Главная » 2011»Январь»20 » Hacı Zülfüqar Mikayılzadənin saxlanıldığı yer bilinmir
17:48
Hacı Zülfüqar Mikayılzadənin saxlanıldığı yer bilinmir
Bakı şəhərində yanvarin 8-də həbs edilən ilahiyyatçı Hacı Zülfüqar Mikayılzadənin harada saxlanılığı bilinmir.
İnzibati qaydada həbc edilən Azərbaycanın nüfuzlu ruhanilərindən, Quran hafizi, Höccətül islam vəl muslimin Hacı Zülfüqar Mikayılzadə dünən saat 14:00-da azad edilməli idi. Lakin bu baş verməyib.
Hazırda Hacı Zülfüqarın ailəsi onunla bağlı heç bir məlumata malik deyildir.
Onun harada saxlandığı məlum deyil. Hacı Zülfüqar Mikayılzadənin yaxın dostu Mir Cəfər Əyyubzadənin dediyinə görə müvafiq orqanlardan da bununla bağlı məlumat almaq hələki mümkün olmayıb.
Xatırladırıq ki, Hacı Zülfüqar Mikayılzadə İslam Partiyasını sədri Hacı Möhsün Səmədovun, onun müavini Hacı Vaqif Abdullayevin, eləcə də Hacı Möhsün Səmədovun qohumlarının həbsindən sonra saxlanılıb.
Hacı Zülfüqar Mikayılzadənin isə Yanvarın 19-da təcridxanadan buraxılacağı gözlənirdi. Amma bu baş tutmadığı üçün Yanvarın 19-u axşamdan qohumları onu axtarır, amma tapa bilmilər.