və ya saymayanın saymayana cavabı
Bu gün Lerikin ən böyük kəndi olan Çayruddan (talişca Çayru) danişacağam, daha doğrusu Çayrudun problemlərindən danışmaq fikrindəyəm.
Çayrud kənd mədəniyyət evinin acınacaqlı vəziyyətindən danışmamış, keçid alım kəndin mənzərəsinə. Yuxarıda qeyd etdim ki, Çayrud kəndi Lerik rayonun ən böyük kəndidir. Talış zonasının hər bir guşəsi kimi, Çayrud kəndi də gözəl və əsrarəngiz təbiəti, gözəlliyi ilə Çayruda gələn qonaqları valeh edir. Gəl ki, bu gözəllikdə olan kəndə dovlət tərəfindən qayğı çox zəifdir.
Lerikin digər kəndləri kimi, bu kəndin də yol problemi var. Kənd camaatının yolun təmiri ilə bağlı şikayətlərinə nəinki əməl edən, heç rəsmi cavab verən də yoxdur. Hələ məktəbi demirəm. Çayrudluların çoxsaylı müraciətlərindən sonra İcra hakimiyəti Çayrud kəndindəki məktəbi dövlət təmir planına saldı.
Çayud kəndinə hələ də qaz verilməyib. Amma çox maraqlıdır ki, Hacı İqbal Məmmədov Çayrudun yarısından da az əhalisi olan öz doğma Razqov kəndinə qaz çəkdirir, amma ondan qat-qat çox əhalisi olan bir kəndə hələ də qaz verilməyib.
İndi isə yuxarıda qeyd etdiyimiz Mədəniyyət evnin vəziyyətindən danışacağıq. Çayrud kəndindəki insanlar öz mədəniyyəti ilə, qonaqpərvərliyi ilə Lerikin kəndləri içində seçilən kəndlərindəndir. Bu kənddə mədənyyət sahəsində həqiqətən irəliləyişlər var. Amma bu irəliləyişlər sırf kənd camaatının hesabınadir, buna icra orqanlarının qətiyyən aidiyyatı yoxdur. Misal olaraq Çayrud kəndində Sulduz bəyin rəhbərlik etdiyi və bütün Lerik ərazisində və hətta zonamızda tanınan "ÇAYRUD ZİRVƏ ANSANBILI” var. Amma bu cür kollektivi olan bir kənddə Mədəniyyət evi çox bərbad vəziyyətdədir. Çöldən yaxşı görsənən mədəniyyət evinin ikimərtəbəli binasının döşəməsi çöküb və yararsız hala düşüb. Mədəniyyət evi hal-hazırda musiqi məktəbinə köçürülüb.
Mədəniyyət evinin bu vəziyətdə olmasına baxmayaraq, Lerik rayon İcra başçısı Rövşən Bağırov hələ də binanın təmiri üçün bir tədbir görmür. Baxmayaraq ki, bütün çayrudlular bununla əlaqadar neçə dəfə şikayət ediblər. Amma şikayətlər Prezident Aparatından Lerik rayon icra hakimyətinə qayıdır. Bunu da həmişəki kimi Rövşən Bağırov ört-bastır edir. Hətta Çayruda bununla əlaqadar komissiyalar gəlmiş, amma heç bir nəticəsi olmamışdır.
Lerik rayon Mədəniyyət şöbəsinin müdiri Aqil Sucayev də bu problemlə qətiyyən maraqlanmır. Axı mədəniyyət evi onun nəyinə lazım? Di gəl ki, kiminsə torpağını əlindən alıb, özünə obyekt tikdirmək olsaydı, Aqil Sucayev bu işdə fəal olardı. Əlbətdə, öz problemləri "aşıb-daşan” İcra başçısını, onun müavinlərini və Mədəniyyət şobəsininin müdirini belə problemlər qətiyyən maraqlandırmır.
Lerikin deputatı Hacı İqbal Məmmədov da həmişəki kimi seçiciləri ilə yox, İcra orqanları ilə həmfikir olur. Amma Lerikdən danışanda o qədər tərifləyir ki, gəl görəsən. Ancaq əməldə hörmətli deputatın dediklərini qətiyyən görmürük. Yaxşı, onda Çayrudluların şikayətlərinə kim baxmalıdır?
Bu məsələ ilə əlaqədar bu yaxınlarda xarici dovlət başçılarına müraciətlər də olunacaq. Butun bunlara baxmayaraq həm Hacı İqbal Məmmədov, həm də İcra başçısı Rövşən Bağırov lerikliləri saymamaqda davam edirlər. Ancaq xalqımızın "sayanın quluyam, saymayanın ağası” məsəli də var....
Azər Lerikli Talış