Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə vəfat edib. Bu mətbuata QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.
Verilən məlumata görə, Hacı Mirəziz Seyidzadə ürək ağrılarından əziyyət çəkirmiş. O, ötən gecə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Mirəziz Seyidzadə Masallıda dəfn ediləcək.
Mirəziz Seyidzadə uzun illər QMİ-nin rəhbər vəzifələrində, həmçinin İslam Universitetinin baş müəllimi olub.
Seyidzadə Mirəziz Mirəsgər haqqında qısa məlumat
1949-cu il Fevralın 14-də Azərbaycanın Masallı rayonunun Türkoba kəndində ziyalı ailəsində anadan olub.
Seyidzadə Mirəziz Mirəsgər oğlu – publisist, ilahiyyatçı, tərcüməçi, 2003-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1996-cı ildən Azərbaycan Jurnalistlər birliyinin üzvü, 1996-cı ildən “Qızıl qələm” mükafatı laureatı olub.
Türkoba kənd orta məktəbini bitirdikdən sonra 1968-1974-cü illərdə Özbəkistan Respublikasının Buxara şəhərində Mir-Ərəb mədrəsəsində təhsil almışdır,1978-1982-ci illərdə Astarada Cümə məscidində axund vəzifəsində çalışmış,1984-1988-ci illərdə eynizamanda ağsaqqallar şurasında sədrlik etmişdir. 1982-1984-cü illərdə Azərbaycan Pedaqoji Xarici dillər nəzdində ikiillik xarici dillər kursunun ərəb dili şöbəsini bitirmişdir.
1988-1993-cü illərdə Baki İslam Unuversitetində baş müəllim vəzifəsində çalışmışdır. Eyni zamanda 1992-1997-ci illərdə Baki İslam Unuversitetində qiyabi təhsil almışdır.
Qafqaz müsəlmanları İdarəsinin elm və təhsil şöbəsinin müdiridir.
1996-cı ildə Bakı İslam Məktəbini təsis etmişdir.Ədəbi fəaliyyətə tələbəlik illərində başlamışdır.
Şerləri, yumoristik hekayələri, ərab və fars dilindən çevrirdiyi publisist məqalələri dövri mətbuatda vaxtaşırı dərc olunmuşdur.
Hekayə və şerlərini M.Mirəsgəroğl, Əziz Pünhan təxəllüsləri altında çap etdirmişdir.
Kitabları:
1. “İmam Əlinin qısa kəlamları” (Tərcümə. 30 səh.) Bakı-1991.
2. “İslami söhbətlər” (Dərslik, 448 səh.) I hissə. Bakı-1996.
3. “Allahımı belə tanıdım” (141 səh.) Bakı – 1998.
4. “İslami söhbətlər”. (Dərslik. 524 səh.) II hissə. Bakı – 2002.
5. “İslami söhbətlər” (Dərslik. 688 səh. Yeni nəşr). Bakı – 2003.
6. “Bulud ağlamasa”. (209 səh.) Bakı – 2006
7. “Elmin qapısı” (650 səh.) Bakı – 2008
8. “Divan” (472 səh.) Bakı-2008.
9. “İslami söhbətlər” (Rus dilində, “İslamskie besedı” 502 səh.) Bakı-2009
10. “Elmin qapısı” (İngilis dilində, “Door of knowledge”, 619 səh.) Bakı-2009
11. “İmam Əlinin (ə) qısa kəlamları”, (Tərcümə və şərhi ilə, 223 səh.) Bakı-2010
12. “İslam olduğu kimi”, (447 səh.) Bakı-2011 13. “Yaradan axtarışında”, (230 səh.) Bakı-2013
Allah rəhmət etsin!
TALISH.ORG