Главная » 2011»Январь»21 » Hacı Zülfüqar Mikayılzadə xuliqanlıqda ittiham olunur
15:59
Hacı Zülfüqar Mikayılzadə xuliqanlıqda ittiham olunur
Bu gün yayılan məlumatlara görə Hacı Zülfüqar Mikayılzadə Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunub və Abşeron Rayon Məhkəməsinin qərarı ilə barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.
KİV-də yayılan məlumatlarda Hacı Zülfüqar Mikayılzadə Azərbaycan İslam Partiyasının təəssübkeşi kimi təqdim edilir. İslam-azeri saytı bu məlumatı təkzib etmişdir. Saytbildirir ki, Hacı Zülfüqar Mikayılzadə dəfələrlə öz çıxışlarında heç bir partiyanın üzvü və təəssübkeşı olmadığını bildirib: "Biz onun çıxışlarında dəfələrlə heç bir partiyanın üzvü və təəssübkeşı olmadığı barədə açıqlamalarının şahidi olmuşuq".
Qeyd edək ki, Hacı Zülfüqar Mikayılzadə 8 yanvarda xırda xuliqanlıq maddəsilə 10 günlük inzibati həbsə məruz qalmış, bu müddət qurtardıqdan sonra yaxınları onun harda saxlanılması haqqında məlumat əldə edə bilmirdilər.
Xatırladaq ki, Hacı Zülfüqar Mikayılzadə Azərbaycanın nüfuzlu ruhanilərindən sayılır. Onun dini titulu olmasıyla yanaşı Qurani Kərimi ərəb və Azərbaycan dillərində əzbər bilir. O cümlədən o hədis elmləri mütəxəssisi, təfsir kitablarının əksəriyyətini də əzbər bilir. Yaxın dostları həmçinin Hacı Zülfüqarın İmam Əli (ə)-ın "Nəhcul Bəlağa" xütbələrinin əksərinin ərəb dilində əzbər bildiyini bildirirlər.