Bəli, hal-hazırkı vəziyyətdə, dövrdə, zamanda hakimiyyətin Ölkədə və eləcə də Beynəlxalq cəmiyyətdə siyasi dustaq, qeyri demokratik ölkə imici və korrupsiya rüşvət ilə ittiham edilməsini və yenidən 5 il bu xalqa millətə qan uddurması fikri ilə bəzi Siyasi dustaqlara (onların səhhəti ilə cəmiyyətdəki çəkisini və ya Xarici "himayədarlarının” məsləhətini) "canıyananlıq” göstərməklə ikiqat "gediş” edilir.
Mən və digər altı Ruhani, dindar, mömin qardaşlarım ölkədə dinə dözümsüzlüyə görə iqtidarla mübarizə, haqqından difa şüarın başda məqsəd tutmaqla elan etdiyimizdən və eləcə də bəndei fəqir 2007-2011-cu illər dövründə iqtidarın daxili biabırçı siyasətini hərəkətlərini (bu barədə çoxlu yazılarım var istəsiz maraqlanın) cəmi günahlara mürtəkib olmasını önə çəkərək əmr be məruf nəhy əz münkər və eləcə də Allah Təalanın əmrini, məndən tələbini yerinə yetirmiş. Və nəticədə hakimiyyətin qəzəbinə tuş gəlmişik.
Əvvəllər də qeyd etdiyimiz kimi bir paket ittihamlar nə istintaq, nə də məhkəmələr keçirilən zaman təsdiqini tapmasa da Ramiz Mehdiyevin sifarişi və tələbi ilə İlham Əliyev cənabları bizləri uzun müddətli zindanla cəzalandırdı. Bu səhv addım hakimiyyətə baha başa gəlmədədir. Bizdən əvvəl də beş dindar döyülüb həbs edilmişdilər. Bu da Azərbaycan şiə toplumu üçün göz dağı vicdan əzabı yaşatmada idi. Kimlərsə bizdən sonra həbs edilən yüzlərlə dindarın "hicab” tələbi ilə mitinq etməsini önə çəkirlər. Lakin bizim istintaq dövründə, məhkəmə prosesində Azərbaycanın Allah dəstəsi etiraz piketi, mitinq və toplantıları keçirib və həbsimizdən sonra, şüarlar "Evrovijinə yox, Geyparada yox, məscidlərə müdaxiləyə, dini atributlara hörmətsizliyə yox, hicab qadağasına etiraz və başda "hicab məhbuslarına” və ya müqavimət Rəhbəri və onunla həbs olunan digər 6 mömin kəslərin azadlığa buraxılmasına tələb, korrupsiya rüşvə və ümumi vəhşəliyə etirazlar” başda dururdu. İndi mən hakimiyyətə sual edirəm, mənə təklif olunan əfv ərizəsi ilə bütün tutulan dindarlardan üzr istəyib azadlığa buraxacaqlarmı? Və bir neçə ay bundan qabaq bildirdiyim kimi kiçik həbsxanadan böyük həbsxanaya çıxacağıqsa bura qəbulumuzdur.
"Seçki prosesinə münasibətin davamı”
Və əlavə etməyi özümə borc bilirəm deyə Respublikanın hal-hazırkı durumunda Allah dəstəsinin mövqeyi necədir? Buna öz fikir düşüncəmlə aydınlıq gətirim.
Belə ki, hal hazırda Siyasi gediş və əqidəsinə görə həbs olunmuşlar, yaxşı bilirlər ki, indiki Allah dəstəsinin mövqeyi heç də 2011-ci illə müqayisə edilə bilməz.Nə üçün? Çünki, Allah dəstəsinin Rəhbərini və digər üzvlərini ki, həbsdədirlər, cəmiyyət və başlıca olaraq dindarların hamısı yaxşı tanımırdı. Proses və zaman öz işini gördü. Bu tanınmada dindarların məhkəmələrdəki odlu çıxışları, onların ailə üzvlərinin ,İmam Hüseyn(ə) bacısı Zeynəb(ə)və övladlarından irs götürmələri, internetdəki yazıları, məlumatları yayan mömin mətbuat yazanları və digər obyektiv və subyektiv səbəblər nəticə verdi ki, başda hakimiyyətin Xalqa millətə qənim kəsildiyi tam aydınlaşdı.
Hal-hazırda Doktor Möhsüm Səmədovu bir Rəhbər kimi qəbul edən bütün dindar toplum və eləcə də təəssübkeşlər Ölkəni mövcud durumundan azad edəcək, qurtaracaq İslam cəmiyyətini, Allah Təalanın təqdirini qəbul etmədədirlər. Bunu iqtidar və onun yaltaq məddah prezidentliyə namizədləri yaxşı bilirlər.Və eləcə Xarici ölkələrdən ABŞ İsrail Rəhbərlərinin düşünən beyinləri də bu islami hərəkatın nəticələrini görmək istəmədiklərini nümayişkaranə bildirmədədirlər. Və iqtidara eləcə də müxaliflərinə "məbada islamçılara meydan verin, əks halda İran İslam Respublikası sayaq bir dövlət qurulacaq” demədədirlər.
Həm xarici Ağalarına, həm iqtidara və həm də "qərb müxalifətinə İran sayaq Allahın bəyəndiyi, görmək istədiyi bir quruluş” sərf etməyir. Çünki bu vaxt dünyəvilik deyil "dünyada elə ömür sür elə bil daimi gəlmisən bu yer üzünə və elə yaşa ki elə bil bu dəqiqə axirət evinə köçəcəksən” Muhəmməd (s.ə.v.s) peyğəmbərimizin deyimi ilə tərs mütənasibdir. Allaha, Peyğəmbərə pak əhlibeytinə, axirət hesab kitabına və imam zaman Mehdi (ə.c.v.a)-in zühuruna inanmayanlar, fəhşəlik və dünyəvilik, varlanmaq, kef çəkmək günahdır fərqində olmayanlardır. Lakin Azərbaycan Allahın razılığı üçün ayağa qalxacağı günü gözləyir və biz də dualarımızla gözləmədəyik.
Ruhullah Axundzadə,
vicdan məhbusu