Главная » 2014»Май»3 » Hilal Məmmədov: Yaşasın azad söz fədailəri!
19:02
Hilal Məmmədov: Yaşasın azad söz fədailəri!
Görkəmli ingilis yazıçısı Corc Oruell özünün “1984” romanında qəhrəmanının diliylə azadlığa orijinal bir tərif vermişdir: Azadlıq 2+2=4 deməkdir.
Əgər buna şərait yaradılırsa qalan hər şey öz yerini tapacaqdır. Buradan belə bir nəticə çıxır ki, bu və ya digər məmləkətlərdə bunun qarşısı alınırsa, belə cəmiyyətdə nəinki azadlıq məfhumundan, digər bəşəri dəyərlərdən belə söhbət gedə bilməz. Belə cəmiyyətlərin bərqərar olduğu avtoritar rejimlər insanları robotlaşdıraraq, hətta düşüncə və vicdanlarını belə idarə etməyə çalışırlar.
Belə olan halda insan məfhumu da ilahi mahiyyətini itirərək adi bir əşyaya çevrilir. Cəmiyyətin xilası məhz bu halda 2+2=4 olduğunu deməkdən çəkinməyənlər olmuşdur. Şükür Allaha ki, bizim ölkəmizdə də belə düşünənlər var, deməli, cəmiyyətin seçilmişləri var, hansılar ki, nə təqibdən, nə zindandan, nə ölümdən qorxmayaraq hər yerdə 2+2=4 olduğunu bəyan etmişlər.
Yaşasın azad söz və fikir fədailəri! Allah Sizi qorusun! Amin!