Şərlənərək həbsə atılan "Tolişi Sədo” qəzetinin baş redaktoru, hüquq müdafiəçisi, riyaziyyatçı alim Hilal Məmmədovla bağlı qondardılan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası yanvarın 9-da keçiriləcək. Bu barədə AzadlıqRadiosuna onun vəzkillərindən Yalçın İmanov məlumat verib.
Vəkilin dediyinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək prosesə hakim Azər Orucov sədrlik edəcək.
2012-ci il iyunun 21-də şərlənərək saxlanılan Hilal Məmmədov AR Cinayət Məcəlləsinin 3 maddəsi ilə: dövlətə xəyanət, qanunsuz olaraq külli miqdarda narkotik maddə saxlama, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması maddələri ilə ittiham olunur.
Jurnalistləri Müdafiə Komitəsi Hilal Məmmədovun həbsi haqda bəyanat yaymış, Azərbaycan hakimiyyətini dərhal Hilal Məmmədovu azad etməyə və qəzetin jurnalistlərinə qarşı təzyiqləri dayandırmağa çağırmışdı.
H.Məmmədova qarşı "1992-ci ildən İranın xüsusi xidmət orqanları ilə əməkdaşlıq" kimi qondarma və sifarişli ittiham da irəli sürülüb.
Azərbaycan məhkəmə sistemində bu növ işlərdə sifarışli qərar qəbul edilmə praktisı mövcüddür və Hilal Məmmədovu 15 ilədək həbs cəzası gözləyir.