Главная »
2012 » Июнь » 21 » Gözlərinizi yumun, qulağınıza pambıq tıxayın, ağzınıza qıfıl vurun, ciblərinizin ağzını tikin...yoxsa sizi tutarlar
19:46 Gözlərinizi yumun, qulağınıza pambıq tıxayın, ağzınıza qıfıl vurun, ciblərinizin ağzını tikin...yoxsa sizi tutarlar |
Yalan deyil, xəyal deyil. Dediklərimizin hamısı Azərbaycanda həqiqətdir. Gözlərini açıb həqiqəti görənləri həbsxana gözləyir. Qulağına pambıq tıxamayanı həbsxana gözləyir. Ağzına qıfıl vurmayanı həbsxaa gözləyir. Ciblərinin ağzını tikməyinin cibinə narkotik qoyurlar. Onları da həbsxana gözləyir. Gözlərinizi yumun, qulağınıza pambıq tıxayın, ağzınıza qıfıl vurun, ciblərinizin ağzını tikin...yoxsa sizi tutarlar. Hilal Məmmədov bütün bunların cəzasını çəkir. Talış dilində çıxan qəzetə rəhbərlik edirdi. Ondan qabaq bu qəzetə rəhbərlik edən alimi, Novruzəli Məmmədovu cibinə narkotik qoyub tutmamışdılar. Elə birbaşa İran "casusu” damğasını vurub zindana atmışdılar. Zindanda vəfat etdi. Sonra onun iki oğlu dünyasını dəyişdi. Hilal Məmmədovu ağzı tikilməyən cibinə narkotik qoyub zindana atdılar. İlham Əliyev dahidir. Hilal Məmmədov tutulmazdan bir neçə saat qabaq demişdi ki, "hər kəsdən vicdanla işləməyi, peşəkarlıqla xalqa xidmət etməyi...tələb edirəm”. Necə də müdrik sözlərdir! Riyaziyatçı alim Hilal Məmmədovun həbsə atılması bu dahi sözlərin həqiqət olduğunu göstərir. İlham Əliyevin başçılıq etdiyi rejimdə "hər kəs vicdanla, peşəkarlıqla” xalqa xidmət edir, xalqı gözü açıq, qulağı açıq, ağzı açıq, şüuru açıq və cibləri deşik hər kəsdən qoruyur...
Ciblərinizdən ikiəlli yapışın, ağzınızı yumun, yoxsa sizi tutarlar! Mirzə Xəzər 21.06.2012 http://mirzexezerinsesi.net
|
Категория: İnsan hüquqları |
Просмотров: 12364 |
Добавил: admin
| Рейтинг: 5.0/2 |
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[
Регистрация |
Вход ]