Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Orucovun sədrliyi ilə "Tolışi sədo" qəzetinin baş redaktoru Hilal Məmmədovun işi üzrə məhkəmə iclası yekünlaşıb.
Prosesdə Hilal Məmmədova hökm oxunub. Məhkəmənin hökmünə görə, Hilal Məmmədov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.
"Tolişi Sədo” qəzetinin redaktoru Hilal Məmmədov bu gün son sözündə məhkəməni ədalətli qərar qəbul etməyə çağırıb.
Məmmədov həbsdə olduğu bir il ərzində onu müdafiə edənlərə, taleyi ilə maraqlananlara təşəkkür edib. O vəkilinə xüsusi təşəkkür edib.
H.Məmmədov ona qarşı irəli sürülən ittihamların "Azərbaycanın imicinə və hüquq-mühafizə orqanlarına utanc” gətirdiyini deyib. "Bunu prokurorluğun, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, Penitensiar Xidmətin nümayəndələri görüşlərində etiraf edib. Həm də buna qarşı heç nə edə bilmədiklərini etiraf ediblər”, o qeyd edib.
Onun fikrincə, məhkəmənin hazırda iki yolu var: ədalətli və qeyri ədalətli qərar qəbul etmək. "İkinci halda belə mən ruhdan düşməyəcəm və məni müdafiə edənləri ruhdan düşməməyə çağırıram”, Məmmədov bildirib.
O hətta dəmir barmaqlılar arxasında belə demokratik dövlət qurulanadək mübarizəsinin davam etdirəcəyini bəyan edib.
Hakmi məhkəmənin hökmünü bu gün saat 16-da elan edəcək.
Hilal Məmmədov 2012-ci il iyunun 21-də həbs olunub. O vətənə xəyanətdə, milli ədavəti qızışdırmaqda və narkotik ticarətində günahlandırılır.
Dövlət ittihamçısı Məmmədova 6 il həbs istəyib. Məhkəmə prosesini Avropa İttifaqı, ATƏT, Amerika, Almaniya, Fransa, Norveç və başqa səfirliklərin nümayəndələri izləyib.