Gənc fəal Azər Kazımzadəyə qarşı Lerik rayonunda icra orqanları tərəfindən təzyiqlər davam edir. Bu barədə məlumatı Azər Kazımzadə özü verib.
Azər Kazımzadə TALİSH.ORG-a bildirib ki, son aylar ona qarşı aramsız davam edən təziqlər pik həddinə çatıb.
"Lerik rayonunda baş verən məmur özbaşnalıqları ilə bağlı etdiyim şikayətlər mənə və ailəmə qarşı böyük bir cəbhənin açılmasına səbəb olub. Yerli məmurlar qeyri-etik formada və heç bir qanuna sığmayan hərəkətlər edirlər. Zəng eləyib hətta məni təhqir belə edirlər. Bu yaxınlarda atamı da rayon mərkəzinə çağırıb ona hədə qorxu gəliblər. Atama deyiblər ki, oğlunun həbsinə hazırlıq gedir və biz ona gücümüzü sübüt edəcəyik. Mən anlamıram ki, bu məmurlar kimə güvənib bu addımı atırlar. Mənə qarşı bu təzyiqlərin arxasında deputat İqbal Məmmədov və Lerik rayon icra başçısının birinci müavini Cəlil Baxşiyev dayanır. Çünki mənim İqbal Məmmədov və Cəlil Baxşiyev haqqında araşdırmalarım onları özündən çıxarıb"-deyə Azər Kazımzadə qeyd edib.