Əssəlamun-Əleykum ey Adəm övladları!
Xoş gördük sizləri.
Bilirəm məndən heç xoşunuz gəlmir. Onu da bilirəm ki, məni xoşlamadığınızın səbəbi təkcə sancmağım deyil. Bunu da bilirəm ki, doğru söz acı olur. Nə qədər acı olsa da deməliyəm ki, çox heyif o SSRİ hakimiyyəti dövründən.
Hamı kimi mən də düşündüm ki, müstəqil olsaq, keyfə baxarıq, yaşayış tərzimiz super olacaq. Hardan biləydik ki, mələk donu geymiş bu sırtıq "Demokratlar" xalqı aldadır...
Sən demə xüsusən Talış Xalqı o vaxtlar tam müstəqil imiş. Necə yanı doğru danışmıram? Ay zavallılar, o xoşbəxlik dövrümüzdə vətəndaşlığın əsas atributu olan pasportu kənd soveti sədri yazıb, üç gün müddətinə təmənnasız verirdi. Müstəqil olandan sonra isə Bazarbaycan vətəndaşı rüşvətsiz pasport ala bilmir. Daha mühüm atributlardan biri də ölkə ərazisini götürək. Talış zonası, düzdür ikiyə bölünüb, onun quzey tərəfi Rus sərhəd qoşunları tərəfindən möhkəm qorunurdu. Talışların pasportuna "ZP" ştampı vurulurdu, talışlar SSRİ ərazisinə tam sərbəst gedirdi, amma bir kimsə Talış zonasına gələ bilmirdi... (Yəqin ki, həmin dövü çoxları unutmayıb).
Bu gün Talış sıra dağlarının qoynundakı Masallı İSTİ-SU (QAMO) Müalicə pansionatı ərazisindəki "DƏMİR AĞACI" kafesinə getdim. Nə görsəm yaxşıdır, ay canınıza daraşım?
Oturduğum yanaşı stolda iki kişi, iki cavan qızla çörək yeyirdi. Qonaq olduqlarını duyub, ədəb-ərkanla "nüş olsun" da dedim. Bir də gördüm ki, qızlar kişilərlə araq badələrini qaldırıb, Rusiyaya çörək qazanmağa gedən ərlərinin sağlığına tost deyib, vurdular... Bir qədər yemək yedikdən sonra bu gözəlçələr hərəsi damağına bir siqaret qoyub, başladılar piləməyə... Beyinləri qızandan sonra "klapanları" açıldı nə açıldı, qardaş!
Mən dünyanın az qala yarısını gəzib-dolaşan adam, belə tərbiyyəsiz fahişələr heç yerdə görməmişəm. Nəsə öz düşüncəmə uyğun istədim ki, bir hərəkət edim. Bir də gördüm ki, həmin kişilər mülki geyimdə olsalar da yanlarında silahları da var... Həm də danışıqlarından səlyanlı olub, hökumət nümayəndəsi olduqları da bəlli oldu.
Doğrusu, heç bilmədim qabağıma gətirilən yeməyi necə yedim, o ləziz yemək mənə zəhər oldu. Stoldan durub gedəndə, o ictimai pozğun tərbiyyəsizlərə bircə bunu dedim: "Hardasan, ay sovet höküməti?!
DİTDİLİ
20. 06. 2013-cü il,
Masallı, İsti-su, "DƏMİR AĞACI"