Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2014 » Март » 11 » Hilal Məmmədov məhbəsdən açıq məktub yazdı
17:19
Hilal Məmmədov məhbəsdən açıq məktub yazdı
Bismillah!!!

Qardaşım Feyzullaya açıq məktub


Salam əziz qardaşım Feyzulla!

Sənin "Neftçilər” xəstəxanasında ürək problemlemlərinlə bağlı olaraq müalicə edildiyini və cərrahiyyə əməliyyatına hazırlıq görüldüyünü eşidib, xeyli narahatlıq yaşadım.İnşallah, külli kainatın və bəşərin baş Cərrahı və Həkimi Rəbbimizin rəhməti, məlhəmi, şəfqəti; cəmi dindarların duaları sayəsində bu cismani nasazlığın aradan qalxar və inşallah, yaxın günlərdə kəndimiz Təngərüdün cümə namazlarındakı imamlıq şərəfini və məsuliyyətini yenə də öz çiyinlərində davam etdirəcəksən...

Əziz qardaşım, istər bizim kənd məscidində, istərsə də digər yerlərdə bizim üçün də etdiyiniz dualara görə şəxsən sənə və cəmi duaçılara xeyli minnətdaram! Allah Sizi hər iki cahanda məsud edib arzu və istəklərinizə çatdırsın, inşallah!

Əziz qardaşım, ümidvaram ki, sən də bu cismani xəstəliyimizi ya başımıza gələn digər bəla ya müsibətləri saysız – hesabsız qüsurlarımızın bir kəffarəti naminə Rəbbin bir rəhməti, məlhəmi və şəfqəti hesab edib, qətiyyən ruhdan düşməyəcək və əksinə , səbr və səbatla bu kiçik ilahi sınaqdan da ləyaqətlə çıxacaqsan, inşallah!

Qardaşım Feyzulla! İnan ki, bu kiçik dünya məhbəsində olduğum 1 il 9 ay ərzində dəfələrlə Sizi, kəndimizi, dağ-meşələrimizi, çay-bicarlarımızı, ziyarətgah və pirlərimizi və i.a. xatırlamaqla yanaşı, rəhmətlik anam Nəcibənin "Baba Cəbrayıl” pirində və məzarlığındakı an mərasimində aramızdakı kiçik bir dialoqu da heç cürə unutmamışam.Məhz həmin "Neftçilər” xəstəxanasında müalicə alan və əməliyyata hazırlaşan qonşu (Pensər) kəndçimizə baş çəkib(21 iyun 2012-ci il), oradan evə qayıdarkən, sonralar polis zabitləri olduqları bəlli olan bir qrup quldurun həmləsinə məruz qalıb, oğurlandığım, hara və hansı istiqamətə aparıldığımı bilmədiyim zaman, maşındakı söz-söyüşlərinə və ara-sıra başıma və çiynimə vurduqları zərbələrə də zərrə qədər məhəl qoymadan, həmin söhbəti xatırlayıb (ürəyimdə) , o ki var özümü danlayırdım...Belə ki, anamın an mərasimində, onunla yanaşı məzarlıqda uyan rəhmətlik sevimli dindar nənəmin, həm də ilk tərbiyəçim və müəllimimin(atamın anası, onun da adı Nəcibə idi) ayaq tərəfindən xeyli yam-yaşıllı boş yeri görüb sevinmiş və pıçıltıyla sənə müraciət etmişdim: molla səndən bir xahişim və vəsiyyətim var:sayəd, Allah tezliklə , lap elə səhəri ruhumu cismimdən çıxartsa, lütfən, məni burada dəfn edəsiniz...

Əziz qardaşım, onda təəccüblə üzümə baxıb, məlum Quran ayəsinə istinadən demişdin: "O saatın(ölüb-dirilmə) elmi (barəsindəki bilgi) yalnız Allaha bəllidir...Heç bir nəfs səhər nə edəcəyini,heç kəs harada öləcəyini bilməz...” ( 31: 34). Doğrusu bu məlum ayəni bir daha xatırlamağın əslində qüsur və günahlarımızın islahı barədə daha çox düşünməyimizi tövsiyyə etmək idi...

Əziz qardaşım, məhz həmin maşında, haraya aparıldığımı və bəlkə də qətlə yetirilib ,yaxınlarımdam naməlum yerdə basdıralacağım barədə heç bir təsəvvürüm olmadığı anlarda mənə xatırlatdığın ayəni yadıma saldıqca o ki var nəfsimi danlayırdım...Bu və digər saysız – hesabsız qüsur və günahlarımı da gözümün önünə gətirib, qəfildən (ağrılarıma baxmayaraq!) onlara dilləndim: bircə an dayanın və bir xahişimi dinləyin! Özlərindən xeyli məmnun halda soruşdular: hə, ağlın başına gəlir,deyəsən...(yəqin fikirləşdilər ki,ağrılara dözməyib, yalvarmağa başlayacayam).Dedim: yox, yox, əksinə, sizdən xahiş edirəm ki, bir az da bərk vurasınız başıma və daha da biədəb söyüşləri yağdırasınız...Bu qeyri – adi xahişimdən xeyli təəccüblənib bir ağızdan dilləndilər:xeyir ola, niyə? Dedim: xeyirdir, çox xeyirdir...Zalımın hər zərbəsi ya təhqiri neçə-neçə günahlarımın kəffarəsinə vəsilə olar, inşallah...Hərçənd ki, bu zülm onların özlərinin zərərinə işləyir..Heçnə anlamayıb, bir-birinin üzünə baxıb, istehza ilə dedilər: bunu "psixakaya” aparmaq lazımdır ki...Dedim:kaş əmrinizi dəyişib, ora göndərəydilər...Dedilər:elə bilirsən, oradan pul-parayla ya day-dayla qurtulacaqsan?Dedim: yox,yox, bilirəm ki,bu sifarişdir, nə pul, nə də day-day köməyə yetişməz, amma, bəlkəm cismani(ruhi) xəstəliyim sabahkı xilasımda rolu oldu.(yəni, demək istəyirdim ki, bəlkəm, Rəbbimin bu ruhi xəstəliyimə görə mənə rəhmi gəlib bağışladı)Əlbəttə, onlar yenə də bir şey anlamaladılar...

Əziz qardaşım Feyzulla! İnan ki, istər bayırda, istərsə də bu kimi məhbus həyatımda, şəxsən öz nəfsimi danlamaq və tərbiyələndirməklə yanaşı, fürsət var ikən, Allah rizası naminə, digərlərinə də bildiklərimdən nəsə çatdırmaqla onları qəflət yuxusundan ayıltmağa cəhd edirəm...Necə deyərlər, müəllim zindanda da müəllimdir...Yeri gəlmişkən bir riyaziyyatçı alim-pedaqoq kimi, tələbələrimə tez-tez xatırlatdığım bir məsəli sənin də nəzərinə çatdırmaq istəyirəm: Evklid həndəsəsinin atası, qədim yunan filosofu və riyaziyyatçısı Evklid bəzən nəfsini tərbiyələndirməkdən ötrü, öz şəhərinin "dəlilərinə” pul verib aşkarda(camaat içində) özünü kötəklədirmiş ki, qəlbindəki qüsurları, xətaları (özündənrazılıq, təkəbbürlük və i.a.) islah edə bilsin.İndi, bu polislərin bilavasitə özlərinin ciblərimə narkotika atıb, özlərinin də məni söyüş və yumruqlarıyla "tənbeh” etməsindən aldığım feyz, bəlkə də rəhmətlik Evkliddən də daha artıq idi...Doğrudur, Evkliddən fərqli olaraq, nəfsimin islahı 5 illik "kötəklənmə” ilə nəticələndi,amma, neylək ,görünür, daha çox islahıma ehtiyac var imiş...Təvəkkül Allaha!!!

Hökm Allahındır!( 6:57) Əziz qardaşım, elə burada "5 il” "srokla” bağlı kiçik bir haşiyə ilə sözümü yekunlaşdırmaq istəyirəm: bu yaxınlarda bir məhbus yoldaşım ibadət otağında məndən soruşdu: "srokun necə gedir?” (yeri gəlmişkən, məhkumlar tez-tez bu sualı bir-birinə ünvanlayır və cavabında neçə il-ay-günün qaldığını bildirirlər...)Cavab verdim:” gedir də sözdür, lap uçur e..., kaş, bircə anlıq o vaxtı dayandıra, ya da geriyə çəkə bilərdim, o müddət ərzində isə fürsət tapıb bir-iki zikrimi, bir-iki şükrümü, bir-iki tövbəmi də diləyə biləydim Rəbbimdən...”

Əziz qardaşım Feyzulla, cismani xəstə halında ,Sizə bir minnətdarlıq və mənəvi dəstək olaraq, yazdıqlarımı bir haray sədasına çevirib, istər buradakı, istərsə də bayırdakı qafil, cahil, zalim, təkəbbürlü, dünyapərəst insanlara məlum bir ayə ilə xəbərdarlıq edərək, fani dünyadakı vaxtlarının hər anına dəyər verməyə çağırmaq istəyirəm: "Bilin ki, dünya həyatı oyun – oyuncaq, bər – bəzək, bir – birinizin qarşısında öyünmək, mal – dövlət, oğul – uşağı çoxaltmaqdan ibarətdir. Belə bir məsəl kimidir: yağmurun yetişdirdiyi bitki (məhsul ya ot) əkinçilərin xoşuna gələr, sonra da o quruyar, və sən onun saralıb – solduğunu, daha sonra çör – çöpə döndüyünü görərsən (dünya malına aldananları isə) axirətdə şiddətli əzab, ( dünya malına uymayanları isə) Allahdan bağışlanma və razılıq gözləyir və dünya həyatı aldanışdan ( yalandan) başqa bir şey deyildir” ( 57:20)

Əziz qardaşım Feyzulla! Bir daha Sənə Allahdan şəfa diləyir və salamımı cəmi yaxın qardaş – bacılarıma çatdırmağı xahiş edirəm.

Allah amanında! İnşallah, yaxın günlərdə kəndimizin məscidində birgə namaz qılaq. "Hökm ancaq Allaha məxsusdur.Ona təvəkkül etdim və təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər”( 12:67)

Hörmətlə: qardaşın Hilal

6 mart 2014-ci il 

Категория: İnsan hüquqları | Просмотров: 1754 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus