Главная » 2013»Февраль»2 » Freedom House: Azərbaycan yenə də azad olmayan ölkə olaraq qaldı
21:32
Freedom House: Azərbaycan yenə də azad olmayan ölkə olaraq qaldı
Freedom House beynəlxalq hüquq müdafiə təşkilatı dünyanın 197 ölkəsində azadlığın səviyyəsinin illik indeksini açıqlayıb.
Bir neçə il öncə olduğu kimi, bu il də Azərbaycan azad olmayan ölkələr sırasında qalaraq 172-ci yeri Rusiya və Zimbabve ilə bölüşüb. Azərbaycan mətbuatı azad olmayan, İnternet isə qismən azad olan ölkə hesab edilib.
Dünyanın ən azad ölkələri Finlandiya, İsveç və Norveçdir. Azad olmayan ölkələr isə İran, Eritreya, Kuba, Belarus, Şimali Koreyadır.
Azərbaycanın da daxil olduğu Mərkəzi və Şərqi Avropa regionunda ciddi pisləşmə Macarıstan və Makedoniyada baş verib. Belə ki, ölkə hakimiyyətləri mətbuat və ifadə azadlığının məhdudlaşdırılması üçün addımlar atıb.
Rusiya, Azərbaycan və Qazaxıstanda media müstəqil jurnalistlərin təqib olunması üçün hakimiyyətin nəzarətində olan məhkəmə sistemindən istifadə olunmaqla xarakterizə edilir. Jurnalistlərə qarşı fiziki təzyiqlərə və qətllərə görə cəzasızlıq halları hökm sürür.
Azərbaycandan fərqli olaraq Gürcüstan qismən azad ölkə (111 yer), Ermənistan isə azad olmayan ölkə (149) hesab edilib. Liviya və Tunis kimi ölkələr Azərbaycanla Rusiyadan daha çox azad ölkələr hesab edilib. Bu, "ərəb inqilabı”nın sayəsində belə olub.
Azadlığın dərəcəsinin müəyyən olunması metodikası qanunverici, siyasi və iqtisadi azadlıqlara dair 20 bənddən ibarət məlumatlara əsaslanıb. Bu məlumatlar ayrı-ayrı vətəndaşlara, ictimai və siyasi təşkilatlara, həmçinin biznesin aparılması imkanlarına aiddir.