Главная » 2011»Август»26 » General Vahid Musayev MTN-nin zirzəmisində ağır işgəncələrə məruz qalıb
16:07
General Vahid Musayev MTN-nin zirzəmisində ağır işgəncələrə məruz qalıb
MTN-nin sabiq müstəntiqi Ramin Nağıyev general Vahid Musayevin (foto) MTN-də istintaq altında olarkən hətta erməni əsirlərlə müqayisədə daha qəddər rəftara məruz qaldığını bildirmişdir
Özünün Azadlıq qəzetinə müsahibəsində sabiq müstəntiq Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində istintaq zamanı işgəncələrdən siyasi hakimiyyətə sədaqət nümayiş etdirmənin bir forması kimi bəhs edir.
Ramin Nağıyev qeyd edir ki, "prezidentə sədaqətin siyasi sübutları da olmalı idi. Bunun üçün də "Generalların işi” meydana çıxdı. Heç bir hüquqi əsası olmasa da, bu işlə bağlı adı keçənlərin hamısını Prezident Yanında xüsusi Idarənin zirzəmisində saxlayırdılar. Oraya, hətta istintaqa nəzarət etmək hüququ olan prokurorluq əməkdaşlarını da buraxmırdılar".
Sabiq müstəntiq işgəncələrlə bağlı bircə epizodu xatırlatmağı bu mənada kifayət hesab edir. O bildirmişdir: "Mən istintaq üçün məhkumlardan biri olan və kalonlardan birində cəzasını çəkməkdə olan general Vahid Musayevi çağırmışdım. Söhbət əsnasında mən ona çay təklif etdim, o diksindi və dəhşətli bir qorxu ilə etiraz etdi. Mən onun adicə bir çay təklifi qarşısında bu qədər qeyri-adekvat və müdhiş etirazının səbəbləri ilə maraqlandım, o isə soruşdu: "Bu çayın əvəzinə məndən nə istəyəcəksiz?” Cavab verdim ki: "Heç nə. Sadəcə çay təklif edirəm”. O, dözmədi və izah etməyə başladı: "Biz burada belə münasibətə öyrəşməmişik. Burada bizimlə erməni əsirlərinə nisbətən daha qəddar rəftar edirlər”. Bu epizoda daha heç nə əlavə etmək istəmirəm".