Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2012 » Июнь » 30 » Hilal Məmmədova Azadlıq!
15:56
Hilal Məmmədova Azadlıq!
Hər bir insanın bəsirət gözü var. Bu bəsirət gözünün tam açıqlamasını verə bilmərəm, ola bilsin ki, hansısa bir yanlışlıqa yol verim, ancaq onu bilirəm ki, bu bəsirət gözü bağlananda aləm dəyir biri-birinə....

Hilal Məmmədova Azadlıq! Bunu mən demirəm, mən nə karəyəm ki, Hilal Məmmədovu tu(tdur)anlardan bunu tələb edim, bunu bütün dünya ictimaiyyəti deyir, Hilal müəllimin dərhal azad edilməsini tələb edirlər. Amma onlar başa düşmürlər ki, Azərbaycan Avropa Şurasının üzvü olsa da, Avropa ola bilmir. O bədbəxtlər hələm də Azərbaycanda hökm edən rejimin idarə üsulunun adını tapa bilmirlər, gah "diktatura” deyirlər, gah "monarxiya” deyirlər, gah "anarxiya” deyirlər və sairə və sairə... Hə, indi bu beynəlxalq təşkilatlar təpki göstərirlər ki, Hilal Məmmədov günahsız yerə həbs olunub, onu azad edin, bir Əli Həsənovumuz var, o, dirəniş göstərir ki, olmaz! "Niyə olmaz?” sualının cavabını bilmir, bircə onu bilir ki, OLMAZ! Olmaz, olmaz da, o Hilal müəllim, o da siz, Azərbaycanın "demokratik və tolerant” adlı ağacına (oxu: imicinə) nə qədər istəyirsiz balta çalın, onsuz da o ağacın təkcə kötüyü qalıb, qalanını doğrayıb qurtarmısız. Artıq sizlərin "toleranTİZm” nağılınıza heç aparıcı etnos olan türklər də inanmırlar, necə inansınlar ki, Talış Mədəniyyəti Mərkəzinin konfransı keçirilən çayçının müdürini "ora” çağırıb, "qudurmusan, Talış separatçıları (?) üçün şərait yaradırsan?” hədə-qorxusun gəliblər, iki min manat da cəriMƏLƏDİBLƏR! Necə inansınlar ki, Bakıdakı köşklərdə "Tolışon Sədo” qəzeti gizlədilir, qəzetin yazarları incidilirlər! Necə inansınlar ki, Avropaya təmənnasız olaraq milyonlar yatızdıran, orada kilsələr tikdirən Azərbaycan hökuməti Talış Mədəniyyəti Mərkəzinə 20 kv.m sahəsi olan bir ofis vermir! Necə inansınlar ki, 20 il bundan əvvəl çap olunmuş "Talış Dili” dərslikləri bu 20 ildə bir dəfə də olsun yenilənməyib! Və s. və i.a. İndi bu "tolerant” ölkə dünyanı və Azərbaycanı inandırmağa çalışır ki, Hilal Məmmədov narkobaron imiş! (puluna minnət) İnandıracaq da! Hilal Məmmədovun bankda bir neçə milyonluq hesab nömrəsi aşkarlanacaq, hər bir məmur yüzlərlə villalarından bir-ikisini dərhal Hilal Məmmədovun adına keçirdib, onu Azərbaycanda ən çox villası olan kimi təqdim edəcəklər, İran hökumətindən "iltizam” alacaqlar ki, Hilal Məmmədov onlara 7 ədəd qırıcı təyyarə və iki ədəd sualtı qayıq icarəyə verib, Ermənistandan iltizam alacaqlar ki, "Karmen” ununu və "AzərSun” məhsullarını Ermənistana təmannasız Hilal Məmmədov göndərir, Rusiyanın Dumasında Putin qardaşa "davay, dosvidaniya” deyən deputatlardan iltizam alacaqlar ki, bunu onlara deməyi Hilal Məmmədov tapşırıb və buna görə hərəsinə 1 milyon pul ödəyib, Əliağa Vahiddən iltizam alacaqlar ki, ona I katibə "bəs sən kimsən?” deməyi də Hilal müəllim tapşırıb və buna görə ona bir "SovTransAvto” gürcü çaxırı verib, Don Karleonedən iltizam alacaqlar ki, Hilal Məmmədovun qorxusundan o narkobizneslə vidalaşıb, Kolumbiyadakı narkotik tarlalarından və zavodlarından canlı yayım təşkil edib, həmin tarlaların və zavodların da Hilal müəllimə məxsus olduğunu göstərib, bizi inandıracaqlar ki, Hilal Məmmədov narkobarondur. Sonra Hilal müəllimə iş kəsib, ona”məhkəmə materiallarına lazım olduğu üçün” icarə verdikləri villaları, bir neçə milyon pulu və ... 34 qrama yaxın (deyilənlərə görə "kassa məxaric orderində” heroinin çəkisi 36 qram göstərilir, dəqiqliyi xoşlayan narkobiznes idarəsinin başı indi həmən çatışmayan 2 qramdan yuxarı heroinin axtarışına qarışıb, molodes, kimsə fərasətli çıxıb, Hilalın cibinə narkotik atılan vaxt "qatma-qarışıqlıqdan” istifadə edib 2 qramdan çox heroini "hettiyə” bilib) heroini müsadirə edib, aralarında böləcəklər, vəssalam, şüt tamam.

Talışlara pay boxçası

Bu pay boxçasını bizə Həzi Aslanovun "idarəsindən” göndəriblər! Həzi Aslanovun əməkdaşları Hilal Məmmədovu döyərkən talışlara heç nə saxlamayıblar, bizi nəyi var təhqir ediblər, düzdür, arada, yəni şillə-təpikdən başı bir az açılan Hilal müəllim "özüvüzsüz” deyirmiş, zatən qolları qandallı bir şəxsin bundan artığına gücü də çatmazmış. Mən bu nömrə bu məsələnin üstündən qismən keçirəm, yəni ki, bir həftə həm Həzi Aslanovun, həm hörmətli Şeyximizin, həm də MM-də, MTN-də, DİN-də oturan talış kökənlilərin reaksiyasını gözləyəcəm, ya həmən insanlar həbs ediləcəklər, ya da mən bunu bütün dünyaya car edəcəm, mən bütün dünyaya car edəcəm ki, tolerant Azərbaycanda gədalar Qafqaz Müsəlmanlarının rühani başçısını ağlagəlməz sözlərlə təhqir edirlər. Hələlik mən bunu Azərbaycanın daxilində car edirəm, nəticəsi olmasa mən bunun sərhəddən "keçirtmə” yollarını bilirəm, sonra nə Şeyx, nə Həzi Aslanov, nə də qeyrisi mənə deməsin ki, bu məsələni burda həll ettmək olardı, bizə niyə deməmisən? Deyirəm: Şeyx, Həzi Aslanovun işçiləri sənin millətin üçün heç nə saxlamayıblar, eşitdinmi????

Meyxanaçı Valeh Likij..

Mən Valehi yaxından tanımırdım, telequtuda "meyxana çempionatında” görmüşdüm, amma ona qarşı bir simpatiyam var idi, lakin bu simpatiyanı Valehin bizim qəzet haqqında yaxşı danışmaması haqqında məlumat pozdu, mən də onun haqqında bir balaca informasiya verdim, daha Valeh adlı adamı tanımayacağımı yazdım, üstündən xeyli keçib, biz bu 4-cü gün Valehlə görüşdük, yazıdan çox narahat olduğunu bildirdi, təkzib verməyimizi istədi, zatən biz onun haqqında alçaldıcı və imicinə xələl gətirə biləcək heç nə yazmadığımız üçün təkzibin hansı formada yazılmasını fikirləşib, tapa bilmədik, qərara gəldik ki, elə Valeh haqqında növbəti saylarımızın birində geniş bir yazı, ola bilsin ki, lap müsahibə verdək, təbii ki, Valehin buna istəyi olarsa, və həmin müsahibədə Valehin bütün iradlarını yazaq, həm təkzib olar, həm də bizi maraqlandıran suallara cavab taparıq. Qayıdaq Valehlə görüşümüzə, onunla təqribən 30-35 dəqiqəlik söhbətimdən sonra bu adamın millətinə necə vurğun olduğunu anladım, başa düşdüm ki, Valeh Likij bizim millətə bu gün çox lazımdır, onun yaşının az olmasına baxmayaraq məntiqi məni heyran etdi, Valeh oxumadığı yazıya görə bizdən inciyib, amma böyüklərimiz "hər br tənqiddə az da olsa hikmət var” deyiblər, şəxsən məni özümün bu qəzetimdə iki dəfə tənqid ediblər, mən həmən tənqidlərin dərcini yasaqlamadım, ictimai müzakirəyə buraxdım, tənqid müəlliflərindən incimədim, ümüdvaram ki, Valehin də incikliyi keçib gedər və o bizə geniş bir müsahibə verər, hazırsanmı Valeh?

Mənə TV verin!!!

Talışlara bir TV kanalı hökmən verilməlidir, mən bunu daima tələb edəcəm, sonra deməsinlər ki, "siz nə vaxt TV istədiz?”, ey, Nuşirəvan Məhərrəmli, biz TV istəyirik, eşidirsən, TV...

Yenə Hilal Məmmədov...

"Siz Moskvada piket etməyin, Hilal Məmmədovun həbsi səhf addımdır və ona qarşı bu şər ittihamları irəli sürənlər öz layiqli cəzalarını alacaqlar!”. Bu cümlə də mənə məxsus deyil, bu cümlə "Heydər Əliyev Fondu”nun Moskva təmsilçiliyinə yaxın olan bir nəfərin dediyi cümlədir və həmən adam bu sözü sıravi bir adama yox, məhz Rusiya Talış Diasporasının sədri İsmayıl Şabanova deyib, nə deyirik ki, təki bu səhf düzəlsin, Hilal Məmmədovun cibinə narkotik atanlar, o narkotiki atdıranlar, millətimizi təhqir edənlər cəzalandırılsınlar, biz buna ancaq və ancaq sevinə bilərik! Səhfləri düzəltmək olur, kim səhf etmir ki????

Rafiq CƏLİLOV,
celilovrafiq@mail.ru,

"Tolışon Sədo” qəzeti, nöm: 23(35) 30 iyun 2012

 

Категория: Талыш xəbərləri | Просмотров: 1724 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 1
1 Gilavo  
0
"Siz Moskvada piket etməyin, Hilal Məmmədovun həbsi səhf addımdır və ona qarşı bu şər ittihamları irəli sürənlər öz layiqli cəzalarını alacaqlar!”-cana toloson ba jogo dua cixanon bova bakamon.Ba igla dua sixan okiridamon ba kano.Tars ba odami zu omeada du suar karde babe.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus