"Hovon" ansamblı Moskva şəhərində konsert verəcək.
Bu barədə "Qafqazinfo”ya qrupun meneceri və rəhbəri Azad Kərimli məlumat verib. O bildirib ki, konsertdə 20 talış mahnısı ifa olunacaq.
Qrup rəhbərinin sözlərinə görə, hal-hazırda "Hovon" ansamblı sözləri özünə məxsus olan son ifa etdikləri Xəzər Lənkaran mahnısını duet formasında da ifa ediblər: "Qrupun uzərində işlər gedir, artıq yeni bəstəkar ifalarına da müraciət olunacaq”.
Qeyd edək ki, A.Kərimli qrupun üzvlərindən biri olan Gülbəzək Kərimovanın oğludur.