Müttəhim xatırladıb ki, indiki prosesdə E.Quliyev H.Məmmədova qarşı öz ifadələrini "ondan çoxdan qisas almaq” istəməsi ilə izah edib.
H.Məmmədov həmçinin E.Quliyevin söylədiklərinin yalan olduğunu və Quliyevin psixi durumunu nəzərə alaraq onun ifadələrinin cinayət işi materiallarından çıxarılması barədə vəsatət qaldırıb. H.Məmmədov həmçinin məhkəməni cinayət işini dayandırmağa və onu həbs edən polis əməkdaşlarının cəzalandırılması üzrə tədbirlər görməyə çağırıb.Sonra hakim Orucov H.Məmmədov kirayə qaldığı evdə saxlanılarkən onun üzərindən tapılan maddənin fiziki-kimyəvi ekspertizasının materiallarını açıqlayıb. Ekspertiza bu maddənin heroin olması barədə rəy verib. Məmmədov saxlanılarkən şalvarının cibindən 5,75 qr. heroin aşkar edilib. Daha 29,94 qr. isə kirayə qaldığı mənzildə aşkar edilib.
Lakin vəkil Xalid Bağırov bildirib ki, sübutlar qanun pozuntusu ilə əldə edilib. Belə ki, əməliyyatçıların saxlanma zamanı Məmmədovun geyimində axtarış aparmağa ixtiyarı olmayıb, çünki onların hüququ əsası olmayıb.
Ekspertlərin rəyi də pozuntu ilə təqdim olunub. "Ekspertlər maddənin tərkibi haqda rəy verə bilərdilər. Onlar həmin maddənin Məmmədova məxsus olduğunu təsdiqləyə bilməzlər, onlar axtarışda iştirak etməyiblər”, - Bağırov vurğulayıb.
Lakin məhkəmə istintaqının başa çatdığını elan edib və növbəti iclası sentyabrın 4-nə təyin edib. Prosesdə dövlət ittihamçısının, vəkillərin və müttəhimin özünün çıxışları qalıb.
Məhkəmə iclasının gedişinə Aİ, Fransa və Norveç səfirliklərinin nümayəndələri müşahidə ediblər.
H.Məmmədov 2012-ci il iyunun 21-də qanunsuz narkotik maddə saxlamaq ittihamı ilə həbs olunub. Sonradan ona dövlətə xəyanət və millətlərarası ədavətin qızışdırılması ilə bağlı ittihamlar irəli sürülüb.
Amnesty İnternational onu vicdan məhbusu sayır. (contact.az).