Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2012 » Октябрь » 31 » Hilal Məmmədovun Avropa Şurası rəsmilərinə müraciəti
15:06
Hilal Məmmədovun Avropa Şurası rəsmilərinə müraciəti
Cənab baş katib Torbyorn Yaqland!

Cənab Kristofer Ştrasser!

Möhtərəm AŞPA nümayəndələri! Cənablar və xanımlar!


İlk öncə, hamınızı Azərbaycan zindanlarının birindən (Baki İstintaq Təcridxanası (BİT)) salamlayır, siyasi məhbuslar barədə son dərəcə vacib və dəyərli tarixi sənədin qəbul edilməsi münasibətiylə hamınızı təbrik edir və Azərbaycanın bütün siyasi məhbusları adından Sizə dərin minnətdarlığımızı bildirməyi özümə borc hesab edirəm.

Qətiyyən şübhəmiz yoxdur ki, alman xalqının böyük oğlu cənab Kristofer Ştrasserin adı yaxın gələcəkdəki azad, demokratik, hüquqi Azərbaycan dövlətinin yeni tarixinə qızıl hərflərlə daxil olacaqdır. Yalnız ona görə yox ki, o, bizim – öz ölkəsinin azad və xoşbəxt gələcəyi naminə zindanlara atılmış siyasi məhbusların hüquqlarının müdafiəsinə qalxmışdır. Həm də ona görə ki, o, öz şəxsi mənafellərini ümumbəşəri dəyərlərdən və insan haqlarından xeyli üstün tutan o bəzi riyakar Avropa "demokratlar”ının da çirkab mövqelərini ifşa etməkdən çəkinmədi: cənab Kristofer Ştrasser lobbiçilərin hədsiz təqib və təzyiqlərinə qəhrəmancasına sinə gələrək şərəf və ləyaqətlə onlar üzərində qələbə qazandı. Bu qələbə - haqqın qələbəsi; Xeyrin Şər üzərində qələbəsi demək idi!

AŞPA-nın baş katibi cənab Torbyorn Yaqlandın səsləndirdiyi – "Azərbaycanın AŞPA-da nümayəndə heyyətinin üzvlərinin öz həmkarlarını qara kürü ilə ələ aldıqları doğrudursa, bu, tamamilə qəbul edilməzdir” kimi fikri ölkəmizin imicinə nə qədər utanc gətirici bir hal olsa da, bunun reallıq olması da danılmazdır. Bununla belə, cənab baş katib həm də AŞPA-daki hüquqi və əxlaqi durumun nə qədər xoşa gəlməz olduğunu da ortaya qoymuşdur...

Cənab K. Ştrasser tamamilə haqlı olaraq bildirir ki, siyasi məhbusların öz talelərini Avropa məhkəməsinin ədalətli qərar çıxarıb-çıxarmayacağına da zəmanət yoxdur. Yeri gəlmişkən bu sətirlətin müəllifi kimi mənim 2005-ci ildə Azərbaycan Parlamentinə seçkilərlə bağlı Avropa Məhkəməsinə göndərdiyimiz şikayət ərizəmizə 4 ildən sonra formal olaraq baxılaraq Azərbaycan hökümətinin lehinə qərar çıxardılmışdır. Halbuki, mən Milli Məclisə seçkilərin əvvəlcədən hazırlanmış siyasi üzrə və saxtakarcasına aparılmasına dair kifayət qədər dəlillər gətirərək, bu seçiləcək yeni Məclisin qeyri-leqitim kimi tanınmasını xahiş etmişdim. Məhz bu gün Azərbaycan Beynəlxalq Universitetinin rektoru E. Abdullayevin yayımladığı video-görüntülər bir daha yeddi il öncəki fikirlərimizi təsdiq edərək, həmin parlamentin necə çirkab və saxta yollarla qurulduğunu sübut edir.

Cənab AŞPA nümayəndələri!

Mən – doktor Hilal Məmmədov həbsimə qədər Baki Universitetlərində yüzlərlə tələbə və gənclərə riyaziyyat, informatika, kibernetika və d.fənlərdən dərs deyir, həm də ictimai fəaliyyətlə məşğul idim. Ölkəmizdəki siyasi məhbusların, o cümlədən 10 il azadlıqdan məhrum edilərək zindanda vəfat etmiş "Tolışi Sədo” qəzetinin baş redaktoru, görkəmli lingvist- dilşünans professor Novruzəli Məmmədovun hüquqlarının müdafiəsi və reabilitasiyası komitəsinə rəhbərlik edirdim. Onun vəfatından sonra, həm də bu qəzetə baş redaktorluq etmişəm, Rusiyada və digər MDB məkanında "bum” yaradan "Ti kto takoy, davay do svidaniya” video-rolikinin müəllifiyəm. Bu rolikin yayımında heç bir siyasi məqsədim də olmayıb. Amma ölkəmizin hakimiyyət orqanları, - "bizim 1 qəpik belə sərf etmədən yayımladığımız video-rolikin hakimiyyətin Evrovisiona sərf etdiyi, yüz milyonlarla pulun təsir gücündən xeyli üstün olması” kimi səsləndirdiyimiz mesajımızdan qəzəblənərək, cibimə narkotika ataraq məni həbs etdirməkdən belə çəkinmədi...

Bununla belə, bu haqsız həbsimə qarşı çıxan on minlərlə ölkədaxili və xarici ölkələrdəki müdafiəçilərimizi görüb daha da qəzəblənən hakim qüvvələr, həbsimdən 12 gün sonra daha iki ağır – "dövlətə xəyanət” və "milli-dini ayrıseçkilik salma” kimi cəfəng ittihamları da ünvanıma yükləməkdən çəkinmədilər.

Cənab AŞPA nümayəndələri!

Mən alim-müəlliməm, "narkobaron” deyiləm! Mənim "narkotikam” – minlərlə tələbə və gənclərə riyaziyyat elmini öyrətmək, fürsət ikən isə, onlara öz haqlarına sahib çıxmağı, azadfikirli və ədalətli olmağı tövsiyyə etmək olmuşdur! Mən – "İran casusu” deyiləm, əksinə, arzum ölkəmi dünyəvi Avropa timsallı demokratik məmləkət kimi görməkdir! İranda yaşayan talış əsilli soydaşlarımla milli-mədəni əlaqələrin də məhz bu demokratik prinsipdən irəli gəlmişdir. Mən – separatçı deyiləm, əksinə, bu gün öz siyasi baxışlarıma görə "SƏRHƏDSİZ DÜNYANIN” qətiyyətli tərəfdarlarındanam! Bununla belə, bütün xalqların, o cümlədən, məxsus olduğum talışların azad və demokratik formada milli-mədəni tərəqqisinin tərəfdarıyam!

Üzümü "siyasi məhbuslar” üzrə sənədin qəbuluna qarşı çıxan "lobbiçi” kürüsevərlərə tutub bildirirəm: Mən artıq 5-ci aydır ki, tamamilə haqsız olaraq zindan əzablarını çəkirəm. Sizcə, 5 il də oturub Avropa Məhkəməsinin qərarını gözləməliyəm? Axı, hüquqlarını müdafiə etdiyimiz professor N.Məmmədov zindanda cəmi 2 il 6 ay yaşaya bildi və 5 ildən artıqdır ki, hələ də Avropa Məhkəməsi onun işinə baxmamışdır. Bu yaxınlarda zindanda vəfat etmiş siyasi məhbus, dindar Vaqif Abdullayev isə heç 1 il də həbsdə yaşamadı...

Möhtərəm AŞPA nümayəndələri! Möhtərəm "kürüsevər”lər! Hər birimizi öz VİCDANınızın qarşısında hesabat verməyə çağırıram: əgər doğrudan da, ölkəmizi Avropanın azad, hüquqi və demokratik nümayəndələrindən biri kimi görmək və bununla da azad və xoşbəxt AVROPA Birliyini arzulayırsınızsa, onda bizim – Azərbaycanın cəmi haqsevər, demokratik qüvvələrinə, o cümlədən, siyasi məhbuslarına mənəvi dəstək olun. Bundan ötrü isə, ilk öncə, "siyasi məhbuslar” üzrə məruzəçi cənab Kristofer Ştrasserin AŞPA-nın yanvar sessiyasına hazırlayaraq hesabatında yardımçı olun...

Hamınıza dərin hörmətlə,

dr. Hilal Məmmədov,
Bakı, "Kürdəxanı” həbsxanası,
15.10.2012


Категория: İnsan hüquqları | Просмотров: 1806 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus