Главная » 2012»Ноябрь»10 » Haaqada Əliyev rejiminə etiraz aksiyası keçirilmişdir
01:13
Haaqada Əliyev rejiminə etiraz aksiyası keçirilmişdir
Haaqada Avropada yaşayan azərbaycanlı siyasi mühacirlərin Vətəndə Əliyev rejiminə etiraz aksiyası keçirilmişdir. Aksiya Nederland parlamentinin qarşısında baş tutmuşdur.
Aksiya iştirakçıları Azərbaycanda siyasi məhbuslara azadlıq, saxta Milli Məclisin buraxılması, növbəti il Azərbaycanda keçiriləcək Prezident seçkilərilə bağlı bütün namizədlər üçün bərabər imkanlar nəzərdə tutun seçki qanunvericiliyinin qəbul edilməsi tələb edilmiş, son dövrdə Azərbaycan parlamenti tərəfindən "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanuna edilən mürtəce dəyişiliklərə etiraz edilmişdir.
Tədbirdə Hilal Məmmədovun, Əvəz Zeynallının, Nigar Yaqublunun, Vidadi İskəndərlinin və digər siyasi məhbusların portretləri qaldırılmışdır.
Aksiyada "Azərbaycanda siyasi məhbuslara azadlıq", "Prezidentə istefa", "Saxta Milli Məclis buraxılsın" "Diktaturaya yox", "Biz demokratiya tələb edirik" və s. şuarlar səsləndirilmişdir.
Nederlanda yaşayan siyasi mühacirlərlə yanaşı Almaniyada, İsveçdə, Belçikada və digər Avropa ölkələrində yaşayan siyasi mühacirlər də aksiyada iştirak etmişlər.
Tədbirdən hazırlanan geniş foto reportajı təqdim edirik.