Bu gün Hilal Məmmədovun doğum günüdür. Onun 54 yaşı tamam olur. Hilal Məmmədov daşıdığı əqidəsindən dolayı artıq ikinci ildir ki, doğum gününü Əliyev rejiminin şər zindanında keçirtməyə məcburdur.
Heç bir şər azadlıq aşiqi olan Hilal Məmmədova yapışmır. Bü istiqamətdə qurulan məhkəmə teatrı əslində onu quranları addımbaşı ifşa edir. Tarixən azadlıq aşiqlərinin zindana salınması onları şərləyənlərin özlərinin tezliklə mühakiməsini sürətləndirib. Bu dəfə də belə olacağına əminik.
Hilal Məmmədov kimi insanlar bəşəriyyətə məxsusdur. Onun haqq və ədalət uğrunda qaldırdığı bayraq dünya durduqca dalğalanacaq və hər gələn yeni sabahlarda daha da ucalacaqdır. Onu mühakimə edənlər isə tarixin zibil yeşiyində daima Allahın lənətinə gələcəklər.