Главная » 2012»Сентябрь»4 » Hilal Məmmədovun işi Avropa İttifaqının Xarici Əlaqələr üzrə Ali Komissarının diqqətində
18:52
Hilal Məmmədovun işi Avropa İttifaqının Xarici Əlaqələr üzrə Ali Komissarının diqqətində
Avropa İttifaqının Xarici Əlaqələr üzrə Ali Komissarı xanım Ketrin Eşton Azərbaycanda insan hüquqların vəziyyətiylə bağlı Avropa Parlamentinin bir qrup deputatının ona etdiyi müraciəti cavablandırıb.
Xanım Eştonun cavab məktubunda 2012-ci ildə Bakıda keçirilən Avrovijın mahnı müsabiqəsindən sonra Azərbaycanda insan hüquqlarının, xüsusən ifadə hüququna hörmət edilməsinin AB, Avropa Şurası, ATƏT və BMT qarşısında götürülən öhdəlikərə uyğun olmamasından narahatlığını bildirir. Məktubda 2011-ci il aprelində keçirilən dinc nümayiş zamanı həbs edilənlərin buraxılması pozitiv qiymətləndirilsə də, Hüseynovun və Məmmədovun işləri də daxil olmaqla media azadlıqların məhdudlaşdırlılması və pozulması istiqamətində hərəkətlər düzgün hesab edilmir.
Xanım Eşton daha sonra yazır: "AB dəfələrlə ən yüksək səviyyədə insan hüquqlarının, o cümlədən bütün istiqamətlər üzrə ifadə hüququnun prioritetliyinə istinad edib və bundan sonra da edəcək. Məhz bu mənim, AB-nin Prezidenti Van Romlinin və Komissar Fülenin Azərbaycana son ildə edilən səfərlər üçün əsas səbəb olmuşdur.
Ölkədə insan hüquqlarının ümumi vəziyyəti və bu sahədə fərdi məsələlər AB və Azərbaycan arasında Əməkdaşlıq üzrə Komitə və Şura, habelə İnsan Hüquqları üzrə Altkomitə kimi mövcüd siyasi dialoqlar çərçivəsində daima qaldırılır. Bu qruplar cari ilin son kvartalında da bir daha görüşlər planlaşdırmışdır".
Bundan əlavə AB özünün Bakıdakı nümayəndəliyi vasitəsilə də göstərilən məsələlər üzrə monitorinqini davam etdirəcəyi və vətəndaş cəmiyyətin nümayəndələrilə mütəmadi müzakirələrin aparılacağı məktubda qeyd edilmişdir.