Yasamal Rayon Polis İdarəsinə çağırılan ilahiyyatçı Hacı Zülfüqar Mikayılzadə təqribən saat 23:00 radələrində sərbəst buraxılıb.
İlahiyyatçı ilə birlikdə saxlanılan digər iki nəfərin də sərbəst buraxıldığı bildirilir.
İlahiyyatçının saxlanılmasına səbəb kimi, yaşayış üçün nəzərdə tutulmuş evdən ofis kimi istifadə etməsi və qonşuluqda yaşayan insanların şikayət etməsi göstərilib.
İlahiyyatçı sərbəst buraxılsa da, ona evdən ofis kimi istifadə etdiyi üçün işin məhkəməyə göndəriləcəyi və inzibati qaydada cərimə ediləcəyi bildirilib.
*******************
Tanınmış ilahiyyatçı alim Zülfüqar Mikayılzadə bu gün səhər saatlarında Yasamal Rayon Polis İdarəsinə çağırılıb.
Məlumatı ilahiyyatçının sürücüsü də təsdiqləyib. Belə ki, onun saytımıza verdiyi məlumata görə, onlar hal-hazırda Yasamal RPİ-dədirlər.
İlahiyyatçının sürücüsü onu da bildirdi ki, idarəyə gələrkən kobudluqla qarşılanıblar və hazırda ayrı-ayrı otaqlarda saxlanılırlar.
Məsələni diqqətdə saxlayacağıq. Məlumatlar yeniləndikcə sizlərə təqdim olunacaq.
TALISH.ORG