Bu gün vicdan məhbusu Hilal Məmmədovun doğum günüdür. Ona ünvanlanan təbriklərə görə minnətdarlıq edən H.Məmmədov bununla bağlı həbsxanadan müraciət yayıb:
"Ağlım kəsən ilk uşaqlıq illərimdən ta bu günəcən həyatımın əsas məramı ədlətsizliklə barışmaz mübarizə olmuşdur. Bu yolda uzun müddətə məşəqqətli zindanla üzləşəcəyimi də istisna etmirdim. Artıq 4-cü doğum günümü də həbsxanada qeyd edirəm və bundan qətiyyən narahat deyiləm. Dəfələrlə məhkəmə prosseslərində qeyd etdiyim kimi bir daha bəyan edirəm ki, insan azadlığı və haqq-ədalət naminə mübarizədə nəinki ömürlük həbs, hətta edam hökmünü də min bir sevinclə qəbul edərdim. Şükür Allaha ki, ömrüm puça getməmişdir. İnşallah, bu mübarizəmizin xoş müjdəli bəhrəsi olcaq.
Bütün təbriklərə görə hamınıza dərin təşəkkürlərimi bildirir, ailələrinizə və yaxınlarınıza, o cümlədən vicdan və siyasi məhbuslara Allahdan min bir xeyir-dua diləyirəm!