Müstəqil jurnalist İdrak Abbasov növbəti beynəlxalq mükafatın laureatı olub
Jurnalist Amerikanın Səsinə verdiyi məlumata görə ötən həftə ABŞ-ın Nyu-York ştatının Sirakuzi şəhərində Talli Mərkəzinin təsis etdiyi "2013 Tully Award for Free Speech” mükafatı təqdim olunub.
Adı çəkilən mərkəz tərəfindən "İfadə Azadlığı” mükafatı ildə bir dəfə ifadə azadlığına görə təhlükə ilə üzləşən jurnalistlər arasında seçim aparılmaqla ən layiqlisinə verilir. İdrak Abbasov 12 finalçı arasından qalıb seçilib.
Eyni zamanda İ.Abbasov Sirakuzı Universitetinin jurnalistika, diplomatiya və siyasi bilimlər fakültələrinin tələbələri qarşısında da Azərbaycan həqiqətləri barədə məruzə edib.
"ABŞ-da Azərbaycan haqqında az məlumalıdırlar. Bu baxımdan tələbələrin də ölkəmiz haqqında bilikləri demək olar ki yox idi. Onların əksəriyyəti ümumiyyətlə Azərbaycanın hansı qitədə olduğunu belə bilmirdilər. Onlara Qarabağ problemindən tutmuş, neft ölkəsi olan Azərbaycanda ifadə azadlığının olmaması, 10 nəfərə qədər jurnalistin həbsdə olması, jurnalistlərin şantaj edilməsi, gənc fəalların təqib olunması, seçkilərin saxta keçirilməsinə qədər ətraflı məlumat verdim. Eyni zamanda onlara Stenli Eskudero və Metyu Brayza kimi adamların da vaxtilə ABŞ-ı Azərbaycanda təmsil etmələri barədə də danışdım”, - İ.Abbasov eyni mükafatın təqdimatı zamanı da daha geniş auditoriyanı məlumatlandırdığını bildirib.
İdrak Abbasovun bir sıra mükafatların laureatı, eləcə də 2012-ci ildə isə Böyük Britanıyanın "Senzura İndeksi” təşkilatının "İfadə Azadlığı” mükafatının qalibi olub.
Jurnalist "Bizim yol” qəzet, Rusiyanın "Regnum” İnformasiya Agentliyi və Böyük Britaniyanın "Hərb və Sülh İcmalları İnstitutu” (IWPR) ilə əməkdaşlıq edir.