Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2013 » Октябрь » 21 » Heydər Əliyevlə ermənilərin sıx işbirliyi aşkarlandı
16:29
Heydər Əliyevlə ermənilərin sıx işbirliyi aşkarlandı
Aşot Manuçaryan: «Qarabağ ordusu” hərbi əməliyyatları dayandırmışdı ki, Surət Hüseynovun briqadası Bakıda Heydər Əliyevin təhlükəsizliyini təmin edə bilsin»


1990-cı illərdə Ermənistan prezidenti Levon Ter-Petrosyanın hakimiyyəti dövründə yüksək vəzifələr tutmuş, o cümlədən, prezidentin təhlükəsizlik məsələləri üzrə müşaviri olmuş Aşot Manuçaryan hesab edir ki, Ermənistan-Azərbaycan müharibəsi təhlükəsi "sıfır dərəcəsinə” enib.

Bunu A.Manuçaryan Yerevanda Azərbaycanda prezident seçkilərinə həsr olunmuş dəyirmi masada deyib.

"Gənc Əliyev heç zaman müharibə etmək istəməz. O, vəzifəsini atasından miras alıb və yəqin ki, atası müəyyən şeyləri ona açıqlamış olar”, - deyə Manuçaryan Ilham Əliyevin mövcud durumda ölkəsi üçün mümkün təhdidləri qiymətləndirməyə qadir olduğunu bildirib.

A.Manuçaryan hazırda Rusiyanın çox aqressiv olduğunu və bu aqressivliyin daha da artacağını düşünür: "Rusiya post-sovet əraziləri öz qanuni təsir məkanı hesab edir. Odur ki, Azərbaycanın hərbi əməliyyatlar istiqamətində istənilən qəsdi Rusiya qoşunlarının Azərbaycanın öz ərazisi hesab etdiyi bölgələrə yerləşdirilməsi üçün istifadə oluna bilər”.

Manuçaryan 1992-ci ildə Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Minsk prosesi başlananda yeni müstəqil Ermənistan rəhbərliyinin "dünya siyasətindən” o qədər də təsəvvürü olmadığını bildirir: "Lakin biz başa düşürdük ki, prosesə qatılan ölkələrin bölgəmizdə öz maraqları ola bilər. Ona görə də Ermənistan dünya güclüləri tərəfindən təklif olunmuş prosesdə iştirak etsə də, öz siyasətini yeritməyə çalışırdı. Ermənistan rəhbərliyi ”Artsaxı (Dağlıq Qarabağı) müdafiə etdikdən sonra" qonşuluqda Azərbaycanın simasında düşmən ölkə peyda olmasından yayınmaq istəyirdi. Bu baxımdan biz bir məsləkdaş əldə etdik. O dövrdə Heydər Əliyev Naxçıvanın rəhbəri idi və Bakıdakı Elçibəy hakimiyyəti ilə münasibətləri bərk ziddiyyətli idi. Azərbaycanın təşkilatlanması dövrü idi: necə Azərbaycan olmalıdır ki, bundan sonra belə aqressivlik olmasın, xalqlar yaşadıqları yerlərdə müstəqil yaşayıb inkişaf etsin... Bu, fundamental məsələ idi və Heydər Əliyev bu kimi bütün proseslərdə iştirak etməyə hazır idi".

Sabiq Ermənistan rəsmisinin sözlərinə görə, o zaman erməni tərəfi Heydər Əliyevə Azərbaycanda hakimiyyət başına gəlməyə kömək edib. Heydər Əliyev isə hakimiyyətə gəldikdən sonra "Azərbaycan xalqına və bölgələrinə” müraciətlə çıxış etməli imiş: "Azərbaycan qəbilələr ölkəsidir, heç biri o birisindən asılı olmaq istəmir. Həmçinin Gəncə klanı müstəqillik tələb edirdi... Qarabağ məsələsi xüsusi şəkildə nəzərdən keçirilirdi. O baxımdan ki, öz taleyini Qarabağ özü müəyyən etməlidi...”

Onun sözlərinə görə, Ermənistan rəhbərliyi ilə H.Əliyev arasında "konstruktiv və sırf insani” münasibətlər yaranmışdı və onunla Naxçıvan sərhədində dəfələrlə görüşləri olub: "O, ciddi dövlət xadimi olub, rəhbərlik etdiyi ölkəsinin dinc əmin-amanlıq şəraitində inkişaf etməsi yollarını axtarırdı”.

A.Manuçaryanın fikrincə, H.Əliyev Bakıya getdikdən sonra çətinliklərlə üzləşib və nəzərdə tutduğunu gerçəkləşdirmək üçün "mütəmadi olaraq vaxt tələb edirdi”.

Manuçaryanın sözlərinə görə, Ağdam istiqamətində cəmləşən "Qarabağ ordusu” hərbi əməliyyatları dayandırmışdı ki, Surət Hüseynovun briqadası Bakıda Heydər Əliyevin təhlükəsizliyini təmin edə bilsin.

"Nəzərdə tutulanların baş tutmaması Əliyevin günahı deyil. ABŞ dövlət katibinin müavini Talbott (1994-2001-ci illərdə bu postda olub) Bakıya səfər etdi. Aydındır ki, həm Bakıda, həm Moskvada müvafiq hazırlıq işləri görülürdü. Əliyevin yerini Mütəllibov tutmaq istəyirdi. Mütəllibov Moskvada bu istiqamətdə çox işləmişdi. Ermənistan üçün bu, arzuolunmaz variant idi”, - deyə A.Manuçaryan bildirib.

Sabiq prezident müşaviri deyir ki, erməni tərəfi H.Əliyevin müraciətini gözləyirdi: "Qarabağ ordusu 20 günə yaxın vəziyyəti dinc saxlayıb. Onlar (Ağdam istiqamətində dayanan hərbi qüvvələr) dedilər ki, biz müharibəni dayandıra bilmərik ki, Azərbaycan özünə gəlsin və zərbə vurmağa qadir olsun”.

Aşot Manuçaryan Heydər Əliyevin "insani münasibətlərə böyük əhəmiyyət” verdiyini bildirir: "Məsələn, Əliyevə zəng edib xahiş etsəydik ki, kimsə haradasa - Qazaxda, Qarabağ cəbhəsində - əsir düşüb, əgər bu, şəxsi xahişdirsə, 24 saat ərzində həmin adamı gətirib Ermənistana təhvil verirdilər”.

Manuçaryanın sözlərinə görə, H.Əliyev Naxçıvanda olarkən, Naxçıvan xüsusi statusa malik idi. Azərbaycan tərəfindən blokadada olduğuna baxmayaraq, Ermənistan Naxçıvana qarşı blokada tətbiq etmirdi, Naxçıvanla bağlı xüsusi siyasət yeridilirdi. 1992-ci ildə Ermənistan hökuməti Naxçıvan üçün bütün kommunikasiyaların açıq saxlanmasına dair xüsusi qərar qəbul etmişdi. Istənilən problemi aradan qaldırmaq üçün Heydər Əliyev Naxçıvandan birbaşa Ermənistan rəhbərliyinə zəng edə bilərdi. Naxçıvan sərhədində silahlı qarşıdurma çox nadir hallarda baş verə bilərdi. Bir dəfə sərhəddə atışma başlananda Heydər Əliyev gecə saat 1 radələrində mənə zəng edib. Iş yerində deyiblər ki, indicə çıxıb. Mən də hələ evə çatmamışdım".

O zaman sovet vaxtından Naxçıvan və Yerevan dəmiryol stansiyaları arasında telefon xətti qalmışdı. Manuçaryanın dediyinə görə, Heydər Əliyev zəng edirdi Naxçıvan dəmiryol vağzalına, oradan Yerevan dəmiryol vağzalı ilə əlaqə yaradılırdı: "Əliyev çox ədəbli insan idi və gecənin o çağında prezident Ter-Petrosyana zəng etməzdi. Lakin vəziyyətin nəzarət altından çıxmasının qarşısını almaq lazım idi və o, Levon Ter-Petrosyana zəng edir...”

Manuçaryan bir dəfə də Heydər Əliyevin Yerevana Ankaradan - Turqut Özalın dəfn mərasimindən sonra zəng etdiyini xatırlayıb: "Əliyev Bakıya daxil olmadan birbaşa Naxçıvana uçmaq istəyirdi. Ankarada deyirlər ki, Ermənistanla razılaşdırmaq lazımdır. Yenə zəng edib və Ankaradan birbaşa Naxçıvana uçub”.

«BBC Azərbaycanca»


Категория: Dünyada | Просмотров: 1994 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus