Главная » 2012»Июнь»25 » Hilal Məmmədovun hüquqlarının müdafiə komitəsi yaradılıb
16:48
Hilal Məmmədovun hüquqlarının müdafiə komitəsi yaradılıb
"Tolişi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun hüquqlarını müdafiə komitəsi yaradılıb. Məlumatı "Turan”a komitənin sədri Rafiq Cəlilov verib.
Rafiq Cəlilov Hilal Məmmədovun həbsinə ictimai fəaliyyətinin səbəb olduğunu deyib: "Talış dilini, talış mədəniyyətini təbliğ etməsi Hilal Məmmədovun həbsinin əsas səbəbidir. Komitə bu həbsin siyasi sifariş olduğunu bəyan edir”.
İyunun 21-də tutulan Hilal Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-ci maddəsi ilə (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama) günahlandırılır.