şeyxülislam Allahşükür Paşazadənin müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında verdiyi iftar süfrəsində iştirak edib. Şeyxülislam Allahşükür Paşazadə deyib ki, on bir ayın sultanı mübarək Ramazan ayı münasibətilə açılan iftar süfrəsinə dəvəti qəbul etdiyinə görə prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. İftar süfrəsinə qatılmaq dinin şərtidir və savabdır, amma minnət mənbəyi deyildir...İftar süfrəsində iştirak edənlər Azərbaycanın İslam həmrəyliyinin möhkəmlənməsinə töhfələrini yüksək qiymətləndiriblər.
İslamazeri.az-a verilən məlumata görə, elə eyni gün, prezident iftar süfrəsində çıxış edən zaman Ədliyyə Nazirliyinin penitensiar xidmətinin 16 saylı ümumi cəzaçəkmə müəssisəsində Lökbatan ruhanisi Füzuli Novruzov şəhid olub. İranda təhsil almış ruhani bu ilin fevral ayında kütləvi həbslər zamanı həbs olunmuş, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 il azadlıqdan məhrum edilmişdi. 16 saylı həbsxanada olan ruhani və dindarlar mərhumun ailəsinə başsağlığı verir, Allahdan onlar üçün səbr diləyirlər.
Allah rəhmət etsin! "Mirzə Xəzərin Səsi" qəzeti 15.08.2012