Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2011 » Декабрь » 3 » Fainanın son sirri
22:04
Fainanın son sirri
Qucağında körpəsi olan bu məsum baxışlı qadını görürsünüzmü? Bu fotoda o çox xöşbəxt görünür. Onu balası ilə parlaq gələcək gözlədiyini düşünür. Düşünür və yanılır. Özü məzara, balası isə kimsəsizliyə gedir. Övladını böyütmək üçün iş axtarır, amma ona iş tapılmır. İşsizliyə etiraz edir, həbsə düşür, ölüm aclığına başlayır və ölür. Necə də adi səslənir bu cümlələr.

Bizim dövrümüzdə işsizlikdən, aclıqdan ölmək adi hala çevrilib. Halbuki, bu qətldir. Cəllad da, qurbanlıq da bəllidir. Faina Kunqurovanın tükürpədici ölüm hekayəti hələ də açılmamış qalır. Heç kimsə də onunla maraqlanmadı. Onun həbsxanada ölümü quru bəyanatlar və rəsmi açıqlamalardan qırağa çıxmadı. Həbsdə olduğu dövrdə balasını kim böyütdü (Qeyd edim ki, həyat yoldaşından ayrılmışdı - E.S), indi onun qayğısına kim qalır?

Bu suallara cavab tapmaq, Fainanın anası və bacısını 1 həftə davam edən axtarış cəhdlərim puça çıxdı. Hətta vaxtilə üzvü olduğu Demokrat Partiyasında (ADP) da Faina haqda çox az məlumatlıdırlar. Fainanı Avropa Şurası siyasi məhbus kimi tanıyanda onlara məktub göndərmişdi: "AŞPA-nın Azərbaycan hökumətini ittiham etməsini gərəksiz sayıram. AŞPA Amerikanın marionetkasıdır. Gedin Buşu mühakimə edin”.

Faina Kunqurovadan sonra hansı siyas məhbus bir də bu sözü dilinə gətirəcək? Məncə, daha heç kim. Kim idi bu qadın və niyə həbsxanada müəmmalı şəkildə öldü? Təkrar edirəm ki, Məmməd Süleymanov və Qan Turalıdan başqa kimsə onun haqda yazmadı. 18 noyabr 2007-ci il Fainanın ölüm aclığının son akkordlarının tarixidir. Hətta onun ölüm tarixini də gizlətməyə çalışdılar. Noyabrın 18-də vəfat etsə də, ölüm xəbəri 10 gün sonra açıqlandı. F.Kunqurovanı Türkiyədə həbsdə öldürülən Gülər Zerənə bənzədirəm... 

Bizim "Gülər” İlham Əliyevin korteji yaxınlığından keçərkən həbs olunur. Deyilənə görə, cibindən ADP-nin partiya bileti və Rəsul Quliyevin şəkli çıxır. Həmin Rəsul Quliyev ki, həbsdə olduğu müddətdə Fainaya və ailəsinə bir qəpik də kömək etmədi. ADP-nin mitinq komitəsinin üzvləri 1-2 manatdan yığıb ailəsinə göndərirdilər. Kunqurova narkotiklərin qanunsuz dövriyyəsi ittihamıyla saxlanılır. Müxalifətçinin narkoman, nəşəxor elan olunması da normaya çevrilib.

Hələ 2004-cü ildə Avropa Şurasının tələbi ilə əfv olunmuşdu. Çox çəkmədi yenə həbs etdilər və bu dəfə ölüm xəbəri gəldi. Həbsxanada qida və dərmandan imtina etdiyi deyildi.

Onu tanıyan partiya yoldaşlarından biri, ADP sədri Sərdar Cəlaloğlunun müavini Həsrət Rüstəmovun dediklərindən: "Çox fəal və dəlisov qadın idi. Bir neçə il ADP-nin üzvü olub. Həbsdən çıxandan sonra partiya ilə əlaqə saxlamadı. Ailəsi ilə əlaqəmiz heyf ki, yoxdur. Anasını şəhərdə hərdən görürəm. Sonuncu dəfə Faina ilə Böyük Britaniyanın ölkəmizdəki səfirliyi yanında söhbət etmişdik. Rabitəsiz danışırdı, çox qəribə davranışlar edirdi. Özüm həkiməm deyə psixoloji durumundakı qəribəliyi hiss etdim. Onu fəaliyyətinin sonu da, ölümü də müəmmalı idi. Siyasi bilikləri olan savadlı biri idi. Məncə, həbsdə baxımsızlıqdan öldü”.

İşgəncə Əleyhinə Komitənin sədri Elçib Behbudov: "Böyükşorda yerləşən müalicə müəssisəsində Kunqurova ilə eyni kamerada saxlanan şəxslərlə söhbət etmişdim. Məhkəmə tibb-ekspertizasının rəyinə görə, Faina Kunqurova kəskin ürək çatışmazlığından vəfat edib. Rəsmi versiyaya şübhə edirəm. Məhbus yoldaşları deyirdi ki, Faina idmançı qadın idi. Çox sağlam idi. Əgər o, tutulmasaydı ölməzdi”.

Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus: "Kunqurova fiziki cəhətdən sağlam biri idi. Həbs edilməzdən bir neçə gün öncə mənə müraciət etdi, xarici ölkələrdən birinə mühacirət etmək fikrində olduğunu bildirdi. Deyirdi ki, mən heç yerdə özümə iş tapa bilmirəm. Qızımı saxlaya bilmirəm. Ona görə də xarici ölkələrdən birinə getmək, sığınacaq almaq istəyirəm”. Vəssəlam. İnanıb, güvəndiyi Rəsul Quliyev mühacirətə qaçdı. O isə gedə bilmədi. Əksinə, yolunu həbsxanadan saldı və ordan da son mənzilə yollandı.


Emil Salamoğlu

Категория: İnsan hüquqları | Просмотров: 1522 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus