Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2012 » Сентябрь » 5 » Hilal Məmmədov: İşgəncəyə YOX! deyək…
22:28
Hilal Məmmədov: İşgəncəyə YOX! deyək…
(Bəs niyə Baş Prokurorluq və Nəsimi rayon məhkəməsi İşgəncəyə "HƏ” dedi?!)

Məlum olduğu kimi,21.06.2012-ci il tarixində, təqribən 12.00 radələrində yaşadığımız binanın yaxınlığında 6-7 mülki geyimli (sonralar polis işçiləri olduğu bəlli olan) quldurlar tərəfindən vəhşicəsinə döyülmüş, söyülmüş, milli-etnik mənşəyim təhqir edilmiş, qollarım qandallanmış, zorla sürüklənərək mülki bir maşına otuzdurulmuş və digər mülki maşının sürücüsünün "Tı kto takoy, davay do svidaniya!” məlum meyxanasının jestlərinin yamsılanmasıyla Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, nümayişkaranə şəkildə ciblərimə soxduqları¬ təqribən 5 qram narkotikanı çıxardıb saxta protokol tərtib edilmiş, növbəti 6-7 saatlıq təzyiq, hədə-qorxulardan sonra Nizami Rayon Polis İdarəsinə gətirilmiş, mülkiyyət toxunulmazlığı hüquqlarımız kobud şəkildə pozularaq mənzilimizə 20-25 polis işçisi tərəfindən basqın edilmiş, yataq otağımda asılmış pencəyimin cibindən nümayişkaranə şəkildə növbəti, təqribən 30 qram narkotikanı çıxardıb saxta protokol tərtib edilmiş, 2 gün ac-susuz MST-də (müvəqqəti saxlama təcridxanası) saxlanılmış, 22.06.2012-ci tarixində Nizami Rayon Məhkəməsi tərəfindən tamamilə qeyri-qanuni olaraq barəmdə 3 aylıq həbs qətiimkan tədbiri seçilmişdir...

22.06.2012-ci il tarixində mənə yetirilən ağır xəsarətlərlə bağlı olaraq müvafiq  material tədqiq edilməkdən ötrü Nizami Rayon Prokurorluğuna göndərilsə də, yalnız 30.06.2012-ci tarixində müstəntiqlər tərəfindən dindirilmiş, lakin həbsimin bu 2 ay müddəti ərzində prokurorluğun heç bir tədbir görmədiyindən Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, ondan Avropa Konvensiyasının 3-cü maddəsiylə nəzərdə tutulmuş "işgəncəyə, geyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalmamaq” hüququmun pozulması barədə qərar qəbul edilməsini xahiş etmişəm...

29.08.2012-ci il tarixində saat 12.00-də nəzərdə tutulan məhkəmə prosesi təqribən 13.00-də müəmmalı şəkildə Məhkəmə binasının zirzəmisində ("bunkerində”) qapalı şəraitdə işinə başladı. Hakim bunun guya bizim təhlükəsizliyimiz naminə edildiyini bildirdi. Məhkəmədə digər ən maraqlı məqam da dövlət hesabına talış dilindən Azərbaycan türkcəsinə tərcüməçinin dəvət edilməsi idi. Məhkəməni açıq elan edən hakim ilk öncə vəkillərə söz verdi. Vəkil Yalçın İmanov öz çıxışını heç bir ciddi əsas olmadan məhkəmə prosesinin niyə qapalı keçirilməsi, hakimin gozlənilmədən əvvəlki iclas zalını tərk edərək, guya kiminsə(?)təhlükəsizliyini təmin etmək məqsədiylə məhkəmə binasının zirzəmisindəki bir zalda niyə prosesin başlanması, nə təqsirləndirilən şəxsin, nə də vəkillərin heç bir xahişi və ya vəsatəti olmadan tərcüməçinin iştirakı ilə bağlı sorğularıyla başladı. Hakimdən məntiqi bir cavab olmasa da Yalçın İmanovun fikirləni davam etdirən vəkil Ramiz Məmmədov öz çıxışında bildirdi ki, heç bir əsası olmayan bu kimi özbaşınalıq Hilal Məmmədovla bağlı qondarma cinayət işinin  yuxarı orqanların sifarişi olduğunu sübut edir. O, mənə yetirilən xəsarətlərlə bağlı sənədləri, o cümlədən döyulməklə bağlı ilk espertiza təyini, işgəncə izlərinin foto şəkillərini, bu barədə ilk instansiya məhkəmələrinə şikayətlərin surətini və i.a. müvafiq sənədləri işə tikilməkdən ötrü hakimə təqdim etdi. Eyni zamanda Ramiz Məmmədov Hilal Məmmədovun həbs edildiyibu 2 ay ərzində nə üçün prokurorluğun bu işgəncə faktına biganə qalmasının da həmin sifarişə bağlı olduğunu bildirdi...

Məhkəmədə iştirak edən prokuror (Səttar Rzayev) iki gün öncə, 27.08.2012-ci il tarixli Respublika Prokurorluğunun bu işlə bağlı qərarını (Rüstəm Usubovun imzasıyla) məhkəməyə təqdim edərək, ciddi sübutlar olmadığından işin baxılmasının rədd edildiyini bildirdi. Vəkillər R.Məmmədov və Y.İmanov bu qərarın niyə şikayətçiyə və vəkillərinə təqdim edilmədiyini soruşsa da prokuror: "Bu sizə rəsmən təqdim edilməyə də bilər, amma qərardan şikayət etmək haqqınız da var”, - cavabını verdi. Ramiz Məmmədov da digər vəkil kimi, tərcüməçinin hansı zərurətdən məhkəməyə dəvət edilməsini anlamadığını bildirdi. 10-15 dəqiqəlik çəkişmələrdən sonra hakim Emin Mehdiyev bizə müraciət edərək şikayətlərimizin mahiyyəti və deyilənlərə münasibətimi bildirməyi xahiş etdi. Dialoq şəklində həmin sual-cavablar aşağıdakı kimi oldu:

"Hilal Məmmədov(H.M.):
-Cənab hakim ilk öncə sizə 3 sualım var. Olarmı?
Hakim:
- Buyurun dedi.
H.M.: - 1-ci sual: Bizim həyatımız üçün hansı təhlükənin mövcudluğunu hiss, ya fərz edib məhkəməni qapalı keçirtmək qərarına gəldiniz?
Hakim: - Yalnız Sizin üçün yox, həm də digər məhkəmə iştirakçılarının təhlükəsizliyi naminə bu qərara gəldik.
H.M.: - Cənab hakim, məhkəmə prosesində 2 vəkil, 1 tərcüməçi, 1 katib, 1 prokuror və birdə mən varam. Lütfən deyin, kimi kimdən qorumaq istəyirdiniz? Bizlərdən kimin həyatına daha çox təhlükə yaranmışdı ki, o bəxtəvər Sizin köməyinizlə qurtuldu?
Hakim: - Hər halda, belə məsləhətdir...
H.M.: - Əhsən Sizin məsləhətçilərinizə, təşəkkür, cənab hakim! II-ci sualım belədir: nə mən, nə də vəkillərim dövlətdən tərcüməçi istəməyiblər, bəs, bu zərurət Sizdə haradan yarandı?
Hakim: - Sizin Məhkəməyə şikayətiniz ilk cümləsində milli-etnik mənşəyiniz Talış olduğu bildirilmişdi. Ona görə də güman etdik ki, Siz Azərbaycan dilindən daha çox öz ana dilinizdə fikirlərinizi tam və dolğun formada ifadə edə bilərsiniz. Amma buna baxmayaraq gec deyil, yazılı formada tərcüməçidən imtina edə bilərsiniz.
H.M.: - Cənab hakim, məgər Siz mənim həmin şikayət ərizəmdən cəmi o ilk cümləni oxumusunuz?
Hakim: - Yox, niyə ki?!
H.M.: - Axı, 5-6 cümlədən ibarət olan "şəxsiyyətim və fəaliyyətimi xarakterizə edən hallar”ı oxumağa uzaqbaşı 2 dəqiqə vaxt sərf edə bilərdiniz. Neylək görünür, doğrudan da vaxtınız yalnız o ilk cümləni oxumağa çatıb. Olsun. Amma növbəti 2-3 cümləni oxusaydınız, Sizə də aydın olardı ki, mən 1976-1981-ci illərdə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsini fərqlənmə diplomu ilə bitirmiş, 1981-86-cı illərdə Moskvada, aspiranturada təhsil almış və orada da elmlər namizədi elmi dərəcəsini almış, ümumiyyətlə isə, 1981-1993-cı illər ərzinda Azərbaycan EA-nın Riyaziyyat İnstitutunun baş elmi işçisi olmuşam. Sonralar elmi işimlə yanaşı, həm də ictimai-siyasi fəaliyyət göstərmiş, Azərbaycan Xalqların Bərabərlik Partiyasının (1992-93) sədri olmuş, 2005-ci ildə Bakı şəhərindən Respublika Milli Məclisinə deputatlığa namizədliyimi irəli sürmüşəm, həbs edilənə qədər həm də hüquq müdafiəçisi, jurnalist, təhsil üzrə müstəqil ekpert kimi də tanınırdım. Son iş yerim isə Azərbaycan İctimai-Siyasi Universitetində olub, orada (dosent elmi vəzifəsində) tələbələrə mühazirə və seminarları oxuyurdum. Canəb Hakim, istər Bakıda təhsil aldığım o orta məktəb illərində (1966-1976), istər Universitetdəki təhsilimi və sonrakı fəaliyyətim də talış dilində deyil, Azərbaycan türkcəsində və rusca olduğuna da şəkk etmirsiniz. Yəgin ki, buna da şəkk etmirsiniz ki, mən Universitetdə tələbələrimə mühazirə və seminarları da talış dilində keçmirdim. Hərçənd ki, hələm uşaqlıqdan arzum olub ki, bir gün ölkəmizdə öz ana dilimdə - talışça da təhsil ocaqları olsun və dil rəsmən tanınsın. Odur ki, mən bir soydaşımın – talış tərcüməçisinin bu zalda iştirakına nəinki etiraz etmir, əksinə, buna xeyli şadam: Nəhayət ki, bu son 70 ilin ərzində dövlətimiz ilk dəfə olaraq xalqımızı və onun dilini rəsmən tanıdı, gün olsun, digər - ləzgi, tat, kürd və i.a. xalqlarımız da bu səadətə məhkəmə zallarında yox, ondan kənarlarda daha çox nail ola bilsinlər. İstənilən halda, bu xeyirxah təşəbbüsünüzə görə həm dövlətimizə, həm də Sizə şəxsən təşəkkür edir və xahiş edirəm ki, tərcüməçi zalda qalsın, bəlkəm doğrudan da köməyinə ehtiyac duyuldu. İndi isə Sizə 3-ci sualım var.
Hakim: - Buyurun.
H.M.: Cənab hakim, prokurorun Sizə təqdim etdiyi (Rüstəm Usubovun imzasıyla təsdiqlənən) məlum qərarın heç olmazsa son cümləsi ilə bizi tanış edə bilərsinizmi?
Hakim (vərəqləri çevirib, son səhifəni tapır): -Əlbətdə, "...işgəncə ilə bağlı faktlar sübutunun tapmadığından, Hilal Məmmədovun şikayəti təmin edilməsin!”
H.M. : - Cənab hakim, məhkəmə prosesini açarkən, Siz tamamilə haqlı olaraq bildirdiniz ki, Avropa Şurasının bərabər hüquqlu üzvü kimi, ölkəmiz də İnsan Haqqları barədə Avropa Konvensiyasına qoşulmuş və onun bütün müddəa və tələblərimə hörmətlə yanaşaraq, onlara riayət etməyə çalışır. Bildirdiniz ki, biz də Avropa Məhkəməsinin tələblərinə müvafiq olaraq ədalətli məhkəmə prinsipinə sadiq olmağa cəhd edirik. Təki, həqiqətən belə olsun, axı, bizim də hamımızın arzusu budur. Amma, gəlin görək, biz doğrudanmı mövcud Avropa dəyərlərindən kifayət qədər faydalanıb ədalətli məhkəmə prinsipinə həmişə sadiq qala bilmişik? Doğrudanmı bu gün yuxarı instansiyaların heç bir sifarişli oyunlarına məhəl qoymadan, ədalətli məhkəmə qərarı çıxartmağa qadirik? Axı, azad, ədalətli məhkəmə prinsipi yalnız və yalnız azad və ədalətli bir cəmiyyətdə ya ölkədə işləyə bilər?! Cənab hakim! Bilirsinizmi Avropa, o cümlədən SSRİ-dən qopmuş Pribaltika və Gürcüstan necə azad və xoşbəxt ola bildi? Qoy, deyim: o gec-tez anladı ki, yalnız və yalnız İnsan Haqqlarına önəm veriləcək bir cəmiyyətdə, ya məmləkətdə insan həm özünün, həm digərlərinin, həm də ölkəsinin ümdə səadəti naminə sidqi-ürəkdən mübarizə aparar. Baxın, görün, bu gün həmin Avropa ölkələrində nəinki insanın, hər bir heyvanın, quşun, balığın belə haqqı necə qorunur və orada hər hansı bir formada nəzərə çarpan işgəncə halı necə cəmiyyətin geniş qınaq obyektinə çevrilir?! İşgəncənin - insan ləyaqətini alçaldan ən dəhşətli amil olduğunu artıq cəmi dünya dərk etməkdədir. Bu gün ölkəmizin bütün hüquq-mühafizə orqanlarının, ədliyyə nazirliyinə və i.a. məxsus binalarının az qala hər divarında Torture not to!!! (İşgəncəyə yox! deyək) yazılsa da, biz insanları bu bəladan hifz edə bilmişikmi?
Zindanda olduğum bu 2 ay ərzində onlarla məhbusların istintaq zamanı hansı dəhşətli işgəncələrə məruz qaldığını eşitdikdə, bəzən, öz başıma gətirilən zülmləri belə unudurdum...
Cənab hakim! Əgər bu gün mənim kimi – yüzlərlə və minlərlə tələbə və gənclərə təlim-tərbiyə və təhsil verən bir müəllimin və alimin nə yaşına, nə başındaki ağ saçlarına, nə cəmiyyətdəki mövqeyinə zərrə qədər hörmət edilmədən, 6-7 polis onu vəhşicəsinə döyüb-söyüb, milli mənşəyinin təhqir edib, əllərini zorla qandallayıb, nümayişkaranə şəkildə ciblərinə narkotika soxursa, o ölkənin hansı digər sıravi vətəndaşlarının hüquqlarının qorunmasından söhbət gedə bilər?
Cənab hakim, inanın ki ilk əvvəllər haqsız həbsim zamanı başıma gətirilən bu işgəncə faktorunu elə açıb-qabartmaq niyyətim yox idi. Çünki bilirdim ki, sifarişli həbsimlə bağlı bu olaya heç bir hüquq-mühafiz orqanları hüquqi qiymət verməyəcək. Amma, ürəkağrıdacaq belə bir səhnəni mütləq Sizə nəql etməliyəm: Baş Narkotiklərlə mübarizə idarəsi tərəfindən Nizami rayon Polis İdarəsinə təhvil verildiyim zaman, mənim üçün təyin edilmiş ilk müstəntiqə hakimiyyətin başıma açdığı bu narkotika oyunu ilə bağlı izahatı verdiyim zaman, o, heç cürə ondan gizlədə bilmədiyim ağrılarımı hiss edib, qəfildən soruşdu: çoxmu səni döydülər? (Yumor formasında) Dedim: - yox, tumarlayıb, maşınlarına soxdular... O sanki ağır bir cinayətə özünün də necə qol qoyduğunu açıq-aşkar dərk edərək, yenə dilləndi: - Şalvarını bir yuxarı çək, görüm.. Mən də həvəssiz şalvarımı dizimdən yuxarı çəkdim. O, dizdən aşağı hissədə az qala dərimin qoparıldığını görüb, bir "ah...” çəkib, davam etdi: -Köynəyini yuxarı qaldır. Mən də köynəyimi qaldırdım və sağ qabırğaaltı nahiyədəki sıyrıq və qaratmanı (hematoma) görüb, qələmini bir an yerə qoyub, soruşdu: - Daha haran ağrayır?
Dedim: - Başım bir balaca gicəllənnir, çəkdikləri "sığallardan”dır yəgin...
Müstəntiq dedi: bu saat səni göndərirəm xəstəxanaya, ekspertizaya...
Dedim: - ehtiyac yoxdur, onsuz da sabah deyəcəklər ki, "evə gələndə avtobusdan yıxılıb, bir balaca əzilmişəm...”
Müstəntiq təkid etdi: Yox, getməlisən, bilirsən niyə?
Dedim: - Yox!
Dedi: - Yalnız sənin özünə görə yox, həm də özümə görə. İstəmirəm ki, sabah hər gün məni lənətləyəsən, heç olmasa, əlimdən gələn bu xeyirxah addımımı yada salıb, bir balaca dayanasan.
Cənab hakim, mümkündür ki, bu açıqlamam sabah o məzlum müstəntiqə qarşı bir təzyiq amili olsun, amma bunu qeyd etməyə də bilməzdim. O da Sizin və digərləri kimi, hansı sifarişli bir oyuna alət olduğunu dərk edirdi, amma, gücü yalnız o addıma çatırdı. Mən onun təkidli xaişini yerinə yetirib xəstəxanaya getdim və müvafiq ekspertiza rəyləri hazırlandı. Amma orada da həkim ekspertlər tamamilə könülsüz halda, yalnız ayağımdaki zərbə yerlərini qeyd edib, digər zədə və ağrılarıma heç məhəl də qoymadılar. Onların da gücü o 1-2 könülsüz cümləni jurnallarına qeyd etməklə bitdi.
Cənab hakim, 30.06.2012-də Şüvəlan təcridxanasında olarkən, Nizami Rayon Prokurorluğundan da bir müstəntiq yanıma gəlib, bu işgəncə ilə bağlı müvafiq izahatı məndən almışdı. O da məni ümüd edəndə ki, "buna mütləq hüquqi qiymət veriləcək!” , mən də ona cavabımda: – "İnşallah, gələcək azad, demokratik və hüquqi dövlətimizdə...”, - bildirdim. Bu günki məhkəmə prosesindən 1-2 həftə öncə də yanıma ekspert-həkimlər və prokuror işçiləri gəlmişdi, amma onlar da bu barədə "ürək sözlərimi” dinləyib və 1-2 səhifə qeyd edib, "Allah qapını açsın!” deyib, getdilər. Vəssəlam.
Möhtərəm hakim, bu gün R.Usubovun imzasıyla, 27.08.2012-ci il tarixli, yəni, 2 gün öncə qəbul edilmiş qərarı oxudunuz və bir daha Siz də əmin oldunuz ki, 2 ay öncə dediklərim heç də boş kəlmələr deyildi. Təbii ki, bu gün Siz də baş prokuror müavininin bu qərarına heç bir hüquqi qiymət vermədən, onu təsdiq edəcəksiniz. Axı, Siz mənim 2 səhifəlik şikayət ərizəmdən cəmi ilk cümləni oxuyub, böyük savab görmüsünüz – yəni, milli mənşəyimin talış olduğunu oxuyub dövlətdən xahiş etmisiniz ki, məni talış dilindən tərcüməçi ilə təmin etsinlər. Demək, o ilk müstəntiqim kimi, Siz də HAQQ və ƏDALƏTİN bərpasında bir addım ata bilmisiniz. Bilirəm ki, gücünüz yalnız buna çatıb. Təbii ki, bundan əlavə nəyəsə gücünüz çatmazdı, əks təqdirdə, ədalətli qərar qəbul edib, bi işgəncə faktoruna hüquqi qiymət versəydiniz, ən yaxşı halda, "səlahiyyət həddini aşmaqda” mühakimə edilərək, mənim yanıma – Kürdəxanıya göndərilərdiniz. Yeri gəlmişkən, saxlandığım korpusda məhbusların əksəriyyəti Sizin kolleqalarınızdır – müstəntiq, prokuror, polis rəisləri, narkobiznes rəisləri, hərbi komissarlar, ədliyyə işçiləri və i.a. Onların əksəri "korrupsiya”, "rüşvət alma”, "dələduzluq” ilə ittiham olunur. Amma hakimimiz yoxdur...
Möhtərəm hakim! Əgər həbsimizin ilk günlərində bu işgəncə faktorunu doğrudan da qabartmaq niyyətimiz yox idisə, bu gün bunu ictimailəşdirməyə qərar verməyimizin səbəbləri kifayət qədərdir: bunu yalnız özümün və övladlarımın yox, həm də bu zaldaki Sizin, prokurorun, vəkillərin, katibinizin, tərcüməçinin, ədliyyə işçilərinin və zaldan qıraqdaki insanların və övladlarının gələcəyi naminə etmək istəyirik. Mən istəmirəm ki, bu gün – 80 yaşlı atamın – prof. Əlif Məmmədovun və digər qohumlarımın nahaqdan min-bir işgəncəyə məruz qaldığımı görüb ürək sarsıntıları keçirtdikləri kimi, bir gün Siz də övladlarınıza görə o mənəvi işgəncəyə məruz qalasınız. İnanın ki, heç həbsimin sifarişini verənlərin də övladlarına o işgəncələri arzulamıram. Vallah və billah, işgəncə - insan ləyaqətini alçaldan elə dəhşətli bir amildir ki, insanların əksəri bu zülmə tablaşmayaraq, cismən və ruhən sınır, və nəticədə sabah özlərinin ən adi haqqlarına belə sahib çıxmaqdan qorxur ya çəkinirlər. Haqqlarına sahib çıxmayan insanlarla isə azad və xoşbəxt bir cəmiyyət ya ölkə qurmaq olmaz!!! Cənab hakim, odur ki, Siz də fikirləşin, nə qədər acı olsa da, bu həqiqətləri Sizə deməliydim ki, az da olsa, sabah Allah qarşısındaki bu məsuliyyətimdən yaxa qurtara bilim. Mən vicdani borcumu yerinə yetirdim. Vaxtınızı çox aldığım üçün də üzr istəyirəm.

Bu 10-15 dəqiqəlik nitqimə bəlkə də min-bir vicdani zülmlə qulaq asmağa məcbur olan hakim, bu son kəlmələrimdən sonra, dərindən nəfəs alıb, məhkəmənin məşvərəfə getdiyini elan etdi... Fürsətdən istifadə edib, vəkillərimlə 1-2 kəlmə kəsmək istəyirdim ki, bunkerin yuxarı dəmir damalı pəncərəsindən bizə boylanan qohumlarımın və müdafiəmə gəlmiş qəhrəmanların ( Təzəxan Mirələnli və d.) məni salamlayan əllərini gördüm. Mən də öz dəmir qəfəsciyimdən onları salamlamaq istəyirdim ki, ədliyyə nəzarətçiləri məni zorla zaldan uzaqlaşdırdılar... Mənə indi aydın oldu ki, məhkəmə niyə bu bunkerdə keçirildi və "təcavüz” mənbəyi kimlər imiş... Demə, 28.08.2012-də Müsavat Partiyasının qərarqahında həm ad günüm və həm də müdafiəmlə bağlı keçirilən yığıncaqda 29.08.2012 məhkəmə prosesi ilə bağlı olaraq  Nəsimi rayon Məhkəməsinin qarşısında məhkəmənin açıq keçirilməsi tələbi ilə piket keçirilib... Güman ki, bu "təcavüz-karlardan” hürkən hakimiyyət mənim təhlükəsizliyimi "bunker məhkəməsiylə” "qorumağa” cəhd edib...”

Nə isə... Məşvərət 3 saat çəkdi. Zala qayıdanda orada bir mən idim, bir də o hürkək hakimim. Mənim yaxşı riyazıyyatçı olduğuma indicə-məşvərət vaxtı bir daha əmin olduğunu bildirən hakim, işimlə bağlı qərardan nə isə oxumaq istəyirdi ki, onu saxladım: - Cənab hakim, gəlin, elə bu xoş notlarla da Sizdən ayrılaq, yəgin ki, 1-2 günə o qərarı da Kürdəxanıya göndərəcəksiniz.

Sanki ağır bir yükün çiyinlərindən götürüldüyünü hiss edən hakim bu kəlmələrimə bir bənd imiş yerindən qoparılıb sürətlə zalı tərk etdi.

Bir anlıq mən də, nəzarətçilərim də yerimizdə duruxub qaldıq. "Heyif, ona deyiləsi 1-2 kəlməm qaldı”, - dedikdə, nəzarətçilər soruşdu: "Nə demək istəyirdin?” Dedim: Heç, Nəsimidən bir dübeyt deyəcəkdim ki, -

Zahidin bir barmağın kəssən dönüb həqqdən qaçar,
Gör, bu gerçək aşiqi sərpa soyarlar, ağrımaz...

Hilal Məmmədov
fizika-riyaziyyat elmləri namizədi, dosent,
hüquq müdafiəçisi, "Tolışi Sədo” qəzetinin baş redaktoru

29.08.2012. Bakı, Kürdəxanı
 

Категория: İnsan hüquqları | Просмотров: 1727 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus