Главная » 2012»Июнь»22 » Hilal Məmmədovun vəkillə görüşünə icazə verilməyib
16:15
Hilal Məmmədovun vəkillə görüşünə icazə verilməyib
"Bütün səylərimizə baxmayaraq, vəkili olduğum Hilal Məmmədovla mənə görüş üçün icazə verilməyib”, - vəkil A.Qasımlı Turan-a bildirib.
O qeyd edib ki, iyunun 21-də axşam saat 22.00 radələrində N.Məmmədovun saxlandığı Nizami rayonundakı 37 saylı polis bölməsinə gəlib. Vəkil olaraq orderini göstərsə də hüquqlarını müdafiə etdiyi şəxslə görüşə imkan verilməyib.
Vəkil H.Məmmədovun saxlanmasına dair sənədləri tələb etsə də bu sənədlər vəkilə təqdim olunmayıb. A.Qasımlı polisin bu hərəkətini vəkilin və müdafiə etdiyi şəxsin hüquqlarının kobud şəkildə pozulması kimi dəyərləndirib.
A.Qasımlı H.Məmmədovun iyunun 22-də səhər Nizami Rayon Polis İdarəsinə gətirildiyini deyib. Vəkil H.Məmmədovun saxlanılan zaman fiziki zorakılığa məruz qalması ilə bağlı ekspertizaya aparıldığını bildirib. A.Qasımlı H.Məmmədova qarşı Cinayət Məcəlləsinin 234-cü (külli miqdarda narkotika) maddəsilə cinayət işi başlandığını qeyd edib və bu gün məhkəmə qarşısına çıxarılaraq barəsində həbs qətimkan tədbirinin seçilə biləcəyini söyləyib.
A.Qasımlı ittihama əsasən H.Məmmədovun üzərindən 5 qram heroin tapıldığını, evindən də heroin tapıldığını amma miqdarının hələ müəyyn olunmadığını bildirib.
H.Məmmədov əslən talışdır, Bakıda yaşayır. İki il öncə MTN-in təcridxanasında müəmmalı şəkildə vəfat edən edən "Talişi sədo” qəzetinin redaktoru Novruzəli Məmmədovun hüquqlarını müdafiə komitəsinin sədri idi. N.Məmmədovun vəfatından sonra "Talişi sədo” qəzetinin baş redaktorudur.