Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2014 » Январь » 19 » Faciənin sonu - Yadigar Sadıqlının yazısı
03:37
Faciənin sonu - Yadigar Sadıqlının yazısı
Adətən belə halları " məzhəkənin sonu” adlandırırlar, üstəlik hansısa firəng dilində "finita la komedia” terminini işlədirlər. Mən özüm də son söz deyərkən "məzhəkə" adlandırmışdım. Amma indi prosesin bitməsindən cəmi bir saat sonra bu sətirləri yazarkən düşünürəm ki, növbəti faciənin şahidi olduq. Yox, nəinki mənim 6 il iş almağım faciədir, nə də mən faciəvi personajam. Sadəcə 6,5 ay ərzində yalanın ayaq tutub yeriməsi cəmiyyətimizin yaşadığı növbəti faciə idi.
    
Törətməkdə ittiham olunduğum hadisə , ümumiyyətlə, baş verməmişdi. Yəni bir var şişirtmə, bir də var qondarma. Əsəblərim dözməyib bir sillə atsaydım və bunu bir qədər şişirdib əlimdə telefon olduğunu desəydilər, yumruq-təpik əlavə etsəydilər dərd yarı idi. Ancaq mən heç bir fiziki təmasa yol verməmişdim. Hərçənd, üstümə göndərilən tip özünü o qədər həyasız aparırdı ki, ürəyimdən keçmədiyini söyləsəm yalan olar. İmic, xarizma kimi keyfiyyətləri də gözə almışdım. Yalnız bir şey məni saxlayırdı. Təxribatın təşkilatçılarını sevindirmək, onların özlərini daha ağıllı hiss etmələrinə əsas vermək istəmirdim. Və sona qədər özümə nəzarəti saxladım. Belə olduqda isə onların bir yolu qalırdı: İşi qondarmaq. Bunu da etdilər. 
    
Təbii ki, həbs olunanların hamısı azadlığa çıxmaq istəyir – günahkar da , günahsız da. Mən də istəyirdim. Lakin istintaq və məhkəmə zamanı daha çox bir şeyin həsrətində idim: işimə aidiyyatı olanlardan heç olmasa birinin vicdanının səsinə qulaq asmasını, həqiqəti söyləməsini.  Sadəcə xalqımın övladlarında cəsarət görmək istəyirdim. Qoy, mənim taleyimə heç təsir etməsin, amma görüm. Amma və lakin...
   
Hərçənd bir hadisə oldu ittiham şahidlərində biri Şovu kənd sakini İmran Məmmədov bir mənə baxdı, bir " zərərçəkən”ə baxdı (təbii ki, ikimizi də ilk dəfə görürdü) və " gördüyü”  "xuliqan”ın mən olduğunu qəti söyləməkdən imtina etdi. Yalançı şahidi tərifləmək də olmur, hər halda vicdanın qalıqları dilə gəlmişdi. 
    
Ondan fərqli olaraq digərləri tələb olunanı can-başla, dinməz-söyləməz yerinə yetirirdilər. Müxtəlif vaxtlarda işini aparan iki müstəntiq, yeddi yalançı şahid, həbs qətimkan tədbiri seçən və uzadan üç hakim və nəhayət, mahiyyəti üzrə işə baxılarkən dövlət ittihamçısı və hakim. Maraqlıdır ki, onlardan bəziləri etdiklərini edir, sonra da mənim üçün Allaha dua edirlər. Məsələn, hər iki müstəntiqdən "Allah qapını açsın” duasını eşitmişdim. Sonuncu dəfə həbs müddətini artıran hakim Fuad Sultanov isə "Allah işinə fərəc versin” sözləri ilə zalı tərk etdi. Qapımın bağlanması üçün verilən əmri icra edir, sonra isə dua edirdilər. Absurdun zirvə nöqtəsi...
   
Məhkəmənin lap sonunda isə maraqlı hadisə baş verdi. Hakim Elçin Kazımov hökmü oxuyarkən xuliqanlıq etdiyimi, telefonla vurduğumu, xəsarət yetirdiyimi, söyüşlər söydüyümü iddia edərkən mən və zaldakılar yalançının özünə və yaxın ətraflarına lənətlət ünvanlayırdıq ( əslində bu mənim tərzim deyildi, ancaq necesə reaksiya verməyə çalışırsan). Hakim isə "qarğış, söyüşləriniz özünüzə getsin”, deyib, zalı tərk etdi. Yəni etiraf etdi ki, yalançıdır, dedikləri də yalandır. Ədalətin faciəsi budur. Artıq yalan danışdıqlarını, yalana uyğun hökm çıxardıqlarını da gizlətmirlər.
    
Çıxarılan hökmdən də belə  aydın olur ki, əgər hakimiyyət qadağan etdiyi aksiyalarda iştiraka görə cərimələrin miqdarını və inzibatı həbslərin müddətini rəsmən qaldırıbsa müxaliflərə oxunan hökmlərdə cəzalar qeyri-rəsmən qaldırılıb.
    
Həbsim üçün hərəkət edənlərdən əlavə hərəkətsizlər də vardı. Lakin başqa anlamda sözügedən çayxanada həqiqi şahidlər də vardı. Onlar mənim deyil " zərərçəkən”in  xuliqanlıq etdiyinə, söyüşlər söydüyünə şahid idilər. Bir stolda qonşuluqda yerləşən sosial təminat idarəsinin işçiləri əyləşmişdilər. İş saatında sonra nərd oynayırdılar. Onlardan nəsə gözləmək bihudə iş idi. Başqa stollarda daha iki tanış var idi. Dövlət işində işləyən deyildilər. Xəbər göndərdim ikisi də qorxduqlarından imtina elədilər. Aydın idi ki, iki nəfər deyil, iyirmi nəfər də  xeyrimə şahidlik etsə idi, xeyri yox idi. Sadəcə cəsarət gözləyirdim. Məncə insan həmişə doğru olanı etməlidir, öz öhdəsinə düşəni yerinə yetirməlidir. Xeyri olmasa belə, " mənim əlimdən gələn bu idi, etdim” deyərək vicdanını təmiz saxlamaq üçün. Yəqin ki, bəzi oxucuları bir sual düşündürür: hüquqları uğuruna mübarizə apardığım insanların belə davranışları məni ruhdan salmayıb ki?  Qətiyyən! Əksinə daha da mübariz olmağa vadar edir. Çünki insanlarımızı belə görmək istəmirəm. Onları bu hala salan isə mövcud rejimdir. Məncə insanların çox kiçik faizi anadan qəhrəman, bir o qədəri də (bəlkə bir az çox) qorxan və yaltaq doğulur. Qalanları isə mövcud reallıqlara uyğunlaşanlardır. Deməli, reallıqları, oyun qaydalarını, bir sözlə sistemi dəyişmək lazımdır. O zaman məhkəmələrdə də yalan və köləliyin deyil, ədalətin təntənəsini görəcəyik. " Təhminə” filmində söylənilən fikrə bənzər desək ilahəlikdən əxlaqsız qadına çevrilən Femidanı yenidən ilahə edəcəyik. Mən buna inanıram. Azərbaycanımızı və vətəndaşlarımızı hürriyyətə qovuşduracağımıza inanıram. 


Yadigar Sadıqov
13.01.14 

Категория: İnsan hüquqları | Просмотров: 1530 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus