"Tolışon Sədo” qəzeti xəbər verir ki, 08 avqust 2012-ci il tarixdə saat 16-da Bakı Apellyasiya Məhkəməsində Hilal Məmmədovun işi ilə bağlı verilmiş şikayətə yenə də ayaqüstü baxılıb və şikayət təmin edilməyib. Hilal Məmmədovun vəkili Anar Qasımlının sözlərinə görə "Qərarın əsaslandırılması loru dildə belə oldu: Hər kəsin məhkəməyə müraciət etmək hüququ vardır, tək Hilal Məmmədovdan başqa!"
Hilal Məmmədovun müdafiə komitəsinin həmsədri Rafiq Cəlilov yaydığı press-relizdə bildirir: "Hilal Məmmədovun bütün iddialarını rədd etməklə hüquq-mühafizə və məhkəmə orqanları bir daha bu işin sifarişli olmasını sübut edirlər, sanki bu dövlətin yazılmış qanunlarının Hilal Məmmədova heç bir aidiyyatı yoxmuş, Hilal Məmmədovun işi bir daha sübut edir ki, hüquq-mühafizə və məhkəmə orqanları Hilal Məmmədovun iddialarını rədd etmək üçün yazılmamış qanunlardan istifadə edirlər!”
Rafiq Cəlilov daha sonra xüsusi vurğulamışdır: "Biz bütün bu hüquq pozuntularını qeydə alırıq və beynəlxalq hüquq-müdafiə təşkilatlarını bu barədə məlumatlandıracağıq”.