Xəbər verdiyimiz kimi Hilal Məmmədovun predmeti müxtəlif olan işlər üzrə kassasiya şikayətilərilə bağlı bu gün Alı Məhkəmədə eyni vaxtda iki iclas təyin edilmişdir.
Artıq hər iki iş üzrə məhkəmənin bu güngü iclasları yekünlaşıb. Bu barədə Hilal Məmmədovun qardaşı İmran Məmmədov Talısh.org-a aşağıdakıları bildirib:
"Bu gün Hilal Məmmədovun "işi" ilə bağlı Ali məhkəmədə Bakı Apellyasiya Məhkəməsinin qərarından verilən kasasiya şikayətlərinə baxildi. İlk dəfə olaraq Hilal Məmmədovun və vəkillərin qaldirdiğı vəsadətlər qəbul olundu. Belə ki, H.Məmmədovun məhkəmədə iştirak etmək istəyi barəsindəki ərizəsi və vəkillərin də bunu tələb etməsi qəbul edildi. H.Məmmədovun məhkəmədə iştirakini təmin etmək üçün məhkəmə 25 iyun tarixinə təyin olundu.
İkinci iş - Hilal Məmmədovun təqsirsizlik prezumpsiyası hüquqlarının pozulması ilə bağlı DİN və Prokurorluğa qarşı verilən şikayət üzrə Bakı Apellyasiya Məhkəməsinin 21.01.2014-cü il tarixdə verilən kassasiya şikayətinə isə Ali Məhkəmə baxaraq işi yenidən baxilmaq üçün apelyasiya məhkəməsinə qaytardi".
Hilal Məmmədovun vəkili Xalid Bağırov mətbuata açıqlamasında Ali Məhkəmədə baş verən bü günkü gəlişmələri H.Məmmədovun işinin Avropa Məhkəməsinə tezliklə göndərilməsinə qarşı əngəl kimi dəyərləndirmişdi.