Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2011 » Январь » 15 » General Zadir Rzayev həm də sədaqətli dost idi...
23:38
General Zadir Rzayev həm də sədaqətli dost idi...
Mərhum generalın vəfatının ildönümünə ithaf olunur

Azərbaycanın tanınmış, cəsur, cəngavər və mərd sərkərdəsi, general Zadir Rzayev haqqında danışmaq mənim üçün nə qədər çətin olsa da, bir o qədər sevindiricidir. Sirr deyil ki, göyə iynə atsan Azərbaycanda bir generalın üstünə düşər. Zadir Rzayev isə general rütbəsini (19 oktyabr 1992-ci ildə) səngərdə vuruşa-vuruşa qazandı. Azərbaycanda belə bir səadət Həzi Aslanovdan sonra bəlkə də hələ heç kimə qismət olmamışdır.

Mənim Zadirlə dostluğum uşaq vaxtlarından olmuşdur. Dostluğumun əsas səbəbi, bizim babalarımızın və atalarımızın dost olması ilə əlaqədar idi. Onların evləri Şüruk kəndində, bizimki isə həmin kənddən 3 km aralıda, Yuxarı Nüvədi kəndində yerləşirdi. Bizim uşaqlıq illərimiz 1941-1945—ci illərdəki müharibənin təsəvvürə gəlməz çətinlikləri şəraitində olmuşdur. Qeyd edim ki, həmin illərdə Talış vilayətində, cavan ərlərini və uşaqlarını cəbhəyə yola saldıqları gəlinlərin və anaların zəhməti ilə yetişdirilən bol taxıl olurdu, lakin taxıl yetişəndən sonra, xırmandaca maşınlar gəlib son toxumuna qədər daşıyardılar...

Beşinci sinifdə oxuyanda (1951-ci ildə) bizim üçün, velosiped almışdılar. Yayda demək olar ki, hər gün, Şürük kəndindən 3-4 km aralı Vel adlanan kəndin yaxınlığındakı dənizə gedərdik. Məktəbimizin həyətində voleybol oynamaq üçün xüsusi sahə ayrılmışdı. Zadir yaxşı voleybol oynayardı. Arada görürdün ki, "sudyə” ədalətsizlik edəndə Zadir dözə bilməzdi, ədaləti bərpa edənə qədər mübahisə edərdi.

1955-ci ildə Lənkəran rayonunun Şürük orta məktəbini müvəffəqiyyətlə bitirib həmin ildə də Bakıya gəlmişik. Bu barədə bir xatirəmi xatırlamaq istəyirəm.

Son zəngə iki gün qalmış məktə­bi­mizin direktoru Minayev İsmayıl (o, həm də ədəbiyyat fənnindən bizə dərs deyərdi) sinfə daxil, olub çoxlu xoş sözlərlə bizi gələcəyə ruhlandır­dı. Həmin vaxtlarda müəllimdən xoş sözlər eşitmək bizim üçün nə dərəcədə sevindirici olmağı təsvir etmək çətindir. Çünki bütün il boyu ciddi və tələbkar olan müəllim, (özü də direktor ola), birdən-birə dəyişib mülayim, təmkinli və özünə tay yoldaşı kimi danışması təəccüb doğurur. Əlbəttə bütün bunlar o vaxtın şagirdlərinə qəribə bir möcüzə idi. Müəllimimizin öz həyat təcrübəsindən danışdığı söhbət təqribən 20 dəqiqə davam etdi. Bir az fasilə verəndən sonra, İsmayıl müəllim (Allah ona rəhmət eləsin) bizə müraciətlə bildirdi: "Uşaqlar indi mən sizə məsləhət kimi deyəcəyəm ki, orta məktəbi bitirəndən sonra sizlərdən kin hansı İnstituta daxil ola bilər”. Müəllimimizin bu sözündən sonra həyəcanla diqqətimizi ona yönəltdik.

Şəkildə: 1-ci cərgədə, soldan sağa: Nəriman Həsənov, Cahangir Suvarov, Zadir Rzayev;
2-ci cərgədə: Abutalıb müəllim, Nəriman müəllim, Həsən müəllim, İsmayıl müəllim; 3-cü cərgədə: Sabir Suvarov, Məstan Əliyev, Həsən Mahmudov, Güləndam Babayeva, Minarə; arxa cərgədə: Bahadır, Sərdar Cəfərov, Əli Babayev



Müəllim ön partada oturan Həsən Mahmudovu durğuzdurdu və dedi: "Həsən, sən İnstituta daxil ola bilərsən, ancaq məsləhət bilirəm ki, sənədlərini Tibb İnstitutuna verəsən”. Həmişə bizi familiyamızla çağıran İsmayıl müəllim, adımızla müraciət etməsi, bizim ona olan hörmətimizi daha da artırdı. Sonra Məhəbbət Həşimovu, Məhərrəm Abbasovu və məni eyni vaxtda durğuzduraraq dedi: "Sizə məsləhətim budur ki, sənədlərinizi M. Əzizbəyov adına Neft və Kimya İnstitutuna verəsiniz. Çünki sizin riyaziyyat, fizika fənlərinə daha çox həvəsiniz var”. Bizdən bir parta arxada oturan Babayev Əlini durğuzdura­raq bildirdi: "Əli, sən S.M. Kirov adına Bakı Dövlət Universitetinə daxil ola bilərsən, bu şərtlə ki, müəllimlərlə mübahisəni tərgidəsən”. Zadir Rzayev ən arxa partada oturmağı sevərdi. Onu durğuzduraraq: "Zadir, sən M. Əzizbəyov adına Neft və Kimya İnstitutuna daxil ola bilərsən, məsləhət bilirəm ki, Lenin adına Pedaqoji İnstitutun riyaziyyat şöbəsinə sənədlərini verəsən ”...

Həmin ili demək olar ki, bizim hörmətli müəllimimizin nəzərdə tutduğu bütün şagirdlər İnstitutlara daxil oldular. Mən, Zadir, Məhəbbət, Məhərrəm M. Əzizbəyov adına Neft və Kimya İnstitutuna qəbul olunduq. Lakin, 1955-ci ilin oktyabrında Zadir öz sənədlərini APİ-yə köçürtdü. Bakının müxtəlif yerlərində kirayənişin yaşasaq da, demək olar ki, ən azı həftədə bir dəfə "Dənizkənarı Park”a gəzməyə çıxardıq.

İnstitutda oxuduğumuz illərdə kənddə vəziyyət ağır idi. Mənim sevimli bir camışım var idi. Eşitdim ki, onu da mənə görə satıblar. Iş elə oldu ki, mən, "Konditer fabrika”sına (Beşmərtəbənin yanındakı M. Qorki küçəsi 52-də yerləşirdi) "uçenik” vəzifəsinə işə düzəldim, lakin orada gecələr yatmayıb gözətçi işləyirdim. Bu xəbəri Zadirə deyəndə çox sevindi. Əlbəttə, Bakı kimi bir şəhərdə heç kimi olmayan bir adamın gündüz oxuyub, axşam işləməsi möcüzə idi. Biz yenə də əvvəlki kimi Zadirlə görüşərdik. "Dənizkənarı Park”da bir çayçı var idi, orada Lənkəranlılar işləyirdilər. İçdiyimiz çayın pulunu Zadir verərdi. Hər dəfə də deyəndə ki, "Boyli, mən artıq işləyirəm, sən isə tələbə babasan, dinc qal”, cavabında deyərdi ki, "səninlə bir yerdə yeyib-içəndə cibimin bərəkəti artır”.

1958-ci ildə artıq 3-cü kursu bitirmək ərəfəsində idik. Növbəti dəfə Zadirlə rastlaşanda dedi: "Cahangir, kənddə bildiyin kimi vəziyyət ağırdır, mən onlara artıq yük olmaq istəmirəm, fikrim var ki, Bakı Ali Ümumqoşun Komandirləri Məktəbi”nə daxil olum, deyilənlərə görə orada pulsuz yemək, paltar və yaşamaq üçün mənzil verirlər, mənə daha nə lazımdır ey!” Bu sözləri deyəndən sonra özünə məxsus gülümsəndi. Söhbəti ciddi idi, dediyi kimi də oldu.

1984-cü ilə qədər Zadirlə görüşə bilmədik, həmin ilin may ayında, indiki "Nəsimi Bazarını”nının yaxınlığında görüşdük. Görüşə, həmin vaxtlarda yenicə satışa buraxılmış "06 markalı” avtomaşınla gəlmişdi. Təsadüf elə gətirmişdi ki, mən də, həmin markadan yenicə aldığım avtomaşınla gəlmişdim. Uzun müddət ayrılığın görüşündən göz yaşımızı gizlədə bilmədik. Bulvarda görüş yerimiz olan həmin çayçıya getdik. Öyrəndim ki, hərbi məktəbi bitirdikdən sonra 5 ilə yaxın müddətdə Almaniyada hərbi xidmətdə ondan sonra, SSRİ Silahlı Qüvvələrinin Zaqafqaziya Hərbi Dairəsində tabor komandiri vəzifəsində işləmiş, eyni zamanda Frunze adına Hərbi Akademiyanı da bitirmişdi. Mən isə 1958-ci ildən Neft Sənayesi Nazirliyi nəzdində olan Elmi Tədqiqat İnstitutunda Elmi İşçi vəzifəsində işləyirdim. 1982-84-cü illərdə SSRİ Geologiya Nazirliyinin "Zarubej Geologiya” İdarə Birliyi tərəfindən Vyetnam Respublikasına yüksək ixtisaslı mütəxəssis kimi xidməti ezamiyyətə göndərilmişdim. Orada, Dövlət əhəmiyyətli "Rentgen Flluoressensiya” və mürəkkəb tərkibli dağ süxurların mineraloji tərkibini düzgün təyin edə bilən "DRON-3” tipli "Rentgen Difraktometr” stansiyalarını montaj edib istehsalata tətbiq etmişdim. Qeyd edim ki, "Rentgen Flluoressensiya” stansiyasının köməyi ilə Yer qabığının geoloji kəsilişdəki süxur nümunələrində iştirak edə bilən Mendeleyev cədvəlinin 29-cü elementdən (Mis-Cu) başlamış 92-ci elementi (Uran-U) də daxil olmaqla bütün aralıq kimyəvi elementlərin faizlə miqdarını "Ekspress” üsulu ilə təyin etmək mümkündür. Həmin stansiya ildə bir milyon dollar Vyetnam Dövlətinə xeyir verirdi.

Çətin günlərdən sonra, Allahın köməkliyi ilə əldə etdiyimiz müvəffəqiyyətləri bir-birimizə danışdıqca sevinirdik.

1987-90-cı illərdə SSRİ Geologiya Nazirliyinin "Zarubej Geologiya” İdarə Birliyi tərəfindən, məni Laos Respublikasına yüksək ixtisaslı mütəxəssis kimi yeni­dən xidməti ezamiyyətə göndərildim. Həmin müddətdə ordudan tərxiş olunmuş Zadir isə Azərbaycan Dövlət Universitetində hərbi kafedranın rəis müavini vəzifəsində işləyirmiş.

1988-ci ildə Bakıda yaranmış gərgin vəziyyətdən sonra Ermənistandan, özlərinin ata-baba yurdlarından çıxarılmış ailələrin faciəli vəziyyətini və Qarabağın ermənilər tərəfindən işğal olunması təhlükəsi, əlbəttə Zadir kimi qeyrətli hərbçini narahat etməyə bilməzdi. Ona görə də Zadir öz rahatlığından əl çəkib, ordu təşkil edərək gah Kəlbəcərdə, gah Laçında, gah Fizulidə, gah Şuşada və gah da Qarabağın bir çox digər qaynar nöqtələrində düşmənlə vuruşaraq uğurlar əldə etmişdir. Əfsuslar olsun ki, daxildən əmələ gələn satqınlıqlar nəticəsində qazanılan bir çox uğurlar fayda verməmişdir. Bu barədə Generalın dediklərindən: "...əgər məni aldadıb Kəlbəcər­dən geri çağırmasaydılar, mən Kəlbəcəri çoxdan almışdım...”.

Genereal verdiyi müsahibələrində qeyd edir ki: "... Mən Qarabağ uğrunda müharibədə çox çətinliklər gördüm. Bir dəfə fişəng tapançası əlimdə partladı, Minaya düşdüm, salamat qaldım. Yanımda mərmi partladı, otağımda quraşdırılmış saatlı bomba işə düşdü, məni Allah saxladı. Mənə general rütbəsini səngərdə təqdim ediblər. Kəlbəcərin Çərəkdar kəndi istiqamətində ermənilər hucuma keçmişdi. Yanıma bir neçə əsgər götürüb qarşılarına çıxdım. Geri çəkilməməyi, elə lazım gəlsə buradaca öləcəyimizi dedim. Pulemyotu özüm götürmüşdüm. Uşaqlar yolu bağladılar, mən isə yanımda bir rabitəçi, bir də avtomatlı əsgər yüksəkliyə qalxıb düşmən piyadalarını atəşə tutduq. Bir BMP-lərini də vurmuşduq. Ermənilər ratsiya ilə deyirdilər ki, «ara bu türklərə kömək gəldi. Möhkəm dirəniblər. Vəziyyət ağırdır». Mən isə onlarda "panika” yaratmaq üçün rabitəçiyə tapşırdım ki, açıq kodla öz tərəfimizə belə məlumat ötürsün ki, guya «qırıcılarımız gəlir, yerinizi dəyişin». Ermənilər bunu eşidib dərhal geri çəkildilər. Amma qırıcılar gəlmədi. Bu döyüşün qızğın vaxtı bir də gördüm ki, dostum, Müdafiə Nazirliyinin idarə rəisi Telman Mehdiyev gülə-gülə gəlir. Dedi ki, səni təbrik edirəm. General rütbəsi almısan. Əvvəl elə bildim zarafat edir. Amma özü ilə gətirdiyi general poqonlarını mənə uzatdı və o vaxtkı prezident Ə.Elçibəyin əmrini göstərdi...”.

Görkəmli şair, elm və mədəniyyət xadimi, Kəlbəcərin tanmış ağsaqqalı Şamil Əskərovun dedikləri: "...Əgər vətənə qayıtsaq, general Zadir Rzayevin heykəlini Kəlbəcərin mərkəzində ucaltdıraram...”.

Sonrakı İllərdə arabir ya onunla görüşür, ya da telefonla əlaqə yaradırdıq. Bütün bayram günlərində birinci olaraq məni təbrik edərdi.

Nəhayət 2010-cu ilin 29 yanvarda sarsıdıcı bir xəbər eşitdik. Azərbaycan xalqının fəxri olan General Zadir Rzayev artıq həyatdan getmişdi.

Biz çox istərdik ki, Azərbaycan hökuməti bizim aşağıdakı xahişlərimizi həyata keçirtsin:
1. General Zadir Rzayevin Qarabağ uğrunda qəhrəmanlıqla dolu döyüşləri barədə müfəssəl bir film çəkilsin;
2. Ona Milli Qəhrəman adı verilsin;
3. Lənkəran rayonunun Şürük kənd orta məktəbinə General Zadir Rzayevin adı verilsin.

Hesab edirəm ki, bu xahişimiz bütün Azərbaycan xalqının ürəyindən olub, gənc nəslə də bir örnək olacaqdır.


Cahangir Suvarov,
Neft Sənayesinin ƏməkVeteranı,
Geologiya-mineralogiya elmləri namizədi


Категория: Şəxsiyyətlər | Просмотров: 3356 | Добавил: admin | Рейтинг: 4.5/4
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus