20 gün bundan qabaq ağır vəziyyətdə olan bir dəri-zöhrəvi xəstəliyin daşıyıcısını Hilal Məmmədovun saxlandığı 130 nəfərlik kazarmada onunla qonşu koykaya yerləşdiriblər. Məhkumun vəziyyəti sürətlə pisləşmiş, ağır və dözülməz formada xəstəliyi fəsadlar verməyə başlamış və bu digər məhkumların ciddi narahatlığına səbəb olmuşdur. Onların etirazı nəticəsində həmin xəstə-məhkum son anda xəstəxanaya köçürülür. Lakin bu hələ hamısı deyildir.
Sözü gedən xəstəlik infeksion olduğundan artıq qonşuluqda yerləşən koykada yatan başqa bir məhkum ona yoluxmuşdur. Həmin məhkum da Hilal Məmmədovla paralel koykada yatır. Bu, asma xəstəsi və zəif immunetetə malik Hilal Məmmədovun həmin xəstəliyə tutulması riskini artırır. Məhkumların şikayətinə baxmayaraq ikinci xəstə-məhkum xəstəxanaya köçürülmür.
Bu azmış kimi birinci xəstəni də iki gün bundan öncə geri qaytarıblar. Hazırda Hilal Məmmədov iki dəri-zöhrəvi xəstəliyi daşıyıcının arasında qalmışdır.
Hilal Məmmədovun Müdafiə Komitəsi belə hesab edir ki, bütün bu dəri-zöhrəvi xəstəlik ətrafında qurulan oyun Hilal Məmmədovla bağlıdır və burada motiv onun həyatına qəsd etməkdən ibarətdir.