Seyran RƏFİYEV
Səbr ver ki, arada olan xırda və mənasız umu - küsülərdən, yeri gəldi-gəlmədi bir - birimizin ünvanına qeyri - etik ifadələr səsləndirməkdən, səbəbsiz - lüzumsuz aqresiyalardan, bir -birimizi aşağılamaq cəhdlərindən xilas ola bilək! Anlayaq, dərk edək ki, TALIŞ deyib bütün varlığımızla sevdiyimiz bir xalqın nicatı həmrəyliyimizdə, böyüklü - kiçikli hər bir insanımıza qarşı hörmət - izzət göstərməkdə və ən başlıcası, bir - birimizi qiymətləndirməyimizdədir.
Ədəb - ərkandan uzaq, dünya malı xatirinə satqınlıq edənlər, yağlı dillə danışıb dişlərinin arxasında ilan zəhəri gəzdirənlər və s. həmişə olub, yəqin ki, bundan sonra da olacaq. Ancaq belələri azdır. Yaxşı ki, azdır! Bu sayaq əbləhlər bizim BİRLİYİMİZƏ xələl gətirə bilməz! Yel qayadan nə aparacaq ki?! Gəlin, başımızın üzərinə bayraq əvəzi dəyərli soydaşlarımızın hər birinə qarşı sevgi və səmimiyyət arzuları qaldırıb da, irəli baxaq! Gəlin, ürəyimizdə olan kin-küdurəti çıxardıb biryolluq ataq və onun yerinə ÇIMI CON, ÇIMI DIL, ÇIMI AZIZƏ TOLIŞ, ÇIMI XOSƏ TOLIŞ, AZ TINIM VE, LAP VE PİDƏME! deyibən, bir-birimizlə halal və təmiz ünsiyyət kəsək! Bundan yaxşı nə ola bilər ki!..
Allahım, mənim başıbəlalı və sevgili XALQIMI xəta - bəlalardan hifz elə! AMİN!
11.04.2014