Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2012 » Июль » 6 » Hüquq müdafiəçisi Hilal Məmmədova “İran şpionu” ittihamı absurddur
15:42
Hüquq müdafiəçisi Hilal Məmmədova “İran şpionu” ittihamı absurddur
21 iyun 2012-ci ildə qondarma narkotika ittihamı ilə həbs edilən hüquq müdafiəçisi, "Tolışi Sədo” qəzetinin baş redaktoru Hilal Məmmədova qarşı absurd ittihamların arası kəsilmir. Növbəti dəfə ona "İran şpionu” ittihamı irəli sürülüb.

Azərbaycandakı Əliyev rejimi özünün antidemokratik xarakterini ört-basdır etmək üçün son 10 ildə İran dövlətinin qonşuluqda olmasından yaralanmaqdadır. Belə "üstünlük”lərdən biri də rejim üçün arzu olunmaz şəxslərin "İran şpionu” kimi qondarma ittihamla həbs etmək və sonradan onların hətta fiziki məhfinə nail olmaqdan ibarətdir. Məhz bu yolla Əliyev rejimi sözü gedən şəxslərin beynəlxalq demokratik dəstəkdən məhrum edilməsinə təssüf ki, indiyə qədər məharətlə nail ola bilmişdir. Belə ki, Hilal Məmmədovdan əvvəl "Tolışi Sədo” qəzetinin baş redaktoru professor Novruzəli Məmmədova qarşı da bu ittiham irəli sürülmüşdü və rejim müvəffəqiyyətlə nəinki onun, hətta bütün ailəsinin fiziki məhfinə nail olmuşdur. Halbuki Novruzəli Məmmədov ingilis dili mütəxəssisi idi, omrü boyu bu dili tədris etməklə ailəsini dolandırmışdı. Bundan əlavə mərhum İranda mövcüd olan dini rejimin daşıyıcıları ilə hətta bir dini məzhəbi bölüşmürdü. Novruzəli Məmmədov İslamın sünni təriqətinin daşıyıcısı idi və belə şəxslər bir qayda olaraq İran rejimi tərəfindən arzuolunmaz şəxslər hesab edilir.

Hilal Məmmədovun "İran şpionu” olması ilə bağlı Azərbaycan Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumatda göstərilir ki,  Hilal Məmmədov güya keçən əsrin 90-cı illərin əvvəllərindən İran islam Respublikasının (İİR) vətəndaşı Əli Əbduli tərəfindən əməkdaşlığa cəlb edilib. Bizim apardığımız araşdırmalardan məlum oldu ki, Əli Əbduli həmin dövrdə Hilal Məmmədovla Azərbaycan Respublikasının Elmlər Akademiyasında çalışmış və orada tarix elmi üzrə alimlik dərəcəsi almışdır. Onun Hilal Məmmədovla qohumluq əlaqələri vardır. Əli Əbduli tarixçi alim kimi yerli xalqların mədəni məişət tarixini öyrənməklə məşğuldur və bu sahədə bir sıra kitabların müəllifidir. İran rejimi Əli Əbdulinin yaradıcılıq imkanlarına həmişə mane olmağa çalışmış və hətta bir müddət onun kitablarının çap olunmasına qadağa qoymuşdur. Əli Əbduli baxışlarına görə daima İran rejiminə müxalif olmuş, hazırda İranda nəzarət altında, demək olar ki, ev dustaqlığı şəraitində yaşayır. Belə olan təqdirdə Əli Əbdulinin Hilal Məmmədovu İranın xeyrinə casusluğa cəlb etməsi yalnız kimlərinsə naşılığına və  ifrat fantaziyasına  işarə edir.

Hilal Məmmədov da Novruzəli Məmmədov kimi İslamın sünni təriqətinin daşıyıcısıdır və belə şəxslər yuxarıda qeyd etdiyim kimi İrandakı şiə rejimi tərəfindən arzuolunmaz şəxslər hesab edilir. Onu qeyd etmək kifayət edər ki, Hilal Məmmədov son ildə İranda müqəddəs dini-matəm bayramı olan "”Məhərrəmlik” ayında "fasebook” sosial şəbəkədə (http://www.facebook.com/hilal.mamedov.3) mahnı çarxlarının yerləşdirməsi ilə yadda qalmış və buna görə İran rejiminin tərəfdarlarının tənqidlərinə tuş gəlmişdi. Digər tərəfdən İran rejiminin də Hilal Məmmədova münasibəti adekvat olmuşdur. Məlumdur ki, İranda çap olunan "Talış” jurnalı Hilal Məmmədovla intervyu verdiyinə görə baş redaktor Şaxram Əzmoda İran dövləti tərəfində həbs edilmiş və həmin jurnalın çapı dayandırılmışdır.

Hilal Məmmədov hüquq müdafiəçisi olaraq Avropa strukturları ilə sıx əməkdaşlıq edir, onlarla tez-tez görüşürdü. Belə görüşlərdən biri də 03 aprel 2012-ci ildə Bakıya səfər edən Avropa Birliyinin Avropa Qonşuluq Siyasəti və Genişlənmə məsələləri üzrə komissarı Stefan Fülenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə olmuşdur. Hilal Məmmədov özünün fəaliyyəti ilə Azərbaycanın Avroatlantika məkanına inteqrasiyanın ardıcıl tərəfdarıdır və bu da nəinki Azərbaycandakı rejimin və hətta İran rejiminin maragında olmayan məsələdir.

Bütün bunlar göstərir ki, Hilal Məmmədova qarşı "İran şpionu” kimi ittiham irəli sürülməsi absurd və uydurmadır. Bu hər şeydən əvvəl Əliyev rejiminin növbəti hüquq müdafiəçini səssiz-küysüz sıradan çıxartmağına hesablanıb. Bununla rejim bir tərəfdən Hilal Məmmədovu beynəlxalq dəstəkdən məhrum etmək istəyir, digər tərəfdən isə "Azərbaycana demokratiya vermək olmaz” kimi tezisinə beynalxalq səviyyədə dəstək əldə edir.

Eyni zamanda onu da qeyd etmək yerinə düşür ki, Azərbaycandakı rejim mənsublarının İranla ciddi biznes əlaqələrinə malik olması və İranın cirkli pullarının Azərbaycan üstündən yuyulması ilə bağlı WikiLeaks tərəfindən xeyli faktlar açıqlanmışdır.
 
Ataxan Əbilov
Hüquq müdafiəçisi, beynəlxalq hüquq üzrə ekspert


Категория: İnsan hüquqları | Просмотров: 1987 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus