Azəri-Talış İctimai Birliyinin Gənclər təşkilatı "Xəzər Lənkəran" - "Neftçi" oynunda həbs olunan azərkeşlərə görə prezidentə müraciət edəcək.
Bu barədə məlumatı Azəri-Talış İctimai Birliyinin Gənclər təşkilatının sədr müavini Azər Kazımzadə verib. Azər Kazımzadə bildirib ki, həbs olunan azarkeşlər günahsızdırlar və onlar haqsız yerə həbs olunublar.
Onun sözlərinə görə, əksər dünya ölkələrində idman, xüsusən də futbol azarkeşləri keçirilən oyunlar zamanı bir-birilərinə qarşı aqressiv münasibət sərgiləyirlər. Bunu da təbii qarşılamaq lazımdır və bu, artıq dünya praktikasında tez-tez rast gəlinən haldır.
A.Kazımzadə deyib ki, belə halları siyasiləşdirmək və ya kimlərisə qanunsuz həbs etmək qəbuledilməzdir.
O həmçinin qeyd edib ki, məhkəmənin onlar haqqında verdiyi 2 aylıq həbs qərarını yanlışdır və Təşkilat bu haqda Azərbaycan Prezidentinə müaricət ünvanlayacaqdır.
"Ümid edirik ki, prezident bizim müraciətimizə müsbət cavab verəcək", - deyə A.Kazımzadə bildirib.