Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2012 » Июль » 31 » Hilal Məmmədovun Azərbaycanın hüquq rəsmilərinə Müraciəti
18:45
Hilal Məmmədovun Azərbaycanın hüquq rəsmilərinə Müraciəti
Azərbaycan Respublikasının Daxili işlər naziri Ramil Usubov cənablarına,
Azərbaycan Respublikasının Milli təhlükəsizlik naziri Eldar Mahmudov cənablarına,
Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov cənablarına,
Bakı şəhər prokuroru Əziz Seyidov cənablarına,
Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri Ramiz Rizayev cənablarına,
Bakı şəhər apelyasiya məhkəməsinin sədri İman Nağıyev cənablarına,
Azərbaycan Respublikasının Məhkəmə-hüquq şürasının sədri Fikrət Məmmədov cənablarına,
Azərbaycan Respublikasının Ali Məhkəmə Plenumuna
Azərbaycan Respublikasının  Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev cənablarına


Bakı istintaq təcridxanasında  təqsirləndirilmiş şəxs qismində saxlanılan "Tolişi Sədo” qəzetinin baş redaktoru, hüquq müdafiəçisi, fizika-riyaziyyat elmləri namizədi, dosent Hilal Əlif oğlu Məmmədov tərəfindən


                                                    Müraciət

Möhtərəm nazirlər, prokuror və istintaq işçiləri və hakimlər! İlk öncə hamınızı  istintaq təcridxanasından salamlamaqla yanaşı, başıma gətirilən bu haqsız zülm və iztirabların və ünvanıma yaxılan  uydurma ittihamların ictimayi-siyasi fəaliyyətimlə bağlı sifarişli çirkin oyun olduğunu və sabah rüsvayçı formada ifşa ediləcəyini və nəticədə onlarla və yüzlərlə hakimiyyət nümayəndələrinin və rəhbərlik etdiyiniz hüquq mühafizə orqan işçilərinin məsuliyyətə cəlb ediləcəyini tam əminliklə bu gün gördüyüm üçün, Sizə bəzi açıqlamalarımı tövsiyə və xəbərdarlıq etməyi bir vətəndaş borcu sayıram.
     
Möhtərəm nazirlər, prokuror və istintaq işçiləri və hakimlər! Haqsız həbsimin artıq nəinki ölkəmizdə, beynəlxalq aləmdə də siyasi rəng aldığını və ölkəmizin beynəlxalq imicinə hədsiz zərbə vurduğunu nəzərə alaraq, başıma gətirilən zülmün ümumi məzmunu qısa şəkildə şərh etməklə yanaşı yaranmış bu xoşagəlməz vəziyyətdən çıxış yolunu da  bir alim və ictimai-siyasi proseslərinin elmi analitik bir tədqiqatçısı kimi nəzərinizə çatdırmaq istəyirəm.
    
Sizdən gizlətmirəm ki, yalnız bir riyaziyyatçı alim kimi yox, həm də informatika və kibernetika müəllimi və informasiya proseslərinin informasiya cəmiyyətindəki qeyri-səlist təkamülündə rolu barədə bir tədqiqadçı alim kimi, internet saytlarında (əsasən, Youtube saytında) yerləşdirdiyim 300-dən artıq video-rolikin əsas məğzini insanları düşündürmək, sağlam və azdadfikirli olmağa çağırmaq, öz hüquqlarını tanımaq və qorumaq; biri-birilərinin milli-etnik mədəniyyətlərinə hörmət və məhəbbətlə yanaşmaq; dünyanın görkəmli korifey alimlərinin həyat və yaradıcılığından bir ibrət götürmək; Vətənini, onun hər qarışını, dağ və meşələrini, çay və dənizini Allahın bir ehsanı bilərək qayğısına qalmağa çağırmaq; xarici məmləkətlərdə, o cümlədən, İran, Rusiya, Türkiyə, Avropa, ABŞ və digər ölkələrdə yaşayan soydaşlarla heş bir soyuq rəsmi siyasi münasibətlərdən asılı olmayaraq milli-mədəni əlaqələrini yaratmaq və bərpa etmək azadlığına sahib olmaq və i.a. motivlər təşkil edir.
   
Möhtərəm cənablar! Redaktorluq etdiyim "Tolişi Sədo” ("Talışın Səsi”) qəzetinin niki ilə qoyulan bu video-roliklərdən biri də "Ti kto takoy, davay dosvidaniya” adlanır ki, bu gün artıq yüzmilyonlarla insanların dillərinin əzbərinə çevrilmişdir.
   
Hamınızı bir daha əmin edirəm ki, bu video-rolikin həm sayta qoyulmasında, həm də yayılmasında bir siyasi məqsədim olmayıb. 12 iyun 2012-ci ildə Astarada NTV Russiya telekanalının çəkilişi ilə keçirilən "Talış meyxana və folklor gecəsində” səsləndirdiyim "Evrovisiona onmilyonlarla pullar sərf olunsa da, biz bir qəpik belə sərf etmədən həm ölkəmizi, həm talışları, həm görkəmli şair Əliağa Vahidi və meyxanamızı dünyaya tanıtdırdıq” mesajı da konkret olaraq kiməsə qarşı yönəldilmiş siyasi bir mesaj olmayıb, bir daha insanları, o cümlədən hakimiyyəti düşündürməyə - onları sağlam və demokratik islahatlar uğrunda mübarizəyə çağırmaq niyyəti idi.
   
Əfsuslar olsun ki, bu sağlam niyyətim ən amansız və əxlaqsız bir qəddarlıqla həbsimlə nəticələndi. Sübutum isə aşkardır: Mən onminlərlə tələbə və şagirdlərə nəinki riyaziyyatı, həm də ədəb-əxlaq-mədəniyyət-hüquq-din-tarix-ədəbiyyat-fəlsəfə və i.a. sahələri də fürsət ikən tədris və təlqin edən bir müəllimə və alimə qarşı min bir zülm edərək, ciblərinə narkotik soxmaq  hansı qanun və ədəb-əxlaq normasına sığışar???
   
Möhtərəm Cənablar! Övladlarımızın tədris aldıqlarıni ali məktəblərdən də kimliyimi öyrənə bilərsiniz. Bəzilərinizin övladlarınızın göz yaşlarını da unutmayın, heç olmazsa o mübarək göz yaşlarına bir dəyər verin... Ali və orta təhsil məktəblərində hər hansı bir formada rüşvət və korrupsiyanın barışmaz bir mubarizi kimi də məni yaxşı tanıyırlar... Həbsimdən bir neçə ay öncə dərc etdiyim "Biznes Universitetini  tərk etməyimlə  baglı olaraq tələbə və gənclər qarşısında bəzi açıqlamalarım” adlı iri həcmli elmi-əxlaqi yazını hamınızın oxumanızı rica edirəm. İnternet saytlarında  ("Mirza Xəzərin Səsi”, "Turan” və i.a.) asanlıqla tapacağınız bu yazımda kimliyimi  bir daha dərk edəcəyinizə  şək etmirəm...

Möhtərəm cənablar! Öz ictimai-siyasi elmi yaradıcılığını sağlam və şəffar bir müstəvidə quran bir alim-müəllimi vəhşicəsinə döyüb-söyərək zorla maşına otuzdurub "Narkotika baş idarəsinə" gətirib və orada cibindən guya nəşə çıxdığını aşkar edən quvvələr Sizcə kimə xidmət edir? Kimdir onlara bu sifarişi verən? Kimdir onları – bu 6-7, 25-30 yaşlı gəncləri bu qədər vəhşi və əxlaqsız formada tərbiyə edənlər? Kimdir onların müəllimləri? Kimdir valideynləri? Nəinki evimin yanında, mülkü maşında ikən vəhşicəsinə məni döyən, milli etnik mənsübiyyətimi təhqir edən bu gəncləri bu  qədər zalım edən, mərhəmət hisslərini onlara unutduran hansı məktəbdir, hansı qüvvələrdir? Hər dəfə mənə zərbələr endirəndə, başlarına gələcək eyni zülmləri görüb hallarına acıyırdım...

Narkotika idarəsində olduğum o 5-6 saat müddətində əlimdən gələn bütün vasitələrlə onları ədəb və əxlaqa dəvət etdim, zülmlərindən əl çəkməyə çağırdım.

Bu gənclər ruhi sarsıntılar içərisində çabalayırdılar. Elə bil ki, böyük bir cinayətə əl atdıqlarını hamısı şüurlu şəkildə dərk edirdi. Məni döyən əsas gəncin isə əlləri əsirdi, əsəbləri qətiyyən yerində deyildi. Mənim təkidimlə rəisləri, bu günəcən üzümə bir  igidlik rəmzi saydığım iki dəfə Sovet İttifaqı qəhramanı general Həzi Aslanovun nəvəsi Həzi Aslanov mənimlə görüşdü. İnsafən mənimlə çox mədəni formada məni qəbul etsə də, onun da bu məzlum halına acıdım...

Möhtərəm Cənablar! Möhtərəm generallar və digər rütbəli hüquq-mühavizə işçiləri! Siz deyin, nə baş verir bu gün ölkəmizdə? Nə üçün bilavasitə Sizin çiyinlərinizə  düşən vəzifə məsulliyyətinin sabahkı acı nəticələrini düşünmürsünüz? Siz deyin, sabah bu  sifarişin arxasında duran  o haqsız qüvvələr Məhşər ayağına çəkiləndə Sizə yenə də arxamı duracaqlar? Beynəlxalq aləmdə son xoşagəlməz hadisələr  bir nümunə ibrət deyilmi Sizə? Mənə və  mənim kimi onlar və yüzlərlə digər azadfikirli insanlara qarşı yaxılan bu qara ləkələrin arxasında kimlər dayanır?     

Möhtərəm hüquq-mühafizə orqan əməkdaşları! Sizin mətbuat xidmətləriniz tərəfindən növbəti yayılan məlumatlarda da bildirildiyi kimi, indi də mənə son günlərə qədər hüquqlarını müdafiə etdiyim Respublika Talış Mədəniyyət Mərkəzinin  (RTMM) və "Tolışı Sədo” qazetinin baş redaktoru olmuş və dövlətə xəyanət  (274 m.) kimi uydurma ittihamı ilə 10 il azadlığdan məhrum edilmiş professor Novruzəli Məmmədova 2007-ci ildə yaxılan bütün qara ləkələr bu dəfə nöqtə və vergülünə toxunmadan şamil edilir. Sadəcə olaraq, "Novruzəli” yerinə "Hilal” yazılmaqla və "Səhər-2” telekanalına müsahibələrim də bu "vətənə xəyanətin” tərkib hissəsi kimi əlavə edilmişdir.

2007-ci ildə rəhmətlik Novruzəli müəllimlə bağlı MTN-də və Ağır işlər üzrə məhkəmədəki ifadə və çıxışlarımda istər müstəntiqin, istərsə də prokurorun və hakimlərin bütün suallarına şəffav şəkildə verdiyim cavablar dünya mediasında işıq üzünü görmüşdür. Əslində istər ölkədaxili, istərsə də xaricdə ictimai-siyasi fəalliyətimdə tam şəffav formada qurduğumdan bu gün də nəinki ölkə, o cümlədən beynəlxalq ictimaiyyətdən də gizlədiləsi heç nəyim olmamışdır... İranın Səhər-2  telekanalına verdiyim musahibələr isə, istər "Azadlıq”, istər BBC, istər digər KİV-və verdiyim musahibələrdən zərrə qədər fərqlənmir. Sadəcə olaraq, bu gün Azərbaycan hakimiyyətinin anti-İran siyasətində mənə və minlərlə digər azadfikirli qardaş-bacılarımıza qarşı bir OV fürsəti düşmüşdür. Son günlər İran TV və mediasında haqsız həbsimlə bağlı gedən materiallara da iyrənc qısqanclıqla yanaşan quvvələr bunu da mənə qarşı çevirmək istəyirlər. Halbuki, bu gün  bütün dünya mediası tamamilə haqlı olaraq bu haqsız hadisələrə siyasi rəng verməkdədirlər...   

Özlərini guya ABŞ, İsrail ya Avropa ölkələrinə antiİrançı kimi göstərmək istəyən bu ünsürlər əslində bu ölkələrə də açıq-aşkar  nifrətlərin gizlətmirlər. Sadəcə olaraq, yaranmış fürsətdən istifadə edərək ölkəmizdəki bütün sağlam və azadfikirli insanları cismən  və ruhən məhv etməklə cürük omürlərini uzatmağa cəhd edirlər...

Möhtərəm Cənablar! İnanın ki, çox yaxın bir vaxtda narkotika kimi, "dövlətə xəyanət”, "milli-dini ayrıseçkilik” ya "casusluq” kimi cəfəng ittihamları da faş olacaq. Bu güvvələr minlərlə insanların iştiraki ilə  gedəcək açıq- Xalq məhkəməsindən yaxalarını qurtara bilməyəcəklər! İnanın və agah olun ki, əgər buna zərrə qədər şəkim olsaydı, Sizə bu sətirləti ünvanlamazdım.

Məni zorla maşına  basıb min-bir zülm verən o 6-7 gəncə ürəyim agradığı kimi, Sizin və yaxınlarınızın gələcək faciəsini görərək hamınızı xəbərdar etmək istəyirəm: Əziz qardaşlarım, nə qədər gec deyil, HAQQ VƏ ƏDALƏTİ o haqsız qüvvələrin hikkə və qeyri-əxlaqi sifarişlərinə qurban verməyin. Allahın o sabahki dəhşətli Məhkəməsindən qorxun, cəkilin!

Fürsət var ikən, mənə və mənim kimi digər yüzlərlə və minlərlə azadfikirli vicdan məhbuslarına haqsız zülm verən o sifarişçiləri də öz gələcəkləri naminə zülmündən əl çəkməyə çağırıram ki, bəlkəm sabah xilas ola bilsinlər!
 
Möhtərəm cənablar! Məni "narkotika” idarəsinə gətirən o gənclərdən ən zaliminə dediyim bu sözləri xatırladıram: "ey gənc, and olsun Allaha ki, mənə qarşı etdiyiniz hər zülmün və zərbənin cavabını alacaqsınız”. Həmin gəncin – "Sənmi məni sabah döyəcəksən?”, istehzalı sualına da belə cavab verdim: "Mən heç qarışqanı da əzmərəm və təsadüfən ayağımın altında qalsa, günlərlə bu zülmün əzabını çəkərəm, amma Allahın da silinməz öz cəza metodları var - zalimi digərin zalimin əli ilə cəzalandırar!” O gənc doğrudan da fikrə getdi. Onlar da digərləri kimi çirkin bir oyunun girovları idi. Onlara verdiyim son sualı Sizin dı hamınıza verirəm: deyin, bəzən elə günlər, ya aylar olubmu ki, haqsız zülmünüzün VİCDAN əzabı Sizi heç cürə rahat buraxmayıb? İnanın ki, bu sualımı heç kim o vaxt cavablandırmadı... O məni döyən əsas gənc isə bircə ifadə dedi: "Olarmı, Sənin bu sualına cavab verməyim?!”
 
Möhtərəm cənablar! Sizin də hamınızı VİCDANlarınızın, qarşında hesabata dəvət edirəm! Bütün şəxsi həyatım belə Sizin və övladlarınızın, cəmiyyətimizin, ölkəmizin, bəşəriyyətin xoşbəxt-sağlam demokratik gələcəyinə həsr etmiş bir müəllimin - bir alimin Sizi ayıltmağa çağıran FƏRYADINA səs verin.
 
Dünyanı özünə zindan bilən mənim kimi yüzlərlə bir kimsəni kiçik zindanlarlarla ya qətllərlə qorxutmağa çalışan qüvvələri də TÖVBƏ edib VİCAN sədalarına qulaq asmağa dəvət edirəm.
 
Allah Sizi və hamımızı hidayət etsin! Yaşasın VİCAN azadlığı!!!
 
Hamınıza hörmətlə:
Hilal Məmmədov,
Bakı istintaq təcridxanası


P.S. Xahiş edirəm ki, bu müraciətimin dərcinə bir vasitəçi olasınız. Allah onu edən hər kəsdən razı olsun, ən böyük mükafatını versin.
     


Категория: İnsan hüquqları | Просмотров: 1961 | Добавил: admin | Рейтинг: 5.0/4
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus